3 sonuçtan 1 ile 3 arası

Mənim olmasan da nə yaxşı ki sən varsan!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Mənim olmasan da nə yaxşı ki sən varsan!

    Nəyaxşıki, sən varsan!

    Nə yaxşıki, sən varsan bu dünyada.
    Yoxsa bir dəfə yaşadığım bu ömür mənasız olardı mənim üçün.
    Yoxsa kimdən ötrü, nədən ötrü doğulduğumu dərk edə bilməzdim.
    Məhəbbət deyilən bir varlığın nə olduğunu sən öyrətdin mənə.
    Nə yaxşıki, sən varsan
    Yoxsa xəyalım boş qalardı mənim.
    Səni sevdiyim gündən bu təmiz , saf, ülvi məhəbbət mənə nə qədər sonsuz iztirab, göz yaşları qismət etsədə səni bir dəfə görüb, səsini eşitməklə ürəyimdən ağrı, üzümdən pərişanlıq, gözlərimdən kədər azalar.
    Bax budur həyatımın mənası.
    Bütün gecəni sənin xəyalınla keçirib, səhərin açılmasını səni görmək ümüdü ilə gözləyən bir insana səni yaxından görmək qismət olursa ay Allah bundan böyük xoşbəxtlik varmı görəsən?
    Nə yaxşıki, sən varsan
    Çünki, mən səni sonsuz məhəbbətlə sevirəm.
    Mənim sənlə olan ayrılığım sonu görünməyən bir ayrılıqdır.
    Ümidim ancaq səni görməyə, səsini eşitməyə qalıb.
    Qorxuram səni əbədilik itirməkdən çox qorxuram.
    Mən buna qətiyyən dözə bilmərəm.
    Nə yaxşıki, sən varsan
    Sən olmasaydın mən kimi sevərdim, kimin xəyalları ilə yaşayardım?
    Hər dəfə kimi gözləyər, axı kimi düşünərdim vəfasızım?
    Mənim olmasanda yenə də nə yaxşıki, sən varsan…...

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Mənim olmasan da nə yaxşı ki sən varsan!

    beh beh beh..Ela mövzudu..Mənim olmasan da nə yaxşi ki varsan..Day nəyi yaxşidi bunun?

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Mənim olmasan da nə yaxşı ki sən varsan!

    Nə yaxşıki, sən varsan
    Sən olmasaydın mən kimi sevərdim, kimin xəyalları ilə yaşayardım?
    Hər dəfə kimi gözləyər, axı kimi düşünərdim vəfasızım?
    Mənim olmasanda yenə də nə yaxşıki, sən varsan…...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.