3 sonuçtan 1 ile 3 arası

Getdin!!!

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Getdin!!!

    Getdin...
    Mən arxanca sadəcə baxdim...
    Lakin...Lakin söylənəcək o qədər şeyim vardi ki...
    Gedərsən,sənə dair nə varsa məndə içimdə saxlayacam.
    Gedərsən sönəcək içimdəki alov və bir daha kimsə yandira bilməyəcək o alovu.
    Gedirsən qaranliğa məhkum edəcəksən, gözlərimi o qaranliğda yolumu itirəcəm.
    ...deyəcəydim sənə...
    DANİŞA BİLMƏDİM...

    Getdin...
    Gedişini görməmək üçün gözlərimi yumdum...
    Elə acidi ki,içim...tutub qoparsalar da qollarimi,ayaqlarimi...heç bir aci hiss etməzdim...
    Acim yaş olub axmaliydi gözlərimdən.
    AGLAYA BİLMƏDİM...

    Getdin...
    Səni dəlicəsinə bir sevgi ilə sevirdim...
    Arzum səninlə olmaqdi,arzum kölgəndə ərimək,arzum həyatda sadəcə səninlə paylaşmaqdi.
    ANLADA BİLMƏDİM...

    Getdin...
    Gedişinin qarşisini almaq üçün əllərini tutmaliydim.
    Əllərim deyilmiydi hər sənə toxunanda titrədən?Titrəyirdin yenə,bilirəm..!
    Bir dəfə toxunsam,bir dəfə tutsam əllərini,getmək üçün yiğdiğin bütün cəsarətin itərdi...
    TUTA BİLMƏDİM...

    Getdin...
    Bir yuxu kimiydi gedişin..!
    Sən addim-addim uzaqlaşarkən məndən,çöküb qaldi bədənim olduğu yerdə.
    Necə tərk edişlərə dayanan bu ürək,bu dəfə yenilmişdi.
    Bu qədər zəif deyildim mən,qalxmaliydim...
    QALXA BİLMƏDİM...

    Getdin...
    Elə gəldiyin gün gedəcəyini bilirdim...
    Hazir idim gedişinə,qacaq zamanlari yaşayirdiq birlikdə.Zaman bitəcək və sən gedəcəydin...
    Mən isə gedişinin ertəsi gün həyatima qaldiğim yerdən davam edəcəydim...
    DAVAM EDƏ BİLMƏDİM...

    Getdin...
    Bir şey söylədinmi gedərkən?!
    Qal deməyimi istədinmi?..
    Son bir dəfə "səni sevirəm" dedinmi?!
    "Gözlə məni dönəcəm bir gün"-- deyə ümid verdinmi?
    Beynim elə uğuldayirdi ki...
    EŞİDƏ BİLMƏDİM...

    Getdin...
    Hara getdiyin önəmli deyildi...
    Minlərcə km.uzaqda da olsan,iki metr yaxinliğimda da fərqi yox idi.
    Artiq yox idin.Esl bu düşüncə məni yandirib yaxir.
    Qurtulmaliydim səndən,bu yoxluq duyqusundan qurtarmaliydim...
    QURTULA BİLMƏDİM...

    Getdin...
    Unudulanlarin içinə qarişmaliydin...
    Bütün xatirələri bir sandiğa qoyub heyati yenidən tutmaliydim.
    Bu məhəbbət nöqtələnməliydi,bu sevdadan vaz keçməliydim.
    BACARMADİM...

    Getdin...
    Bir dəniz ortasinda tək,istiqamətini itirmiş bir gəmidə böyük dalğalarla boğuşan bir dənizçiyəm artiq...
    Bil ki,sevməkdən vaz keçmədim heç vaxt.
    Bil ki,səninlə birlikdə sevgimi də daşiyacam ürəyimdə
    Bil ki...
    SƏNİ HEÇ VAXT UNUTMAYACAĞAM...

    Bilirəm sən heç bir zaman gəlmədin mənə...
    Eşitmirsən?
    Getmə deyirəm sənə,getmə...
    Qişqiriqlarim boğulur qaranliq küçələrdə.
    Gecə qorxunc,gecə səssiz,gecə yalniz.
    Səsin kəsilir
    Gedişin bitişi olacaq ürəyimdəki həyacanin
    Gedişin sönüşü olacaq gözlərimdəki alovun.
    Məni,urəyimdəki sevgini
    Gözlərimdəki bitmək bilməyən ümüdi unutdun!
    Amma nə olar bunu unutma.
    Gedişin dindirə bilməz bir firtinani.

    Bir firtinanin uğultusuyla səsləyirəm səni...
    GETMƏ...

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Getdin!!!

    Getdin...
    Bir dəniz ortasinda tək,istiqamətini itirmiş bir gəmidə böyük dalğalarla boğuşan bir dənizçiyəm artiq...
    Bil ki,sevməkdən vaz keçmədim heç vaxt.
    Bil ki,səninlə birlikdə sevgimi də daşiyacam ürəyimdə
    Bil ki...
    SƏNİ HEÇ VAXT UNUTMAYACAĞAM...bilirem sende meni unutmadın
    cox sagol movzu ela
    HaKKım heLaL,Sewqim haRam oLsun

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Getdin!!!

    Getdin...
    Bir şey söylədinmi gedərkən?!
    Qal deməyimi istədinmi?..
    Son bir dəfə "səni sevirəm" dedinmi?!
    "Gözlə məni dönəcəm bir gün"-- deyə ümid verdinmi?
    Beynim elə uğuldayirdi ki...
    EŞİDƏ BİLMƏDİM...
    tesekurler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.