2 sonuçtan 1 ile 2 arası

Qəlb "Cəbhəsİndə" "Müharİbə"

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Qəlb "Cəbhəsİndə" "Müharİbə"

    İnsan özü özü ilə müharibə edə bilər mi görəsən? Müharibə ki çox ağırdır.O elə bir hadisəir ki orda gülüşə yer yoxdur.Orda heç bir uşaq və eləcə də böyüklər vertolyot səsi eşidən kimi həvəslə çölə qaçıb uçuşunu izləmir.Əksinə o səs eşidilə biləcək ən pis səsə çevrilir .Çünki o qorxudur.İnsanın özü ilə müharibəsi də elə budur.Özü öz içində qışqırır, lakin onun səsini heç kim duymur.Və o səsi öz içində boğulduqca elə qorxululaşır ki insan o səsdə özü belə necə boğulduğunu anlamır.


    İnsanın özü ilə müharibəsi meydanlara çıxıb tank altında əzilməyə bənzər.Özü də duymaz bəlkə ruhunun necə əzildiyini,qəlbinin necə parçalanıb tikə-tikə olduğunu.Səbəbini axtarar bəlkə.Azadlıq! Amma düşünməzmi əzilərkən son sözünün nə olacağını? Kimləri geridə qoyduğunu anlamazmı?Görməz mi özünü aynada ki, o məhv olmağa layiq deyil?!

    İnsanın özü ilə müharibəsi düşmənə əsir düşməyə bənzər.Əsir alar insan özü özünü.2 yol qoyar qarşısına ya xilas üçün satılmaq,ya da məhv olmaq və qorxar.Qalar tərəddüdlərində sıxıla sıxıla və seçər.Hansını seçmək lazım olduğunu anlamadan seçər.Nəticə isə birdir.Əsirlikdə çıxan insan sağ qayıda bilər mi ki? Bilməz! Sağ qayıtsa belə aldığı yaraları unutmağı bacarmaz.Bəzən isə duyğularının əsiri olar və ağlını da başqa bir tərəfə həbs edər.Budur insanın özü ilə müharibəsi.

    İnsanın özü ilə müharibəsi döyüşdən çıxıb şikəst olmağa bənzər.Gözləri görməz bəzən gerçəklikləri.Bəzən əlləri olmaz toxunmağa.Toxunmadan necə hiss edəsən ki? Ayaqları olmaz bəzən addımlamağa.İrəli getmək o qədər çətinləşər ki əlacsızlıq yox etməyə başlar insanı.İçindəki boğuq səsin üsyanları kar edər insanı eşitməz.Ən gözəl səslərdən məhrum qalar insan.
    İnsanın özü ilə müharibəsi qalibiyyətlə bitər bəlkə.Amma..amma geriyə elə bir mənzərə qalar ki ləzzət almaz insan o qələbədən və özünə baxar.Geriyə nə qaldı deyə.Parçalanmış qəlb,yaralanmış ruh və göz yaşının yenicə qurumuş izləri.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Qəlb "Cəbhəsİndə" "Müharİbə"

    en dehsetli muharibe mence ele budur . insanin ozu -ozu ile etdiyi muharibe .
    teevuruve getir ki sen ureyinle muharibe edirsen ureyine deyirsen ki "O BU SEVGIYE LAYIQ DEYIL SEVME ONU "
    en dehsetlisi budur ki ,urek seni hec vecine de almir , onda sen gerek o insani ureyinden atmaq ucun o ureye de qesd edesen , bu da deyirler ki ,, gunahdir ve ona gore de ne yasaya bilirsen , ne de ole bilirsen , icinde ozu -ozune muharibe edirsen . hec kese bele 1 muharibe arzulamiram

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.