Qonşumuz Əlinin beş və yeddi yaşında iki uşağı var. Bir gün yeddi yaşındakı oğlu Kənana benzinlə çalışan otbiçmə maşını ilə necə ot biçildiyini öyrədirdi. Maşını necə işlədəcəyini öyrədərkən yoldaşı Sevinc, Əlini bir sual vermək üçün içəri çağırdı. Əli içəri girəndə balaca Kənan maşını işlətdi və səhv olaraq çiçəkləri biçdi. Çiçək kərdisi bir anda məhv olmuşdu.

Əli geri qayıdanda gördüyü mənzərə qarşısında dəliyə döndü. Bütün qonşuların çox bəyəndiyi, zəhmət çəkərək öz əlləriylə düzəltdiyi çiçək kərdisi yox idi artıq. Əli səsini tam yüksəltməyə başlamışdı ki,yoldaşı Sevinc çölə çıxdı və Əliyə:“Əli, çiçək deyil, uşaq yetişdirdiyini unutma!” dedi. Sevinc bu sözləri ilə mənə ana-ata olaraq prioritetlərimizin nə olduğunu çox gözəl xatırlatdı. Uşaqların özləri və özlərinə olan qayğıları, qıra biləcəkləri, ya da ziyan verə biləcəkləri hər hansı bir fiziki obyektdən daha çox əhəmiyyətlidir. Bir futbol topunun qırdığı bir şüşə, diqqət yetirilmədiyi üçün qırılan bir lampa, ya da mətbəxdə əldən düşüb qırılan bir qab onsuz da qırılmışdır. Çiçəklər onsuz da ölmüşdür. Verilən bu zərəri uşağımızı incidərək, həyat sevincini öldürərək daha da artırmamalıyıq...

P.S. Həm də el arasında belə bir məsəl var :“Təki qırılan qəlblər olmasın”...Sizlərin də qəlbləri qırılmamağı ümidiylə ))