Evliliyin əsas atributlarından biri də üzükdür. İnsanların evlənən zaman üzük taxması adətinin tarixi qədim misirlilərə gedib çıxır. Miladdan 2800 il öncə insanlar başlanğıc və sonu olmadığına görə dairənin sonsuzluğu təmsil etdiyinə inanıblar. Üzük də məhz evliliyin sonsuza kimi davam edəcəyini göstərir.