Dodaq masajı:

Barmağınıza bir damcı zeytun,ya da kərə yağı vurursunuz və tələsmədən hərəkət edərək masaj edirsiniz.Çalışın ki,yağ dodağa hopsun.Masajı adi yumşaq diş fırçası ilə etməniz də xeyirlidir.


Sağlam və təravətli dodaqlar:

- Dodaqların qidası üçün ərik,banan,şaftalı və ya xiyar dilimini götürüb əzərək,qaşığın yarısı qədər kərə yağı ilə qarışdırıb dodaqlarınıza sürtürsünüz.15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

- Pambığı yaşıl çay ilə isladıb dodaqlarınızın üzərinə qoyursunuz.20 dəqiqə istirahət etdikdən sonra onları su ilə yaxalayıb balzam və ya qidalandırıcı krem çəkirsiniz

- Təbii balı dodaq və dodaq ətrafına yayırsınız.10-15 dəqiqə keçdikdən sonra balın üzərindən zeytun yağı əlavə edirsiniz.5 dəqiqə gözləyib nəm salfetlə silin.


- Almanı əzib zeytun yağı əlavə edin.10 dəqiqə dodağınızda saxladıqdan sonra dodaqlarınız körpə uşaq dərisindən seçilməyəcək.


- Əvvəl boyanı çəkin,sonra bir hissəsini quru salfetlə silib,üstündən kirşan ya da tonal krem vurun.Yenidən eyni boyanı çəkin.Dodaqlarınız həm cazibədar,həm də təravətli olacaq


Dodaq hərəkətləri:

Vaxt keçdikcə dodaqlar öz elastikliyini itirir.Bunun qarşısını almaq üçün gündə 15 dəqiqə aşağıdakə hərəkətləri edin:

- Dodaqlarınızı qabağa uzadın.Sanki şam üfürürsünüz kimi.Sonra əvvəlki vəziyyətə qayıdın.Bunu 7-10 dəfə təkrar edin.

- Dərindən nəfəs alın və havanı 10 saniyəlik ağız boşluğunda saxlayın,sonra yavaşca buraxın.


- Davamlı olaraq “a”,”o”,”u”,”i”,”ı” hərflərini tələffüz edin.

- Alt çənənizi dodaqla birlikdə sağa-sola hərəkət etdirin.20 dəfə təkrar edin.

- Dilinizi bacardığınız qədər çıxardın və 2-3 saniyə bu vəziyyətdə saxlayın.5 dəfə eyni şəkildə həyata keçirin

Əzizlərim,bəs siz dodaqlarınızın təravətli və gözəl görünməsi üçün nə kimi maska və masajlar edisiniz?