3 sonuçtan 1 ile 3 arası

Səni arzuladı həmişə ki,tək.

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Səni arzuladı həmişə ki,tək.

    Xəyala dalmaq istəyir ürək,
    Yuxunu gözümdən aparır yenə.
    Mənə tanış olan bu arzu bu istək,
    Onun arxasınca düşüb hər yeri,
    Qanadlı quş kimi gəzir xəyalım.
    Bəzən özümə də qəribə gəlir,
    Sənə yad görünən bu halım.
    Sonsuz düşüncələr rahatlığımı,
    Qovub aparmışdır lap uzaqlara.
    Baş vurub gəzirəm dənizlərdə mən,
    Baxıram lal axan saf bulaqlara.
    Səhərə az qalır,
    Yuxum səfərdə.
    Gəzmişəm dünyanı mən qarış-qarış.
    Dağlarda,daşlarda,çəmənliklərdə.
    Artıq gəzmədiyim bir yer qalmamış.
    Hər yeri dolaşan səyyar xəyalım,
    Sənin baxışında dolaşıb qalıb.
    İntizar baxışlı ey canım-gözüm,
    Vüsal günlərinə de,de coxmu qalıb?




    Axı cox uzandı orta da hicran,
    Sənmi müqəssirsən yoxsa mən?...danış
    Daha ayrılığa,yuxsuzluğa,
    İntizar çəkməyə taqət qalmamış.
    Gözləri gözümdə həkk olub qalan,
    Ürəyi miskilli bir insanam mən.
    İntizar dolanan,tənha dolanan,
    Hicranın özündə bir hicranam mən.
    Mən şirin yatardım sübhün özü tək,
    Nə səs eşidərdim nə də bir haray,
    Bəs indi?
    Gecənin qara gözü tək,
    De nə üçün oyağam başim üstə ay.
    Yuxusuz gecələr uzundur necə,
    İntizar ürəyə daş kimi ağır.
    Odur dan sökülür səhərdir demək,
    Göylərin üzünə gur şəfəq yayır.
    Mən isə...Mən isə yuxulamadım,
    İntizar ürək...
    Səni arzuladı həmişə ki,tək.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Səni arzuladı həmişə ki,tək.

    O biri yerləşdirdiyiniz şerlər kimi mənali Və Marağlidi,tşk..

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Səni arzuladı həmişə ki,tək.

    Səni arzuladı həmişə ki,tək.

    tesekur maraqlidir ellerine saqliq

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.