Sayfa 1/2 12 SonSon
11 sonuçtan 1 ile 10 arası

Darıxdım sənin üçün....

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Darıxdım sənin üçün....

    Darıxdım sənin üçün…Saatların gecə yarısını çoxdan vurub keçdiyi, sabaha başladığımız dəqiqələr…
    mən sənin üçün darıxdım.
    Adımı qulağıma heç pıçıldamadın.
    Mənə məni sevdiyini də heç söyləmədin ki…
    əlimi heç tutdunmu?
    ya da gözlərimiz birləşdimi?
    Radioda, bir sonra çalacaq mahnını mənə tutub, sözlərini bəyənmədiyində, "bundan sonrakı mahnı bizim olsun" filan dedinmi?
    ya mən…

    səni düşünüb, sənin içində olduğn...o yuxusuzluq girdabında, zorla yuxulara axışımda səni görmək üçün çırpınıb, amma səndən başqa hər kəsi gördüyüm yuxularımda…
    nəsə…bəzən əl-ələ yaşanmaz sevdalar
    gözlərdə görüşülməz…
    saat keçmiş… ya da səhərmiş…
    bilə bilməzsən.
    Sən bir yerlərdəsindir
    mən başqa yerlərdə…
    mən şeirlər oxuyum sevdalar üzərinə

    sən…
    gözlərində mahmur baxışlar, və ağılında mən olmadan, sabahın təlaşıyla…
    amma…
    bilə bilmərəm ki
    Biz bir şeyləri yaşamaq istəyərkən nə çox yaşanacaqları qaçırdıq heç bilirsənmi?
    səni sevirəmlə başlayan cümlələri qaçırdıq əvvəl
    qaçdıq…

    sevərkən sevməkdən
    qaçdıq əsir olmaqdan əslində əsirkən sevgiyə…
    bilə-bilə.
    sonra bir-birimiz üçün söylədiyimiz mahnıları qaçırdıq

    əllərimizi qaçırdıq bir-birimizdən
    və gözlərimizi qaçırdıq
    başqa başqa yerlərə baxarkən, əslində bir-birimizə baxarkən…
    Yaşamaqdan qorxduğumuz dəqiqələri qaçırdıq.

    İndi sən məhrum
    və mən ola bildiyimcə azad, ola bildiyimcə günahsız
    səni yazıram suya
    SƏNİ SEVİRƏM...
    sən mənə heç söyləmədin amma
    mən suya baxıram və…
    səni görürəm.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Darıxdım sənin üçün....

    mən suya baxıram və…
    səni görürəm.
    kofeeeee...Su görəndə yadima düşürsən..Amma mənə ziyandi deyiblər çox içmək olmaz.!

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Junior Member
    Üyelik tarihi
    Sep 2010
    Mesajlar
    13

    Re: Darıxdım sənin üçün....

    canbell bir gun birisi sene sevdiklerinde dostlarinda sene ziyandi dese ondan da vaz kececeksen? ay uwaq hec kofeden vaz kecmek olar?

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Darıxdım sənin üçün....


    Biz bir şeyləri yaşamaq istəyərkən nə çox yaşanacaqları qaçırdıq heç bilirsənmi?
    səni sevirəmlə başlayan cümlələri qaçırdıq əvvəl
    qaçdıq…

    sevərkən sevməkdən
    qaçdıq əsir olmaqdan əslində əsirkən sevgiyə…
    bilə-bilə.
    tesekkurler

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Darıxdım sənin üçün....

    Alıntı Mr_Dracula Nickli Üyeden Alıntı
    canbell bir gun birisi sene sevdiklerinde dostlarinda sene ziyandi dese ondan da vaz kececeksen? ay uwaq hec kofeden vaz kecmek olar?
    Baxir dosta..

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  6. #6
    Junior Member
    Üyelik tarihi
    Sep 2010
    Mesajlar
    13

    Re: Darıxdım sənin üçün....

    dost dediyin dostdursa onun bamiyanida olur

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Darıxdım sənin üçün....

    Mr Mr mən gördüyünüz kimi kimsənin sözü ilə durub oturmuram..Kofedən vaz keçmədiyim kimi dostlarimdan da vaz keçmərəm,əyər varlarsa.!

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  8. #8
    Junior Member
    Üyelik tarihi
    Sep 2010
    Mesajlar
    13

    Re: Darıxdım sənin üçün....

    canbell demek boyumusenki hec kimin sozu ile oturub durmursan?yeqin cox maliw yeyirsen yada sudun boldu deyesen paxil menede verdee

  9. #9
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Darıxdım sənin üçün....

    Ürəyimdə bir dəniz var.söz dənizi.sahilinde susar qalar bu həyat.Dolar yol çəkən həsrətli gözlərim.donaram, yağar günümə həsrət yağışları. Mən səni yaşaram sənsizliyin hüzün dolu anlarında.yazaram həm yaradaram, təsvirini mən.tükənməz sözler.bitməz nə də səni izah edə bilməz. Ürəyimde bir kədər var..məni məndən qoparan.. günlərimə son deyib xəyallara aparan.sonu yox k,i kədərin.sən gelməsən hec bitməz.sən varikən yox olan həsrətin ölməzlik qazandı..heç ölmez.Ürəyimde bir sən var .O, heç sənə bənzəməzki.. o, məni anlayan, sevən varlığımda yaşayıb ürəyimlə döyünən. bir sən varsan,yaşayar bu taleyin kədərini ,qəmini , bəzən güler, mənimlə bəzən de mən danışaram səninlə.Ürəyimdə bir esq var.sonsuz düşüncələr yaşadan bir esq. sən onda variken o ,səndə olmayan bir eşq.mən onun varlığını duysam bele hər gece sənin duyğuların bilirəm ki, ağlar qalıb gizlicə.sənin duyduqların mənim yaşadıqlarim oxşardır biri birine.indi sənsiz bir həyatın ayrı mənasi ayri sevdası var.mənasını kədərdə sevdasını həsrətində axtarar.Ürəyimdə nələr var nələr..səni yaşadanlar sənli xatirələr birde zamansız köçüb gedən gənclikden qalan bəzi əlamətlər .Desəm səni unutmuşam ağlayar ürəyimdəki sən, desəm yazmayıram daha sənə bitər susar bu sözler, desəm sona yetdi bu sevgi bu esq məni öldürər. Ne yazıq ki, sən varsan nə yazıq ki, sənsiz mən varam bir də nə yaziq ki,seven bu ürək var…

  10. #10
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Darıxdım sənin üçün....

    Aylardan nə idi? dəqiqə əqrəbi və əqrəb neçəni göstərməkdə idi? harada, nə vaxt buraxdım özümü? uzun zaman keçdi. ..çok uzun zaman... ümidlərimi, xəyallarımı, sevinclərimi, təbəssümlərimi, mənliyimi buraxmama səbəb nə idi? halbuki nə qədər xoşbəxtdim mən özümlə. ..oysa nə qədər çox sevərdim mən özümü, səndən əvvəl....

    Köhnə halıma dönməyə çalışıram indilərdə. .kendi özümə xoşbəxt olduğum, öz təbəssümlərimdə boğulduğum, özümlə dinclik tapdığım günlərə... o qədər çətin gəlir ki ürəyimə. .o qədər çox icazə var ki yaşadığım hər yerdə. .o qədər çox yer etmisən ki mənliyimdə. ..seni məndən ayırmaq çətin gəlir ..

    Az çox xatırlayırsanmı məni, xarakterimi? çətini nə qədər çox sevdiyimi bilərsən deyilmi? və indi və bu anda, mənə ən çətin gələn şeylərdən birini etməyə çalışıram. məni sənsiz buraxıb, köhnə mən olmaq üçün çalışıram. bilərsən məni, başladığım heç bir işi yarım buraxmam. yenə bil köhnədən bildiyin kimi; sənsiz yaşamağa alışıram, sənsiz yaşamağı bacarıram...
    sənin də canın yanar bəlkə bir gün. mənim üzümdən deyil ; amma düşər ürəyinə hüzn. göz yaşlarınla islanar yüzün və əsla dinlənməz sözün. .tanış gəlir deyilmi sənə bu səhnə? kiçik bir fərq hiss edərsən, baxdığında özünə. ..mən deyil sən varsan bu səfər baş rolda. bəlkə sən də çətini bacarmaq istəyərsən o zaman. ..mən də sənə gülümsəyərəm, sənsiz davam edən xoşbəxt bir həyatdan...

    Bu ürək bir zamanlar səni darıxardı. uzun gözləyişlər ardından həsrətim sona çatardı; amma yanımdaykən belə bilərdim, təkrar gedəcəyini. ..yanımdayken belə hiss edərdim, sənsizliyin yenə qucaqlayacağını mənliyimi. ..hiç bitməyən həsrət küləyində sovrulmaqdan yoruldum. sənsiz bir yolda, sənin əsla olmayacağın bir həyat irəliləyirəm...

    inan, özümlə xoşbəxt olmağı bacarıram. inan özümə olan həsrətimi, artıq bitirirəm və bu həsrətin əsla təkrarlanmayacağını bilirəm...
    HaKKım heLaL,Sewqim haRam oLsun

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.