6 sonuçtan 1 ile 6 arası

Menasiz bir yazi

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Menasiz bir yazi

    Səndən əvvəl nə edərdim mən, bunu xatırlamağa çalışıram. Xatırlamağa çalışdıqca da böyük bir boşluğun içində itmiş kimi oluram.

    Səndən əvvəl nə edərdim mən?

    Niyə düşündükcə hər şey boş və mənasızlaşır? Çaşıram çünki, bir insanın həyatını bir başqa insan necə bu qədər dəyişdirə bilər axı?

    Görəsən Sən olmadan əvvəl mənasız idim?

    Deyildim əlbəttə.

    Bəlkə həyatıma səninlə birlikdə yüklənən məna, daha əvvəl yaşanan hər şeyi silib apardı






    Körpəsindən doymayan ana kimi baxıram sənə. Həmişə səndən xəbər gözləyirəm, əllərim bağlanmış kimi....

    Zamanı səninlə necə keçirəcəyəm xəyal edirəm

    Nə etdin mənə bilmirəm. Daha əvvəl də yaşadım ən dəli dolu sevgiləri. Amma bu başqa bir şeydir.

    Sevgidəndə üstündür, elə bil sonda bir filminin qovuşa bilməyən iki qəhrəmanı kimi olacaq hər şey.







    Səndən əvvəl necə xoşbəxt olardım mən? Nələr sevindirərdi məni?

    Yenə eyni kitabları oxuyardım, yenə eyni musiqiləri dinlərdim.

    Amma səndən sonra sanki həyatımda ilk dəfə musiqi dinləyirəm kimi gəlir.

    İlk dəfə bir kitabı əlimdən buraxmadan hər sətirini beynimə salaraq oxuyuram...



    Qəflətən həyatıma girdiyin o andan əvvəli xatırlamıram.... Daha nə olduğunu anlaya bilmədən birdən-birə girdin qəlbimə..

    Təslim oldum artıq sənə, ürəyimlə.. bədənimlə.. ruhumla təslim olmuşdum.

    Varlığınla həyatımı dəyişdirdiyinə sevinirəm...amma, səndən əvvəlini xatırlamayan mən, getsən sən nə edəcəyəm?

    Getsən və mən tək qalsam hər şey yad gələcək mənə. Hər şeyi yenidən öyrənəcəyəm.

    Üstəlik müəllimim də olmayacaq. Bunu edə bilərəmmi bilmirəm....


    Səndən əvvəl nə edərdim mən?

    Necə xoşbəxt olardım?

    Getsən bəs ? Necə yaşayaram mən səndən sonra? Cavab ver....nə etdin mənə?....

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Menasiz bir yazi

    Hər dəfə soruşursan “Necə keçir həyat?”





    Yaşadığım və yaşadığımı sandığım heç bir xatirəni unutmadan...



    Gözyaşı damlalarından qurduğum dünyada yaşaya bilmədiyim hər şeyi yaşamağa çalışaraq...



    Keçmişi canlandıracaq yeni səhnələr xəyal edərək...



    Saxladığım bütün ağılarımı təqdim edə biləcəyim bir ürək gözləyərək...



    Taleyimin verdiklərinə və aldıqlarına fikir vermədən yalnız sənin varlığını hiss etməyə davam edərək...



    Yer üzünü ürəyim bilib hər yanını qanadaraq və peşman olduğum gedişimdən geri dönməyə çalışaraq...



    Öldürdüyüm hər kəsə yenidən həyat verə bilmək üçün dayanmadan nəfəs alaraq...



    Sən var olduğun müddətcə həyatda qalacağıma andlar edərək...



    Həyatı yenidən sevə bilmə cəsarəti diləyərək...



    Sonunu bildiyim halda...





    çıxmaz yollar axtararaq...







    Yəni səninlə,imkan axtarmaqla,eşqlə,xoşbəxtliklə,ümidlə,həyat la,səmimiyyətlə,dincliklə,mərhəmətlə,



    güvənərək,sevərək,kədərlənərək,gülüms əyərək...





    Gələn gedən bütün günləri,yuxusuz yuxularımı,günəşlə qalxan bədənimin





    arxasına düşmüş başıboş gəzən ruhumu,sonlanmasını gözlədiyim döyüşsüz





    həyatımı,öldürdüyüm ölümlərimi,ümidlərimlə çatdığım körpülərimi sıxıcı olsada





    ayaqda dayanmağa çalışaraq...

    Gözləyərəm həmişə səni...

    Baxışlarımı sənə həsr etdiyim dəli gözlərimlə...



    Hər zərrənə həsrətimi qataram, küləklə arzularımı yollayaram sənə...



    Nəfəs olar girərəm içinə də ruhunun ən dərinlərinə...



    Bunu səndnə başqa hiss edən olmaz bilərəm...





    Bir günəş kimi sarılaram sənə...



    Tək bir bədən olarıq səninlə...



    Tək bir bədən...



    Tək bir ürək...





    Sonra sən getdiyimi sanarsan...



    Tək hiss edərsən özünü özünlə qalmış sanarsan...





    Ruhundur ruhuma qatdığım təkliyin ondandır...



    Məndədir ruhun və toxunulmazdır...



    İkimizdə varıq bu ortaq xəyalda ruhlar aləmində...





    Nə xəyal , bir can var sənin içində məndən...



    Bütün dünya bilsə nə bilməsə nə...



    Qeyri- mümkünlük yox artıq o can üçün...



    Sənin canın da böyüyür mənim ruhumda...

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Menasiz bir yazi

    yazı menasız olabılır ama hayat menali
    HaKKım heLaL,Sewqim haRam oLsun

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Menasiz bir yazi

    Bəlkə həyatıma səninlə birlikdə yüklənən məna, daha əvvəl yaşanan hər şeyi silib apardı


  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Menasiz bir yazi

    Seven ne qeder sevilerse,sevilenbir o qeder nankor olar.

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Menasiz bir yazi

    Alıntı Ruzgar_Gulu Nickli Üyeden Alıntı
    yazı menasız olabılır ama hayat menali

    mene gore heyat da yazi da her sey menasini itiib

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.