6 sonuçtan 1 ile 6 arası

"Məhz sən!"...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    "Məhz sən!"...

    Sənə hər kəsdən çox inana bilirəm!
    Çünki səninlə sadə və səmimi ola bilirəm. Sən xəyallarımı həqiqətə çevirirsən. Nağılların həqiqətlərdən yarandığına inandırırsan. Risk edə bilirəm hər şeylə, bilirəm ki məni heç vaxt məyus etməyəcəksən... Ona görə ki mən də heç vaxt özümə səni məyus etməyə icazə vermirəm...

    Sən hamıdan xüsusisən mənimçün!
    Ona görə ki, sən həm özünə, həm mənə qalib gəlirsən. Ona görə ki sən mənimlə hədləri tanıyırsan, bilirsən. Ona görə ki mən səhv edə bilərəm, sən heç nə demədən onları düzəldərsən. Ona görə ki, sənin haqda düşünəndə mənə dərd gətirmirsən.Təəssüf,peşmançılıq hiss etmirəm-mənə rahatdır,doğmadır sənin haqda düşüncələrim...

    Mənə nə qədər doğmasan!
    Təbəssüm kimi, yalnız gözlərdəki təbəssüm kimi...
    Deyilməmiş,amma başa düşülən sözlər kimi...
    Hələ verilməmiş suala alınmış düzgün cavablar kimi...
    Hələ deyilməmiş,amma artıq yerinə yetirilmiş xahiş kimi...

    Məhz sən!
    Elə bil ki,sən hər zaman mənə nə lazım olduğunu və yaxud olacağını bir an öncədən hiss edirsən.
    Mənə arxa,dayaqsan...tamamilə tənha olduğumu düşündüyüm bir anda.
    Və həmçinin mən də artıq sənə nə lazım olduğunu səndən öncə hiss edirəm, söhbətə başlayanda artıq onun sonunda məni nə gözlədiyini elə dəqiq,elə gözəl bilirəm ki.Səni sevirəm!
    Bu dünyada var olmağının hər zaman hiss olunması kimi...
    İndi və gələcəkdə gözlənilən xoşbəxtliyə olan minnətdarlıq kimi...
    Güclə duyulan,ləçəklərə toxunduğun zaman ovuclarına hopan ətir kimi... Sanki daxilimdə bir çiçək açıb səninlə,onun ətri bütün varlığıma hopub. Mən bu ətri hiss edirəm və dünyanı başqa cür görə bilirəm.Sənə mələk deyərdim,amma mələklərin yeri bir başqa dünyadır,sən isə məni bir insan kimi qoruyursan.
    Bax səninlə mənə belə işıqlıdır.Mən istəyirəm ki sən bunu hiss edəsən.
    Amma bütün bunları sənə necə çatdıra bilərəm axı? Necə deyim ki biləsən nə qədər dəyərlidir bu hisslər.Mən səni,sənin həyatını,həyatında olanları qorumaq istəyirəm.
    Bunlar sənə olan sevgimdə haqlı olduğumu sübut edir.
    Bax buna görə həmişə təmizəm vicdanım qarşısında.Mən bu hissləri həmişə qoruyacam.
    Heç nə ilə onları çirkləndirməyəcəm.
    Nə ehtirasla,nə özünə bağlamaqla.Nə boz qüssə ilə,nə mavi kədərlə.
    Nə yaşıl qısqanclıqla,nə sarı yalanlarla.
    Bunlar hamısı bizim həyatımızı solğun edir və ondan sonra geriyə addım atmaq çox çətin olur.
    Mən isə irəliyə doğru bir addım atmaq istəyirəm.

  2. #2
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: "Məhz sən!"...

    Sən hamıdan xüsusisən mənimçün!
    Ona görə ki, sən həm özünə, həm mənə qalib gəlirsən. Ona görə ki sən mənimlə hədləri tanıyırsan, bilirsən. Ona görə ki mən səhv edə bilərəm, sən heç nə demədən onları düzəldərsən. Ona görə ki, sənin haqda düşünəndə mənə dərd gətirmirsən.Təəssüf,peşmançılıq hiss etmirəm-mənə rahatdır,doğmadır sənin haqda düşüncələrim...

  3. #3
    Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    60

    Re: "Məhz sən!"...

    Alıntı Tutu20 Nickli Üyeden Alıntı

    Size ne oldu Ayan xanim?
    Kölə sahibləri çörək dərdi çəkmədikləri üçün filosofluq edirdilər, çünki çörəklərini kölələr verirdi onlara. Kölələr çörək dərdi çəkmədikləri üçün filosofluq etmirdilər, çünki çörəklərini kölə sahibləri verirdi onlara. Kölələr fəlsəfə dərdi çəkmədikləri üçün çörək bişirirdilər, çünki fəlsəfələrini kölə sahibləri verirdi onlara. Fəlsəfə sahibləri kölə dərdi çəkmədikləri üçün çörək bişirmirdilər, çünki kölələrini fəlsəfə verirdi onlara. Fəlsəfənin çörəyi yoxdu, çörəyin fəlsəfəsi var. Və sahibsiz fəlsəfənin çörəyini, sahibsiz çörəyin fəlsəfəsi yedi. Çünki, çörəyin sahibsiz fəlsəfəsi, fəlsəfənin sahibsiz çörəyini yedi.

  4. #4
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: "Məhz sən!"...

    Olan oldu artiq

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: "Məhz sən!"...

    Mənə nə qədər doğmasan!
    Təbəssüm kimi, yalnız gözlərdəki təbəssüm kimi...
    Deyilməmiş,amma başa düşülən sözlər kimi...
    Hələ verilməmiş suala alınmış düzgün cavablar kimi...
    Hələ deyilməmiş,amma artıq yerinə yetirilmiş xahiş kimi...

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: "Məhz sən!"...

    Alıntı Tutu20 Nickli Üyeden Alıntı
    Olan oldu artiq
    Caneee öldük gülməkdən..

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.