7 sonuçtan 1 ile 7 arası

Getmək istəyirsən bəhanəsiz get....

  1. #1
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Getmək istəyirsən bəhanəsiz get....

    Getmək istəyirsən, bəhanəsiz get,
    Oyatma mürgülü xatirələri.
    Səsi həmin səsdir, baxışın ögey,
    Gedirsən səsin də yad olsun, barı.

    Sən dəniz qoynuna tullanmış çiçək,
    Üstünə dalğalar atılacaqdır.
    Saxta məhəbbətin saxta sənəd tək
    Nə vaxtsa üstünde tutulacaqdır.

    Demirəm, sən uca bir dağsan, əyil
    Demirəm, əlacım qalıbdır sənə.
    Nə səndə məhəbbət qara pul deyil,
    Nə mən dilənçiyəm, əl açım sənə.

    Döşənim yollar tək ayaqlarına,
    Sənə yalvarım mən, bu mümkün deyil.
    Qoymaram qəlbim tək vüqarım sına,
    Alçalıb yaşamaq ömür-gün deyil.

    Getmək istəyirsən, o yol, o da sən,
    Bir cüt göz baxacaq arxanca sənin.
    Getdinmi, geriyə dönmək istəsən,
    Tikanlı yastığa dönəcək yerin.

    Getmək istəyirsən ne danış, nə din
    Yox ol uzaqlartək dumanda ,çəndə
    Nəyimi sevmişdin deyə bilmədin
    Indisə yüz eyib görürsən məndə

    Getmək istəyirsən, bəhanəsiz get,
    Oyatma mürgülüxatireleri.
    Səsi həmin səsdir, baxışın ögey,
    Gedirsən səsin də yad olsun, barı


    Getmək istəyirsən bəhanəsiz get oyatma mürgülü xatirələri Nüsrət Kəsəmənlinin şeirinə istinadən belə bir sual vermək istəyirəm sizə hər hansi bir yaxin insanı tərk etmək üçün ona Bəhanə gətirmək lazimdi ya yox?
    Və yaxud belə bir şeylə raslaşmisinizmi?


  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Getmək istəyirsən bəhanəsiz get....

    Bu Zor Seirdi Nusret Kesemenlidendi Diyesen He??
    [

  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Getmək istəyirsən bəhanəsiz get....

    Insan gederken bu ister sevdiyi,ister dostu,ister podruqasi olsun behanesiz ve sebebini bildirib getmelidi.Cunki,digerinin buna haqqi var ki,ne sebebe qarshi teref uz cevirib onsuzluga mehkum edir.Ya acizdi,ya da ureksizdi sessiz geden ve bunu eden insan.
    vot tak vot.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Getmək istəyirsən bəhanəsiz get....

    Getmək istəyirsən, bəhanəsiz get,
    Oyatma mürgülü xatirələri

    EGER KIMSE GERARA GELIRSE GETMEK VAXTIDUIR ONU SAXLAMAQA DEYMEZ ,CUNKI O ONSUZ DA GEDECEK .

    BELEDEKI MENIM UCUN HEC FERQ ELEMEZ NIYE GETDI , ISTEDI GETDI YAXSI YOL , GEDENI SAXLAMAZLAR

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Getmək istəyirsən bəhanəsiz get....

    Eh..Çox rastlaşmişam,amma kimsəni üzmək istəmərəm xəbərsiz gedişimlə,anlatardim egər elə bir hal yaransaydi getmə səbəbini.Niyə kimsəyə boşuna yol gözlədim ki...Amma hələki bəhanəsiz gedənlər ya da məni əbəs yerdən tərk edən dostlarim olmayib,yəni elə xain dostum yoxdur,elə bir şərait də yaratmaram ki,kimisə bezdirim,açiq danişmagi xoşlayiram,o üzdən kimsə mənə getmək istədiyi zaman səbəbsiz getməyib,şükür elə dostlarim da yoxdur ki,məni üzələr...Gedənləri saxlamaq olmaz,təki mutlu olsunlar yetər...
    Mövzuya görə təşəkkürlər..

  6. #6
    Senior Member Mystery_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Oct 2010
    Mesajlar
    393

    Re: Getmək istəyirsən bəhanəsiz get....

    gizlet bu mahnini eshidende aglayiram

    Təvazökar ol amma özünü heç vaxt UCUZ SATMA!!!
    Geriyə bax amma heç vaxt GERİ DÖNMƏ!!!
    Bağışla amma heç vaxt UNUTMA!!!
    Arxadan vurulmaq istəmirsənsə heç kimə ARXALANMA!!!

  7. #7
    Junior Member
    Üyelik tarihi
    Mar 2012
    Mesajlar
    1

    Re: Getmək istəyirsən bəhanəsiz get....

    Behanesiz gedisi Adam var basa dusmur

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.