2 sonuçtan 1 ile 2 arası

"İstəmirəm Üzülməyini...Dedi Və Getdi"...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    "İstəmirəm Üzülməyini...Dedi Və Getdi"...

    Yer ayırma mənə ürəyində...
    Elə böyük olmasın ayırsan da...
    Bir gün məndə yox olaram naməluma...
    Və yoxluğum
    Ayırdığın yer qədər dərin olar ürəyində...
    İstəmirəm kədərlənməyini...
    Bilirəm ağrıların nələr gətirdiyini
    Və bilirəm yoxluğun necə buz kəsdiyini... .Dedi...

    Ürkək qumru kimi qaçaram səndən
    Ağrıların ortasında qalmışam mən
    Səni də qatmaq istəmirəm hüznlərimə...
    Qumru olsam da
    Uça bilmərəm sevdaya...
    Bir gün yolumu itirərəm
    Qanadım qırılar qalaram...
    İstəmirəm kədərlənməyini...
    Və bilərəm qırılmanın necə acı verdiyini...
    Dedi...


    Qorxaq bir sevdaya tutuldum...
    Məcnun oldum kor oldum
    Uğrunda hər şeydən keçdim də...
    Gün gəldi dəymədiyini gördüm...
    Xəyalların ürəklərin duz oluşunu bildim
    İstəmirəm kədərlənməyini...
    Və bilirəm qanayan yaraya duz basmanın ağrısını Dedi...

    Qarşı gələ bilmərəm dözə bilmərəm qalaram...
    Yenə sevərəm yenə məcnun olaram
    Uğrunda hər şeydən keçərəm bəlkə...
    Gün gəlir dəymədiyini görsəm
    Yolunda ölərəm...
    Əcəlim olarsan bitərəm...
    İstəmirəm kədərlənməyini...
    Geridə qalmanın ağrısını bilərəm...
    Və bilirəm ağrılarla yaşamanın necə qəmli olduğunu
    Dedi...
    Bitdi...
    Və getdi...

    Qorxaqca yaşadığı həyata
    Bir şans da vermədən...
    Bağladı ürəyinin qapılarını...
    Və getdi.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: "İstəmirəm Üzülməyini...Dedi Və Getdi"...

    Qorxaqca yaşadığı həyata
    Bir şans da vermədən...
    Bağladı ürəyinin qapılarını...
    Və getdi.
    bu soz mene birini hatırlattı ama neysee sustum mende o kisi kimi
    HaKKım heLaL,Sewqim haRam oLsun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.