Hər ötən gün mənə vəd etdi çox şeyi…


Vədini tutmadı bacarmadı,

Ya da mən ona kömək eləmədim sözünü tutsun deyə…

Keçmişi unudacaqdım gündən-günə…


Siləcəkdim əzab verən xatirələri…

Unutduracaqdı guya zaman hər şeyi mənə…

Amma olmadıı keçmiş mənə dünənim qədər yaxındır,illər keçsə belə…


Bitəcək sanırdım zamanla bu hekayə…


Amma bitəcək sandığım hər an bu hekayədə yeni abzaslar yaratdı.


Sonunu yazmağa mürəkkəbimi qıymadığım abzasları tamamlamağı söz

vermişdi günlər…


Amma onlar daha böyük boşluq yaratdılar…



Sevinc vəd edirdi hər ötən gün…


Sən demə keçmiş kədərlərimə baxıb sevinə biləcəyim bəsit

günləri nəzərdə tuturmuş…

Böyüyəcəyimi bildirmişdi mənə təqvinimin hər günü…


Amma yalnız dərdlərim böyüdü
zamanla…


Günlər yalnız bir vədinə sadiq qaldı;zaman mənə ən ummadığım,gözləmədiyim sözünü

tutaraq özünü sübut etdı…

Keçən günlər “sabah da yalnız olacaqsan”demişdilər…

Bu sabahlar illər çəkdi…


Anladım artıq sənsizlik bitən deyil.

Bitsə də məndən xəbərsiz…