2 sonuçtan 1 ile 2 arası

Siz hansı tip anasınız?

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Siz hansı tip anasınız?

    Xanımlar Diktator və dediyim dedik analar üçün istifadə edilən ‘aslan ana' tərifi məşhur olunca; psixoloqlar fərqli şəxsiyyətlərdəki analar üçün yeni adlar tapdı: Pinqvin, kenquru, yunus və aslan ,ayı analar belə var!

    Amerikalı professor Amy Chuanın Çin üsulu radikal uşaq təhsili nəzəriyyəsini ortaya atan kitabından sonra bütün dünyanı bir ‘aslan ana' müzakirəsi getdi. Chuanın totalitar deyilə biləcək bir analıq və uşaq təhsilini nəzərdə tutan ‘Battle Hymn of a Tiger Mother' kitabıyla birlikdə heyvan simvollarıyla xatırlanan yeni ana modelləri ortaya qoyulmağa başlandı.

    Aslan analar
    ‘Aslan ana', uşaqlarının həyatda güclü və müvəffəqiyyətli olmaq məcburiyyətində olduğunu düşünür, çünki onun üçün həyatın qaydası sadə: İki növ insan var; güclülər və zəiflər. Televiziya, kompüter və video oyunları uşaqlara az qala haradasa qadağan edir, çünki bu vərdişlər uşağı ananın təyin etdiyi hədəflərdən yayındırır. Uşaq məktəbdə, idmanda ya da musiqidə əla qiymət almaq məcburiyyətindədir.

    Kenquru analar
    Bu ana növü də uşağına bir az çox düşkün. Amma aslanlar kimi intizamlı və məcburedici deyildirlər. Nədən bunlara kenquru deyilir? Körpələrini heç cür buraxa bilmirlər də ondan. Yəni bir tək kisələri əskik… Həyatlarını uşaqlarının steril və xoşbəxt bir mühitdə yaşamasını təmin etməyə həsr etmişlər. Bu ana növü, ölkəmizdə olduqca məşhur. Uşaqlarıyla olan dialoqlarında sərtlik yox, cəza yox amma bol şəfqət var.

    Delfin analar
    Bunlar ən sevgi dolu və ən oyunçu olanlarıdır. Yəni oğuluyla oğlan, qızıyla qız, körpəsiylə körpə, yetkiniylə yetkin olma qabiliyyətinə sahibdir bu analar. Uşağı kiçikkən onun oyuncaqlarıyla oynayan, böyüdüyündə isə birlikdə iPhone ya da Facebookda ilişən növdən analar yəni. Bir delfin ananı qızıyla alverdə, oğuluyla konsertdə görmək mümkündür.

    Pinqvin analar

    Ana kateqoriyaları içərisində ən maraqsız olanlara bu ad verilir. Bu qrupdakılar,salan anaların tam tərsi sayıla bilər. Kiçik bir qız anası olmasına baxmayaraq həyatından skandallar heç cür əskik olmayan fotomodel Qata Moss, pinqvin anaların ən məşhur nümayəndəsi olaraq göstərilir. Bu kateqoriyaya Britney Spears da daxil. Yumurtladıqdan sonra dənizə açılan dişi pinqvin geri dönənə qədər iki ay boyunca kürt yatma və balanı bəsləmə vəzifəsini kişi pinqvinə verər. Buna görə bu cür analara pinqvin ana deyilir.

    Ayı analar

    Ayı, qoruyuculuğun simvolu olduğu üçün bu cür analara bu ad yaraşdırılır. Bu təyin etmədə Alaskanın Grizzli ayılarının təsiri çox. Çünki balaları təhdid altında olan bir Alaska ayısından daha təhlükəli bir şey yox!

    Bu anaların övlad qoruyuculuqları bəzən insaf sərhədlərini məcbur edir. Uşağı aşağı qiymət alan zaman ,həmin gun məktəbdə gedib müəllimdən hesab soruşan, lazım olduğunda onun yerinə tapşırıqlarını edən analadır.

    P.S.Xanımlar bəs siz hansı tip anasınız,bizimlə paylaşmağı unutmayın.

  2. #2
    Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    30

    Re: Siz hansı tip anasınız?

    ay benim balam yok ben ana değilim de olsaydım hangi tip ana olurdum ?

    bence ayı ana olmam , aslan ana da olmam. Penguen hiç değilim, öyleyse ben kanguru ve delfin ana olacağam

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.