3 sonuçtan 1 ile 3 arası

Xatirələr

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Xatirələr

    Bəzən sevdiyin bir musiqi eşidərsən.O elə bir musiqidir ki,sanki hər notu xatirələrlə bəstələnmiş...Hər sözü ümidlə yazılmışdı.Sənin mahnın...Bəlkə kimisə xatırladan....Bəlkə nəyisə unutduran...Bir müddət dinləmirsən sanki unudulur musiqi,unudulur sözləri...Amma təsadüfən o mahnını eşitdikdə sanki o xatirələr,o hisslər, o düşüncələr, mahnının ritmi ilə həyəcanlı ürək döyüntün...Yenidən.. amma bunların hamısı mahnı bitənədək. “Bir zamanlar mənim mahnım idi” söyləyən təbəssümün...Və bitdi...



    Bəzən çox sevdiyin bir ətir olar. Qoxusunu nəfəsinə içinə çəkdiyin doğma qoxu...Qoxusundan doya bilmədiyin, çox sevdiyin ....Bir müddət istifadə edilmədikdə sanki unudarsan qoxusunu....
    Amma təsadüfən doğma qoxunu hiss etdikdə ötən zamanlar, o xatirələr, insanlar bir anlıq gözünün önündən keçər.Bir anlıq o hisslər,bir anlıq o düşüncələr...Bir anlıq ürəyin darıxar, sanki sıxılar.Amma nostalji hisslər qoxu tək uçub gedər. Bir anlıq keçirtdiyin hisslər təmiz havanı nəfəsinə çəkdiyinə qədərmiş...



    Yaşananlar əbədi deyilki...Bitdiyi an bir müddət düşüncələrdə qalır. Daha sonra xatirələrdə yaşayır.Və xatirələrdən də unudulub gedir. Xatırladan olmasa...
    Bəzi xatirələri xatırlamaq üzündə təbəssüm yaradır...
    Bəzi xatirələri xatırlamaq ürəyini ağrıdır...
    Bəzi xatırələr isə hər gözünü yumduğunda hər dəfə sanki yenidən yaşanır.Kaş ki, o xatirələr də göz yaşınla süzülüb getsə...Kaş ki,gözün açdığında yuxudan oyandığın kimi,xatirədən də oyanasan...Amma bəzən hisslərimiz insan iradəsindən asılı olmasada ən azından onları idarə etməyə cəhd edək.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Xatirələr

    Bəzi xatırələr isə hər gözünü yumduğunda hər dəfə sanki yenidən yaşanır.Kaş ki, o xatirələr də göz yaşınla süzülüb getsə...Kaş ki,gözün açdığında yuxudan oyandığın kimi,xatirədən də oyanasan...Amma bəzən hisslərimiz insan iradəsindən asılı olmasada ən azından onları idarə etməyə cəhd edək.


    cox saq ol

  3. #3
    Senior Member Mystery_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Oct 2010
    Mesajlar
    393

    Re: Xatirələr

    xatireler unudulmur....unudulsada izi hec vaxt silinmir....kecmiwe qayidib xatireler yada duwende ister istemez insan pis olur...sanki ureyine bir sanci girir...hemin ani sozle ifade etmek olmur...yawiyanlar yaxwi biler nece agir hiss oldugunu..etir ve mahni...xatirelerimi daha tez yada salir......

    Təvazökar ol amma özünü heç vaxt UCUZ SATMA!!!
    Geriyə bax amma heç vaxt GERİ DÖNMƏ!!!
    Bağışla amma heç vaxt UNUTMA!!!
    Arxadan vurulmaq istəmirsənsə heç kimə ARXALANMA!!!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.