4 sonuçtan 1 ile 4 arası

Gözlər qəlbin aynasıdır

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Gözlər qəlbin aynasıdır

    Gözlərimiz sanki duyğularımızın aynasıdır...

    Yalan danışan adam davamlı gözlərini qaçırarkən, səmimi olanlar qarşısındakının gözlərinin içinə baxaraq danışmaqdan qorxmur.

    Şifahi mesajlardan çox bədən dilimik bizi ələ verir. Xüsusilə gözlər, gerçək duyğularımızı qarşımızdakına bildirmədə çox təsirlidir. Aralıq dənizi Universiteti Mediko İctimai Prixoloji Məsləhətləşmə və Rəhbərlik Məsulu Klinika Psixoloq Əlif Yazar, qarşısındakı adamdan gözlərini qaçıraraq danışmanın, güvən əksikliyi ya da qarşıdakı adamın üstünlüyünü qəbul etmə olaraq şərh olunduğunu ifadə edir.

    Güvən əlaməti
    Əlif Yazar, bədənin duruşunun da çox əhəmiyyətli olduğuna toxunaraq, "Birini birbaşa olaraq qarşımıza alaraq danışmaq,söhbət etmək ona önəm verdiyimizi göstərər. Qarşınızda bir neçə adam varsa və birinə kürəyinizi dönsəniz, o adama əhəmiyyət vermədiyiniz mənasına gəlir. Dik dayanmaq və qarşımızdakı adam ilə dik olaraq danışmaq etibarlı bir insan olduğunuz təəssüratını verər" deyir.

    Əli yumruq halına gətirərək danışmaq güc göstəricisi olaraq qəbul edilir. Əlin, barmaqların davamlı olaraq saçlara, burna toxunması isə narahatlıq və yalan əlamətidir... Yazar, "Ümumiyyətlə yalan danışan insanların əl qol hərəkətliliyi azalarkən, əl yelləmə hərəkətləri artar. Burun və ağızı bağlama kimi hərəkətlərin artdığı gözlənər. Yalan danışan kəslər, oturduğu yerdə davamlı tərpənər. Hərəkətliliyi artar. Bu da adamın olduğu yerdən bir an əvvəl uzaqlaşma istəyini göstərər" deyir.

    Geyim də insani ələ verir.
    Davamlı kostyum geyən insanlar ciddi olduğunu qarşısındakı kəslərə də ciddiyətini göstərmək istədiyini vurğulayır. Davamlı idman geyinənlər isə rahat və dəyişməyə açıq olduğunu ifadə edir. Geyim adamın zövqünü, mal varlığını, aid olduğu qrupu və dəyərləri ortaya qoyur. Qol düymələri, marka etiketləri, istifadə edilən hər cür aksesuar adamın kim olduğunu və ya kim olmaq istədiyini ifadə edir.

  2. #2
    Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    30

    Re: Gözlər qəlbin aynasıdır

    Yalan danışan adam davamlı gözlərini qaçırarkən, səmimi olanlar qarşısındakının gözlərinin içinə baxaraq danışmaqdan qorxmur.

    bədən dili mütəxəssisləri bu mövzuda həmişə bir şeyi atlıyorlar sanki. Kişi özü utancaq isə gözlərini qaçırır, elə isə utangaçlara haqsızlıq olmur mu bu durum.Yalancı olaraq damgalanacaklar.

  3. #3
    Junior Member
    Üyelik tarihi
    Apr 2009
    Mesajlar
    1

    Re: Gözlər qəlbin aynasıdır

    GÖZLƏR HƏQİQƏTƏN QƏLBİN AYNASIDIR. GÖZƏ BAXANDA İNSANIN NƏ CÜR BİRİ OLDUĞUNU ANIAYIRAM.

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Oct 2011
    Mesajlar
    178

    Re: Gözlər qəlbin aynasıdır

    Maraqli melumatdi amma mene gore yenede nisbidir bu yazidakilar. Cunki heyatda cox vaxt utancaq ve heyali xanimlarin esasen kisilerle, boyuklerle ve s ister is ortaminda olsun ister aile ortaminda olsun dik goze baxmasi halina rast gelinmir. Bu o demek deyilki o xanimlar durust deyil esla eslinde bu onlarin xanim heyasindan ireli gelir(esl Azeri xanimlarini nezerde tuturam) Amma yalan danisan insanlarin bezi hereket ve jestlerinden aqil olan insan anlayir bunun ucunse onlara coxda derin psixoloji arashdirma gerek olmur. Xebere gore teshekkurler.
    Asıl azmaz, bal kokmaz, kokarsa yağ kokar, onun da aslı ayrandır

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.