3 sonuçtan 1 ile 3 arası

Bilirsən bəzən

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Bilirsən bəzən

    Bilirsən,bəzən belə də olur.Harasa tələsirsən,gecikəcəyindən qorxursan,özünü çox vacib biri hesab edirsən,amma yenə də ən başlıcasına çata bilmirsən,ən vacib olanı əldən buraxırsan.Bəlkə də ona görə ki,bilmirsən səninçün vacib olan nədir.Bəlkə də bilirsən,amma o sabit deyil,dəyişir.15 yaşında bir şeydir,18 yaşında başqa,23 yaşında da tamamılə fərqli...
    Bilirsən bəzən,sahil qumlarının üstünə kiminsə adını yazırsan və fikirləşirsən ki,onu növbəti dalğa yuyub aparacaqmı?Sən arxaya baxmadan gedirsən və qəlbinin dərinliyində inanırsan ki,sənin yazdığın pozulmazdır.Ancaq bir müddətdən sonra başa düşürsən ki,zaman yazıları daşlardan silir ,qum nədir ki...
    Bilirsən bəzən,qarşıdakı evlərdə pəncərələrdə işıqlar bir-bir söndükcə sən ümidsizcəsinə inanmaq istəyirsən ki,hardasa kimsə də alnını soyuq şüşəyə sıxıb sənin pəncərənə baxır ...
    Bilirsən bəzən şəhərin küçələrini dolaşdıqca hər sifətdə bir məna görməyə başlayırsan.Amma hər dəfə də yanıldıqca hər şeyi yenidən başlamaq daha da çətinləşir,amma bilirsən ki,bu səndə alınacaq.Bu sadəcə yeni bir başlanğıcdır..

    Bilirsən bəzən adı rahatlıq və heç olmasa bir dəqiqəlik sakitlik səninçün hər şeydən vacib olur.Bu mübarizədə lazımdır,fikirlərini qaydaya salasan və düşmənlərin səni yenidən gümrah,özünəinamlı və ayaq üstə görəndə paxıllıqdan partlasınlar deyə...

    Bilirsən bəzən,sənə elə gəlir ki öz gücünü lazımınca qiymətləndirmirsən.Bəzən isə əksinə.Bəzən özünü qəsrlər yarada biləcək qədər güclü sayirsan,bəzən də küçə itlərinin də səndən xoşbəxt olmasını fikirləşirsən.

    Bilirsən bəzən,ən gözəl hərəkətlərinin sənin daxilinin deyil xaricinin məhsulu olduguna gorə utanırsan.Əgər başqaları bundan xəbər tutsaydı sən özünü narahat və pis hiss edərdin.

    Bilirsən bəzən,qəlbində bahardır. Ürəyin sevincdən və kədərdən donur.Heç kimin sənin qəlbindəkilərdən xəbəri yoxdur deye heyfsilənirsən.

    Bilirsən bəzən gecələr pəncərədən göyə baxanda, ulduzlar mənə o qədər yaxın gəlir ki, hətda əlimlə onları sıralayıb sənin adını yazıram göyə. Sonra tez silirəm birdən başqasıda görər deyə. Yox-yox, ona görə yox ki, başqaları bunu görməsin deyə, sadəcə kimsə hiss etməsin ki, sən mənə ulduzlar qədər uzaqdasan...

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Bilirsən bəzən

    Bilirsən bəzən,qəlbində bahardır. Ürəyin sevincdən və kədərdən donur.Heç kimin sənin qəlbindəkilərdən xəbəri yoxdur deye heyfsilənirsən.

  3. #3
    Junior Member
    Üyelik tarihi
    Sep 2010
    Mesajlar
    13

    Re: Bilirsən bəzən

    Bilirsen bezen insanlar sehv edir hemde boyuk sehvler mes movzunun muellifinden komek istyirler o ise evezinde onu qovur bagilwiyin Fidan xanim men sizin psixologiyanizi oxuya bilmedim gerek sizden taniwliq istiyim ki meni bu forumda saxliyasiniz heyfki men zeiflerle ozunu tanimiyanlarla taniw olmuram yoxsa seve seve sizinlede taniw olardim heyf bu defede bextiniz getirmedi
    OLUMSUZLER

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.