Hər qadının həyatını keçirmək istədiyi ideal bir kişi tipi var. Kimisi sarışın, kimisi əsmər... Amma qadınların güclü cinsin nümayəndəsində axtardıqları xüsusiyyətlərin əksəriyyəti demək olar ki eynidir. Aparılan araşdırmalar və sorğu nəticələrinə görə qadınlar təmiz və özünə qulluq edən kişiləri sevirlər.

Bir neçə kiçik qüsur isə qadınları kişilərdən uzaqlaşdıra bilər:

Yekəqarın – kişilərin ən böyük xətalarından biridir.
Dırnaqlara diqqət - uzun dırnaqlar o qədər də xoş görüntü yaratmır.

Televizor qarşısında oturmaq – qadınlar kişilərin əllərinə pultu alıb televizor qarşısında oturmalarından nifrət edirlər.
Təmiz üz - hər gün üzünü qırxan kişilər çox sevilirlər.
Qoxu - qadınlar pis qoxuyan kişilərdən birmənalı olaraq qaçırlar.
Ağ corab - kişilərin geyinə biləcəyi ən xoşagəlməz geyimdir.
Yemək – sürətlə, ağzı tam dolduraraq yemək yeyən, ağzı dolu olarkən belə danışan kişilər xoşagəlməyən tiplər arasındadırlar.
Saralmış dişlər – dişlərinizin bəyaz görüntüsü üçün əlinizdən gələni edin