Doğum günü ölən sevgisini qəbrdən çıxarıb, onunla yaşamaq istədi.

Hadisə Rusiyanın Omsk vilayətində baş verib. Roman Romanov maşın qəzası zamanı dünyasını dəyişən 18 yaşlı sevgilisini qəbrdən çıxararaq, onunla birlikdə yaşamaq istəyib.

Mariya Turçanova Roman Romanovla evlənmək ərəfəsində maşın qəzasına düşərək dünyasını dəyişib. Buna dözə bilməyən Roman Mariya dəfn olunan gün, gecə saatlarında əlinə bel alaraq məzarı açıb, Mariyanın cənazəsini çıxarıb.

Açılmış məzarı görən qəbrstanlıq işçiləri polisə xəbər veriblər.

Polislər Romanın fotorobotun düzəldərək bir neçə gün ərzində onu həbs ediblər. Romanı sorğu sual edəndən sonra onu psixiyatra göndəriblər.

Mariyanın sinif yoldaşının sözlərinə görə, Romanla Mariya bir-birilərini məktəbdə oxuyarkan seviblər.

Qəza hadisəsi Mariyanın doğum günü baş verib. Mariyanı gəlinlikdə dəfn ediblər. Dəfn günü gecəyə qədər Mariyanın məzarı yanında ağlayan Roman dözə bilməyib bel götürərək, onun qəbrini açıb.

Həkimlərin sözlərinə görə, sevgilsinin ölümündən sonra Roman ağır stress keçirib.

Roman Romanov haqqında cinayət işi açılıb. Romna buraxıldıqdan sonra onun Mariyanın məzarına geri dönəcəyindən qorxan Mariyanın valideynləri qızın məzarını betonlayaraq, mərmərdən başdaşı qoyublar.