6 sonuçtan 1 ile 6 arası

Məndən Sənə

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Məndən Sənə

    Bir vaxtlar dərddən, qəmdən uzaq idim.
    Özümü dünyanın xoşbəxtlərindən sayırdım.
    Ömrümün 1-ci baharında səninlə rastlaşdım.
    Sən mənim ömrümün baharında açılan ən gözəl gül idin.
    Güllər həyatı gözəlləşdirər...
    Amma sən.!!!
    Səni sevsəm də, mənim olmayacağını ilk andan anladım.
    Çünki bizim sevgimiz də, sevgiyə baxışlarımız da fərqliydi.
    Bu acı həqiqəti dərk edən ağlım "sevmə" desə də, hissim könlümə "sev" deyərək, hökm edirdi.
    Hislərimin hökmü ilə səni sevdim.
    Lakin ömürlərə gözəllik, könüllərə sevinc gətirən sevgi mənə acı günlər bəxş etdi.
    Həyatımı daha da gözəlləşdirəcəyini düşündüyüm sevgi, əksinə, səadətimi də əlimdən alıb, ömrümə dərd-qəmi həmdəm etdi.
    Sevilirdim, amma sevdiyim kimi yox.
    Sevib - sevildiyim halda, nə idi bu iztiraba səbəb?
    Mən səni susuzluğun od vurub, köz kimi yandırdığı dodaq su sevən kimi sevirdim.
    Sən də sevirdin, "Bir bulaq yanında bircə qurtum serin su pis olmaz" deyən kimi sevirdin.
    Mən səni kor olub, işiğa həsrət qalan göz kimi sevirdimsə, sən məni bu işıqlardan yaranmış yaraşığı sevən kimi sevirdin.

    Sənə özümdən artıq dəyər verirdim sevgilim.
    Bütün valığımla sevirdim...
    Əgər mən məhəbbətə əbədi və müqəddəs varlıq kimi baxırdımsa, sən onu əyləncə, ötəri duyğu kimi başa düşürdün.
    Axır ki,ağıl deyən oldu.
    Sevgimiz, sevgiyə baxışımız kimi, yollarımızda ayrıldı.
    Səni sevən könlümün yaddaşında acı bir xatirə qaldı.
    Birgün inanarsan amma gec olar sevgi dolu qəlbim nifrətlə dolar məni...
    Sevdimki intizardan öləm, ayrılıqdan solam, sadəcə sevdim ama sevilmədim...
    Sınmış ümidlərin bir kənarında durub seyr edərkən məhəbbəti biz gör nələr itirdik, nələr qazandıq.
    Həsrətlə kədərlə birgə yürüyen o yolun başında nələr yaşadıq.
    Dərin düşüncəylə həqiqət qursaq yalanlar içində yalan qazandıq.
    Səninlə yaşanan xatirələrim elə xatirəyə dönüb qalacaq.
    Fikirin xəyalın önündə duran yalançı simanda mənlə olacaq.
    Kaş səni sevdiyim qədər, sevilə biləydim.
    Mənə söyləyərdilər: Həyatda sadəcə yaşamaq sevməkdə deyil.
    Sevmək sonu bilinməyən bir kədərdi, ən böyük mutluluq isə sevilməkdədir.
    Bu kəlmələri indi daha gözəl anlayıram...
    Səni tanıdığım günə peşman deyiləm, batan ümidlərə peşman olmuşam.
    Qırılıb ürəyim yaman qırılıb, yenə də səninlə səndə qalmışam...

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Məndən Sənə

    Qırılıb ürəyim yaman qırılıb, yenə də səninlə səndə qalmışam...

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Junior Member
    Üyelik tarihi
    Sep 2010
    Mesajlar
    13

    Re: Məndən Sənə

    ben bir kalp ustasiyim urekleri remont ede bilirem canbell istesen gel kleyliyek ama gerek menle mensiz qalasan

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Məndən Sənə

    Səni tanıdığım günə peşman deyiləm, batan ümidlərə peşman olmuşam

    tesekkurler

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Məndən Sənə

    Alıntı Mr_Dracula Nickli Üyeden Alıntı
    ben bir kalp ustasiyim urekleri remont ede bilirem canbell istesen gel kleyliyek ama gerek menle mensiz qalasan
    Remont neçəyə başa gələcək..
    Özün hara gedecəksən ki???)))

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  6. #6
    Junior Member
    Üyelik tarihi
    Sep 2010
    Mesajlar
    13

    Re: Məndən Sənə

    senden canimi qurtarmaq istyiremse znacit yerimi demiyecem bu defede alinmiyacaq
    gel bir wey fikirlewerik qiymet baresinde bu qederde ureksiz olma eliaciq qiz ol

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.