3 sonuçtan 1 ile 3 arası

Bir sözlə Sən...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Bir sözlə Sən...

    Sən qəlbimə sancan sevgi öpüşləri
    Sən.. sən kədər..!
    sən.. sən sevinc..! sən... sən məhəbbət..!
    Sən mənim qaranlıq dünyamın parlaq günəşi
    Sən məhəbbətin reallığa məcazi tərcüməsi
    Sən gecələrim , sən üzümdə ki təbəssüm.
    Sən mənim solmayan gülüm
    Sən məhəbbətim , sən ölüm
    Sən mənim atan qəlbim
    Sən gülüm əzizim
    Sən qəlb yaralarım , sən ağrılarım
    Sən ümidsiz arzularım ...
    Sən mənim ewq balzamim sən qəlbimə batan tikan
    Sən mənim hər şeyim oyan artıq eşq yuxusundan....
    Sən baharda acıb daim çiçəklənən məhəbbətim
    Sən əllərim sən titrəyən ürəyim
    Sən qanlı nəfəsim , sən canim mənim
    Sən təbiətin mənə günahsız hədiyəssi
    Sən eşq bağçasında qaçişan eşq daycalarının səsi
    Sən göz yaşlarımın qaranlıq kolgəsi
    Sən əsən küləyin tozlu təbəssümü, nəfəsi
    Sən təkkəbürlü baxışların eşq ölkəsi
    Sən hekayə, sən gül ləçəyi
    Sən qaranlıq meşəmin işıqlı çiçəyi
    Sən arzularımdakı məqsədim
    Sən həm dərdim , həm məhəbbətim
    Sən talehim , sən qismətim
    Sən hisslərim , sən duyğularım
    Sən qəlbimdeki sorğularım
    Sən yuxularımın dəyişməz mövzusu
    Sən göz yaşımda canlanan sənsizlik qorxusu
    Sən qanlı əllərim sən sevgi səhifələri
    Sən tənhaliq, sənsizlik dəqiqələri
    Sən doğmayan günəşim sən sönmüş ayim
    Sən qaranlıqı parlaq görsədən sevgili yarım
    Sən sözlərim, sən kəlmələrim, sən nəğmələrim
    Sən sevgi önündə rəqs edən pərdələrim
    Sən qəlbimə qonmuş aciz kəpənək
    Sən mənim arzularimda ki yeganə çiçək
    Sən sənsizlik sən nurlu gülüş
    Sən qəmsizlik , dodaqlardakı öpüş
    Sən axan çayların bir-biri ilə söhbəti
    Sən sevgi ilə nifrəti ayıran onların sərhədi
    Sən mənim xeyallarımı oxşayan eşq damlası
    Sən nəfəsimə çəkilmiş acı həsrət ğrısı
    Sən doğrularım sən içimdəki yalan
    Sən göz yaşlarımı yuyan yağış,
    Sən eşq romanımın başlanğıcı həmdəki sonu
    Sən nifrətlə sevgi arasındakı qanlı oyun
    Sən yaralı qəlbimin tək şifası
    Sən viranə içində gizlənmiş yaşlı mələk
    Sən sevgimə boyanmış gizli kələk
    Sən kipriklərimdə quruyan göz yaşlarım
    Sən sənsizliyə qoyduğum baş daşları
    Sən gizli xəzinəmin sevgi xəritələri
    Sən yorğun saatlar, sən durmuş zaman
    soyuq dəqiqələrim , getmə dayan !

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Bir sözlə Sən...

    Marağlidir təşəkkür edirəm..!


    Sən mənim ewq balzamim sən qəlbimə batan tikan

    Eşq balzami da var demək..

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Junior Member
    Üyelik tarihi
    Sep 2010
    Mesajlar
    13

    Re: Bir sözlə Sən...

    ewqdir mehrabi uca goylerin ewqsiz ey dunya de nedir deyerin.......indi esrde ewq varki?kim kimi oune gore sevir hec kim hami neyese gore biri birini sevir ewq bir defe olub oda mecnun vaxtinda cunki leylini leyli oldugu ucun sevirdi onda nese axtarmirdi

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.