4 sonuçtan 1 ile 4 arası

Gedənlər qayıdırmı?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Gedənlər qayıdırmı?


    Hər ayrılıq çətindir..
    Sevgidən,dostdan,sevdiyindən,sevdiklərindən,se vənlərindən ayrılmaq yorar ürəkləri və hər zaman düşündürən sual"Bir gün qayıdarmı?"dır..Vacib olan qayıtmasımıdır? yoxsa qayıtdığında nələrin dəyişdiyimidir?Niyə gedildiyi də vacibdir əlbətdəki.Məcburiyyət, bezmişlik,sevginin bitməsi və bir çox səbəbləri vardır, amma nəticə eynidir, getmişdir, gedilmişdir.

    Gözlər qaçacaq yer axtarar çünki göz yaşlarının görülməsi və daha əvvəl baxıldığında içmizə sevgi dolduran o üzün o ankı halı xatırlanmaq istənməz.Bir neçə söz (sən daha yaxşılarına layiqsən,çox yaxşı insansan, inşallah xoşbəxt olarsan və.s) kimi sözlər tökülər dodaqlardan və gedilər.İKi yalnızlığın birləşdiyi yalnızlıq ortaqlığı bitər.Tərk edən və tərk edilən qalar artıq ortada.

    Əslində iki tərəf üçün də asan deyildir bu amma birlikdəykən xoşbəxt olunsaydı ayrılığa da ehtiyac olmazdı.Buna görə də kədərlənməməli "Bunda da vardır bir xeyir" deyə bilməli və səbr etməlidir insan.Əgər qismətdə varsa gedən qayıdar.Ayrılarkən gözlərdə olan qərarlı baxışlar qayıdarkən acınası bir ümidlə dolu olar.Indi bu nöqtədə durub düşünməlidir hər iki tərəf niyə bitmişdi? niyə başlayır? və nə dəyişdi? deyə.Hər ikisi də yada salmaq istəməz keçmişi ,yaxşı xatirələri xatırlayarlar və bu zaman ən yaxın dostlar da tərsləyərlər "yaxşı düşün" deyərlər.

    İçimizdə etdiyimiz bəd dualar bəlkə də tutmuşdur onu.Onun da yuxularına girmişdir bəlkə xatirələr, o da göz yaşı tökmüşdür."Bəlkə"lər," kaşki"lər əl çəkməmişdir ondan və 'bir birimizə bir şans daha versək, yenidən başlasaq nə itirərik ki" demişdir və ona görə ayrılığa səbəb nə idisə yox olmuşdur.Bəs tərk edilən üçün də səbəblər eynimidir?Onun üçündəmi bütün əngəllər yox olmuşdur?Ayrılıqdan sonra çoxmu dəyişmişdir ya yeni bir şans verməyə hazırmıdır?

    Nə olursa olsun gedənlər geri dönər ,geri qayıdar.Bəlkə ayrılıb getdiyi birisi kimi biriylə qarşılaşar ya da tam fərqli biriylə.Əvvəl nə istədiyimizə qərar verməli və yenidən başlamaq haqqında ondan sonra düşünməliyik..

    Sizcə gedənlər bir gün qayıdırmı?
    Siz geri qayıdanı bağışlayarsınızmı?

    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Gedənlər qayıdırmı?

    Sizcə gedənlər bir gün qayıdırmı?
    Siz geri qayıdanı bağışlayarsınızmı?


    1 BELI . EGER ORTADA ESL SEVGI ,NORMAL INSANI MUNASIBET VARSA MUTLEQ VE MUTLEQ QAYIDAR .ONDAN SONRA ISE BIR DAHA HEC VAXT NE TERK EDILEN NE DE TERK EDEN OLMAZ .CUNKI O, ARTIQ HER SEYIN DEYERINI VE QIYMETINI BILECEK .

    2 EGER O INSAN HEQIQETENDE SENIN UCUN DEYERLIDIRSE NE ZAMAN QAYITSA ONU BAQISLAMAQ OLAR . INSAN EGER ONLU VE YA ONSUZ EZAB -ISTIRAB CEKIRSE EN YAXSISI O GERI DONENDE ONU BAQISLAMAQ OLAR .

    BELEDEKI INSAN ISTER TERK EDENDE VE YAXUD QAYIDANDA GECIKMEMELIDIR .

    Əslində iki tərəf üçün də asan deyildir bu amma birlikdəykən xoşbəxt olunsaydı ayrılığa da ehtiyac olmazdı.Buna görə də kədərlənməməli "Bunda da vardır bir xeyir" deyə bilməli və səbr etməlidir insan.Əgər qismətdə varsa gedən qayıdar .
    MOVZU UCUN TESEKKURLER

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Gedənlər qayıdırmı?

    Məncə gedənlər qayitsinlar deyə getmirlər,onlar artiq seçim etmişlər,geriyə yol yoxdur..
    Belə bir şeylə qarşilaşsaydim gedəni asla bağişlamazdim,qürurumu tapdalamaği bir..Gedib gəzib gəlməyi iki..xe xe..Bu mənim aləmimdə gülməlidir..Eyni şeyi mən etsəydim bağişlayardimi?Yox..Odur ki,bağişlamaqdan söz ola bilməz..
    Marağli mövzuya görə təşəkkür edirəm,yeri var..

  4. #4
    Junior Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    22

    Re: Gedənlər qayıdırmı?

    Dünyâda sevilmiş ve seven nâfile bekler;
    Bilmez ki giden sevgililer dönmiyecekler.
    Bir çok gidenin her biri memnun ki yerinden,
    Bir çok seneler geçti; dönen yok seferinden.
    Baxır gedənin necə getdiyinə,niyə getdiyinə və kimliyinə..Əgər tale belə hökm edibsə bir gün yenə qayıdacaq
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.