Ən gözəl cütlük olmaq istəyirsinz mi?
Kişilər bəzən birgə olduqları xanımdan bezərək onlardan uzaqlaşmaq istəyirlər. Bəs, siz necə həyatınızda olan birisinin sizdən uzaqlaşmamağı, xoş dəqiqələr yaşamağınız üçün nə cür davranmağın gərəkdiyini bilirsinizmi?
Olayların Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, kişilər xanımların şübhələrini, uzun və yorucu suallarını sevmirlər. Ona qarşı inamınız yoxdursa bu münasibəti davam etdirməyin də heç bir mənası yoxdu.
Siz ona inandığınızı söyləsəniz o, bu inamı sarsıtmamağa çalışacaq.
Sevgilinizə qarşı dürüst olun, bilmədiyiniz şeylər haqda danışmayın.
Onunla yaxın təmasda olun. Bu sizə xüsusi zövq verəcək. Sevdiyinizi bərk-bərk qucaqladıqdan sonra onun jestini də gözləyin.
Hər bir işdə ona dəstək olacağınızı söyləyin. Bu zaman o kiminləsə dərdləşə bilmədikdə dərdini yalnız sizə söyləyəcək.
Qadınlar bəzən şəfqət və ehtiras hissi üçün kişilərin yanında olurlar. Kişilər isə xanımların bu cür oyunlarını anlayaraq onlardan uzaqlaşırlar. Darıxdıqda, onun sevgisinə ehtiyac duyduqda bunu etiraf etməkdən çəkinməyin.
Sevdiyinizin çevrəsinə, düşüncələrinə, bar həyatına da qarışmayın. Lakin sizə laqeyd yanaşdıqda onu günahlandıra bilərsiniz.