2 sonuçtan 1 ile 2 arası

Yağış yağdığında

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Yağış yağdığında

    Səni bir dəfə görsəm, bitirsəm içimdəki həsrətini bu qədər çətin olmayacaqdı səndən ayrılmaq. Onsuz da öyrəşmişəm səni görməməyə, yəqin belə də öhdəsindən gələrəm bu ayrılığın..Amma əgər hiss etsən həyatından çəkildiyimi, sənə geri dönməməm üçün mənə şans dilə...

    Nələr yazmaq istəyirəm sənə bir bilsən! Sənə daha əvvəl də yazmışdım amma bu dəfə bir daha yazmamaq üzərə, səni beynimdə, içimdə bitirərək yazıram, ya da bitirmək istəyərək...Nə qədər davam edər bilmirəm amma mən səndən ,sevgindən ayrılmaq istəyirəm...Yenə səndən xəbərsiz…
    Mən səni sevərkən də səndən xəbərsiz sevmişdim. Bəlkə də özümdən belə xəbərsiz...
    Özümdən və səndən xəbərsiz ‘HƏR ŞEYİM' olmuşdun! sən…bənzərin yox idi yer üzündə, yox idi səndən daha gözəl güləni. Yaşanmamış və yaşamamış olsam belə sən fərqli idin. EŞQ xüsusi idi…

    ‘Yağışda eşq başqadır' deyənlərə gülürdüm amma mən də yağışda üşüyən əllərini isidərək başladım səni sevməyə…
    Heç bu qədər gözəl yağış yağmazdı… əvvəllər fikir vermirdim səninlə gözəlləşən hərşeye, sonra bütün dükanları gəzib, ətirinin iyini axtararkən anladım səni dəli kimi özlədiyimi.

    Sən nə qədər gerçəksənsə o qədər də yalan idin … və mən hər səfərində ən başdan başladım. Yenidən bir sondayam amma bu dəfə yenidən başlayacaq gücüm yoxdur.

    Hamı kimi biri olmağını ya da heç kim olmağını istəyirəm. Səsini eşitmək üçün telefonlardan imtina etmək , adını eşitdiyimdə içimin titrəyib, gözlərimin dolmasından xilas olmaq istəyirəm. Sənin mənim üçün hər hansı biri olmağın nə qədər çətindir bir bilsən… onsuz da asan nə vardı ki mənim üçün?! Sanki səni öldürməmlə sevməm arasında heç bir fərq yox idi. Və mən həmişə sevgimə görə cəzalıydım. Heç sonu olmayan bir yolda səninlə getmək ,yeni çıxan filmləri birlikdə izləmək, saatlarla əllərini tutmaq, bir dəfə olsun səni qucaqlayıb yatmaq, bir səhər gözlərimi açdığımda yanımda səni görmək istəyərkən ,sən sevgimlə utanmamı mənə öyrətdiyin üçün həqiqətən “xüsusiydin”!

    Və buna görə də qeyri-mümkünlüyünə həmişə inandım!
    Mən tək qalıb səni düşünməyi dəli kimi sevdiyimdə, sən mənim hər şeyim olduğunda, mən sənin üçün heç yoxdum! Buna görə yalnızlığım, ağlamalarım, həsrətlərim canını heç ağrıtmadı.

    MƏNİM TƏRƏFİMDƏN SEVİLMƏK BƏLKƏ DƏ HƏYATINDA ƏHƏMİYYƏT VERƏCƏYİN ƏN SON ŞEY İDİ…

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Yağış yağdığında

    her gercek 1 yalandir


    her yalanda da 1 gercek var .

    tesekkur movzu ucun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.