Səni düşünürəm yenə bu axşam
Yenə də xəyalın gözüm önündə
Titrək əllərindən bərk-bərk tutmuşam
Bir sual görürəm qəmli gözündə

Danışır mənimlə qara gözlərin
Çəkir ürəyimi dar gözlərin
Bilmirəm aparır, aparır hara
Bu sınıq könlümü hara gözlərin

Baxışlar buz olub dondurur məni
Bir qış şaxtası, sazağı kimi
Gəlmişdin bir zaman sən ürəyimə
Əbədi bir könül qonağı kimi

Vusal Arif

İndi xəyallarda görüşürük biz
İndi yollarımız ayrılıb tamam
Gülüm səndən mənə nakam sevgimiz
Bir de göz yaşıdır yadigar qalan