4 sonuçtan 1 ile 4 arası

SEVGİ MƏKTUBU

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

    SEVGİ MƏKTUBU

    Məni ozumə duşmən edib qəlbimin bir yarısını sokub alıb gedəcəyinə, hec inanmamışdım sevgilim, həm də hec bir zaman inanmamışdım.Gunlərin birində məni yarı yolda buraxıb gedəcəyini məndən başqa hər kəs bilirdi.Bu dunyada bir mən idim sənə inanan, guvənən, sevən və hər zaman hər bir şeydə dəstək olan.Sən isə sənə inanmayanları haqlı cixartdın və məni tərk etdin.
    Səninlə birlikdə qurduğum dunyanı yerlə bir edib getmənə nə səbəb oldu bilmirəm.Mən yalnızca sənə aşiq deyildim eyni zamanda da, sən mənim ən gozəl dostum idin. Nələr edəcəyimizi danışardıq biri birimizə, həyatımızı paylaşardıq.Ağlamaqdan qorxmazdım. Bilirdim ki, ağladığımda sən yanımda olub goz yaşlarımı siləcəkdin. Artıq ağlaya belə bilmirəm. Səninlə bağlı hər xatirə acılayır urəyimi.Heзcbir kəsə sənin haqqında danışmasına izin vermirəm həyatda ən nifrət etdiyin şeyləri edirəm.Artıq uzun illər yaşamanın belə anlamı yoxdur məgər belə deyilmi? Nə uchun yaşayacağam ki!
    Səninlə birlikdə xəyallarımı da itirdim.Artıq səninlə birgə yaşadığım evim olmayacaq.Sənə sьrpriz edəcəkdim, yataq otağımızın divarlarını, sənə yazdığım eşq məktublarıyla və ən gozəl şəkillərimizlə bəzəyəcəkdim.Butun xəyallarıma, evimizə, uşaqlarımıza, xoşbəxt gələcəyimizə əmin olduğum gələcəyimizə əlvida deməyin gozəl olduğunumu sanırsan.Səni axtarmayıb, bir dəfə olsun belə arxanca gəlmədiyimi dushunub, səni unutduğumu zənn etmə.Hər zamankından daha cox sevirəm səni.Səni bu an, bu saniyə uğrunda olə biləcək qədər cox sevirəm.



  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    Qar yağarkən dayanıb pəncərə önündə səni düşünərkən göydən düşən qar dənəcikləri ayırdı məni xəyallarımdan.Çox zaman yaşamadı, ömrü uzun olmadı amma güvənəcəyi birisi oldu deyə düşündüm.Amma bu böyüklüyün heç nəyə köməyi olmadı.Zəif külək titrəməsi ilə yerlərə sərildi.Və ikimizi, yaşadıqlarımızı, sevgimizi bu qar dəcəciklərinə bənzətdim.Güvəndiyim inandığım tək insandın sən.Sən olarkən xəyallar və ümidlər yalan idi mənim üçün.Səninlə hər şeyimin olacağına o qədər əmin idim ki ...
    Bu gün isə əksinə.Qaranlıq küçənin bir küncünə buraxılmış balaca, körpə uşağın isti ana əllərini arzuladığı kimi səni dəlicəsinə arzulayıram.Özümü yalnız və kimsəsiz hiss edirəm bu gün. Ən böyük arzum həyatın sona yetməsi və gözlərimin bir daha açılmamaq üzrə qapanmasıdır. Heç nədən həzz ala bilmirəm. Qaranlığa çəkilib bütün günümü ağlayıb, ürəyimdəki ağırlığı götürmək istəyirəm.Səninlə dünənki danışığımızdan sonra ,Həyatın Əzab və əziyyətlərinə qatlanaraq ürəyimə yazmış olduğum adını bir gündə silmək üçün Allahıma əl açıb ondan kömək dilədim. Kimsəsiz dünyada tək qalmışam.Səssizcə, soyuq divarın küncünə qısılıb heç bir günahı olmayan taleyimə lə'nət oxuyuram. Dünən anladım ki səni itirdim dediyin sözlər.....Yox........Yetdi mənə özüdə bir ömür...
    Bu gün səndən ayrıldığım birinci gecədir.Sən bilki, mən səni yenə ömür boyu arzularımda hər an yaşadan, sevənəm.Bu sabah qulağıma gələn ilk musiqi....Yenə də məni bu dünyadan alıb sənin xəyallarının yaşadığı dünyaya aparır. Verdiyin acılar belə xoş xatirə kimi gözlərimin önündən keçir Sanki son dəfə telefonda dediklərin heç olmamış kimi...Buna baxmayaraq etdiyin zülmləri, verdiyin əzabları "Sevdiyi üçün edir, ya da kiməsə qısqanıb" təsəllisi ilə axan göz yaşlarımı ürəyimin sənsizlikdən susuz yox etməyə çalışıram. Hər şey, hamı gözümə qəribə görünür. Artıq mən yoxam nə bu dünyada, nə də sənin həyatında.Bilirəm bu məktubu oxuyanda kədərlənməyəcəksən Çünki insanlara xas olan duyğular insanlarda tapılar.Sənə olan o böyük sevgimi gecədən soyuq şüşələrdə donub qalan qar dənəsinə və günəşin ilk şüaları ilə yox olan balaca su damlasına bənzətdin. Günahımın ən böyüyü səni səvməkdə imiş.Olsun!


  3. #3
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    cox sagol efir movzudu

  4. #4
    Junior Member
    Üyelik tarihi
    Jan 2008
    Yer
    konya / türkiye
    Mesajlar
    12
    Çok güzel bir name

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.