Dodaq üçün masaj: Qış aylarında bir dəqiqə ərzində dodaqlarınızı qaynanmış soyuq suda isladılmış yumşaq diş fırçası ilə ehmalja masac edin. Sonra dodaqlarınıza tərkibinə bir damjı lavanda yağı qatılmış şirin badam yağı sürtün. Bu prosedur qan dövranını sürətləndirəjək, hətta solğun dodaqlara belə təravət verəjək. Bundan sonra baş və şəhadət barmaqlarınızla əvvəl üst, sonra alt dodağınızı masac edin.
Dodaq üçün balzam: Tez-tez soyuqdəyməyə məruz qalıb «uçuqlayan» dodaqlara əlavə müdafiəni xüsusi balzamla təmin edə bilərsiniz: 4 damjı şirin badam yağı və 1 damjı çayağajının efir yağından hazırlanmış məhlulu hər gün dodaqlarınıza sürtsəniz, effektini dərhal görəjəksiniz.
Dodaq üçün maska: Küçədə dodaqlarınızı yalamayın, bundan onlar daha çox çatlayır və qanayır. Əgər dodaqlarınızda çat əmələ gəlibsə, çalışın bir müddət pomadadan istifadə etməyin. Yatmazdan əvvəl bal və badam yağından maskalar edin.
Gigiyenik pomada: Kosmetoloqlar qeyd edirlər ki, dodaq qurumasına qarşı ən yaxşı müdafiə makiyac və gigyenik pomadalardır. Hansı vasitəni – parlaq pomada, dodaq parıltısı və ya rəngsiz gigiyenik pomada seçməyinizdən asılı olmayaraq hər bir kosmetik vasitə özünəməxsus tərzdə dodaqlarınıza qulluq edir.

Qulaqlarımızı soyuqdan qorumaq üçün papaq taxır, əllərimizə əlcək geyinirik. Amma dodaqlarımızı qışın soyuğundan qorumağın yolu yoxdur. Bu da o deməkdir ki, onlara əlavə qulluq lazımdır.

Dodaqları yumşaltmaq üçün istənilən bitki yağından (ən yaxşısı zeytun yağı) istifadə etmək olar. Bunu pomadanın altından da sürtə bilərsiniz.

Çatlamış, quru və sərt dodaqları bal, xiyar suyu, çaytikanı yağı ilə sürtmək olar.

Əgər dodaqları limon şirəsi ilə sürtsəniz, onlar uzun müddət təravətli və təbii görünüşünü saxlayajaq.
Dodaqlarınıza həmçinin üz kremi, tərkibində E vitamini olan yağ və ya aloye olan gel çəkə bilərsiniz. Nətijədə dodaqlar nəm və yumşaq olajaq.