Qədim Romada gəlinliklər sarı rəngdə olub, gəlinlər sarı üz örtüyü taxırmışlar. Bu örtük subay və dul qadınları ayırmağa kömək edib. Orta əsrlərdə isə əsas gəlinliyin rəngi yox, parçanın keyfiyyətli və gözəl görünüşlü olması imiş.

Ağ gəlinlik adəti isə 16-cı əsrdə yayılmağa başlayıb. O dövrdə kral ailəsinin üzvləri gümüşü rəngli paltarlara üstünlük verirdilər. İngiltərə şahzadəsi Viktoriya gümüşü rəngli gəlinlikdən imtina edib və paltarın ağ olması barədə əmr verib. Bundan sonra ingilis və fransızlar bəyaz rəngin məsumiyyət rəmzi sayılması barədə fikirlər səsləndirməyə başlayıblar. Əxlaqi baxımdan bakirəlik evliliyin əsas şərti olduğu üçün ağ gəlinlik adəti yayılıb. Evlənərkən bəyaz geyinmək gənc qızların bəkarətlərini cəmiyyətə elan etmələrinin vasitəsi hesab edilib.

Gəlinliklə bağlı bəzi batil inanclar da mövcuddur. Bəzi düşüncələrə görə, gəlinin öz paltarını özünün tikməsi, toydan əvvəl gəlinlik geyinməsi, bəyin toydan öncə gəlinin paltarını görməsi uğursuzluq gətirir.