6 sonuçtan 1 ile 6 arası

Sevgi Allahın öz ruhundandır - Sevgi hekayesi

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    4

    Sevgi Allahın öz ruhundandır - Sevgi hekayesi

    “Sevgi Allahın öz ruhundandır və O görmək istədiyi həqiqi sevgini öz yanında əbədiləşdirər.”

    Dərdli dünyamın dərd ortağı, ən yaxın dostum olan gündəliyi açdım və yenə hislərimi paylaşmaq istəyi ilə yazmağa başladım:

    “Bəzən sənsizlikdə boğuluram. Sanki, bir dənizdəyəm, qurtuluşum gözlərindir. Yox, yox, elə o gözlərindi məni içinə alan. Bir anlıq baxışın belə yetir məni bu dünyadan ayrmağa. Sevirəm səni, özümdən xəbərsiz. Sənsizlik cismimə yox, ruhuma ağırlıq verir. Çox zaman elə düşünürəm ki, sən mənimsən, sən də sevirsən məni məndən xəbərsiz. Xəyallarda yaşayıram mən. Reallıqlardan qaçıram, arxama baxmadan. Sanki o reallıq məni öldürmək istəyən bir varlıq, mən isə kiçik qəlbli, ürkək bir sevgi. Səni arzularda yaşadan, sənsizliyi qəbul etməyən biri.Bəzən yaxalayır bu gerçəklər məni,incidir, sənsizliyi düşünməyə vadar edir. Nə deyim sevgilim, səni ölümünə sevirəm”

    Yenə halım dəyişdi. Dağıldı beyin hüceyrələrim. Otağımın küncünə sıxıldım, əllərimlə başımı sıxıram. Sanki dəli olacam, sanki kimsə böyük əlləri ilə qəlbini tutub sıxır. Çəkə bilmirəm qanlı əllərini üstümdən. Qışqırmaq istəyirəm bir anlıq. Amma bacarmıram, başlayıram səssiz ağlamağa. Çox utanıram məni biri duyacaq deyə. Bu zaman bir zəng gəlir telefonuma.Güclə baxıram telefona, odur, sevdiyimdir. Bilmirəm nə edim. Ay Allah, ürəyim duracaq indi. Özümü bir təhər əla alıb cavab verirəm zəngə:

    “Alo. Salam Ayid. Necəsən?”

    Səsim tutulur,bir şey deyə bilmirəm, yenidən başlayıram ağlamağa. Amma bu dəfə sevicdən.

    “Alo, alo. Nə olub sənə?”

    Özümü ələ alıb

    “Sağ ol, sən necəsən? Yaxşı. Vaxtın varsa uşaqlıqda oynadığımız parka gələ bilərsən? Əlbəttə”

    deyib, sağollaşıram. Bir tərəfdən yenə onu görəcəyəm deyə qəlbimdə sevinc, digər tərəfdən sonra daha çox darıxacam deyə kədərlə başlayıram hazırlaşmağa. Söz, bu dəfə hər şeyi etiraf edəcəyəm ona. Bir qızılgül alıb yollandım həmən parka. Ora yaxınlaşanda bir anlıq dondum. Onun yanında bir oğlan var idi. Çox səmimi dayanmışdılar. Arxamda gizlətdiyim qızılgülü əlimlə sıxmağa başladım. Əllərimdən qan damlaları süzülürdü. Sanki ürəyimi tərəənüm edrirdi o damlalalar. Məni gördülər və əli ilə məni çağırmağa başladı. Sanki dizlərim tutulmuşdu. Bir təhər özümü yığıb onlara tərəf irəliləməyə başladım. Yaxınlaşdım, salamlaşdıq. Fidan biraz tutuq səslə oğlanı göstərərək: “Tanış ol, nişanlımdı” dedi. “Səninlə tanış olmaq üçün çox israr etdi, mən də buraya gətirdim” dedi. Nəsə özü də kədərli gösənirdi. Dünyam dağılmışdı, bilmirdim nə edim. Sadəcə gülümsədim. Sonra sözünə davam etdi:

    “Bilirsən Ayid, neçə vaxtdı səninlə bir şey haqqında danışmaq istəyirdim. Mənim balaca bacım varaa Ayan , necə deyim bilmirəm, əslində neçə illərdir səni sevir.”

    Birinci şokdan aylmamış ikinci zərbəni aldım. Qəlbim bu ağırlığı necə qalxızacaqdı. Bir təhər dayanmışdım. Sözünə bele davam etdi:

    “Bilmirəm ona qarşı nə hiss edirsən, sadəcə səndən xahiş edirəm, get bizə, biraz onunla söhbət elə. Neçə aydır depressiyadadaır, ailəm də çox narahatdır. Bu qədər pis olmasaydı, heç səninlə danışmazdım. Həm də atam deyir ki, köhnə qonşularım üçün darıxmışam, Ayidə de ki, bu yaxınlarda gəlsin bizə.”

    Artıq nəfəs belə ala bilmirdim.Başımla razılıq eliyib, sağ ol deməmiş, başladım ordan qaçaraq uzaqlaşmağa. Evə necə gəldiyimdən xəbərim də olmadı.

    Və 3 gün otağımda keçən əzablı günlərdən sonra bayıra çıxdım və onlara getdim. Qapını döydüm, anası açdı. Salamlaşdıq, əli ilə Ayanın otağını göstərdi. Qorxu ilə yaranan ürək döyüntülərimlə yaxınlaşdım ora. Qapını açmaq istəyəndə birdən başladı qışqırmağa: “Rədd olun, heç kimi görçək istəmirəm” .

    Açdım qapını, məni görcək təəccüblə mənə baxdı, gözlərini çəkmədi bir müddət və birdən hönkürtü ilə başladı ağlamağa. Qorxmuşdum,bilmiridim nə edim. Əlindən tutdum,öz əllərim əsirdi. O isə ağlayırdı. Birdən ürəyi getdi, tez anasını çağırdım. Səs küy, ürpəridici qışqırıqlar. Həkim çağırdılar, nəhayət özünə gəldi. Hamı orada idi. Mən isə Fidandan gözümü çəkə bilmirdim. O artıq kiməsə aid idi, bu isə mənə inanılmaz əzablar verirdi. Anası mənə balkona çağırdı və dedi ki:

    “O səni görəndə ağır bir şok yaşayıb, bir müddət bura gəlməsən daha yaxşı olar.”

    Sağollaşıb ayrıldım ordan.

    Dözülməz çətinliklərlə dolu olan 3 ay ötdü. Bir an olsun belə Fidanın həsrəti, Ayanın isə mənə olan sevgisi ağlımdan, beynimdən çıxmırdı. Neçə dəfə ölməyi düşündüm, amma onu belə bacara bilmirdim.

    Bir gün səhər zəng gəldi telefonuma, Fidanın nişanlısı idi. Görüşmək istədiyi bildirdi. Razılaşdım. Dediyi yerə gələndə dəhşət pis görünürdü. Salamladıq. Tutqun, boğuq bir səslə yalnız bunlari dedi:

    “Fidan əslinə səni sevir. Bizi ailələrimiz nişanlayıb. Çox pisdir, günlərdi otağından çıxmır. Qorxuram, ona bir şey olar. Nə qədər mənə ağır olsa da onunla danışmağını istəyirəm.”

    Beynim tutuldu. Təəccüblü idim. Amma qəlbimin bir hissəsində isti bir sevinc vardı. Sağollaşdım. Bilmirdim nə edim. O nişanlıdır axı. Necə mən də onu sevdiyimi deyə bilərdim. Artıq düşünmək məni dəli edirdi. Qərara aldım, onlara gedəcəm. Onu dəlilər kimi sevdiyimi söyləyib, xoşbəxtliklər diləyib ayrılacam ordan. Və heç vaxt birdə Bakıya qayıtmayacam.

    Yola düşdüm, evlərinə yaxınlaşanda dəhşətə gəldim. Çoxlu insan vardı evlərində. Hamı ağlayırdı, qışqırıq səsləri insanı ürpədirdi. Evlərinə tərəf qaçdım. Daxil oldum. Anası məni görcək üstümə cumdu və ağlaya-ağlaya:

    “Rədd ol alçaq burdan, rədd ooooool. Sən balamı aldın əlimdən.”

    Dəli oldum, nece yani balamı. Ağlıma nəsə Ayan gəldi. Anasını itəliyib, içəri qaçdım. İnsanların arasında Ayanı axtarırdım. Yox,yox Ayan ayaqüstündə idi axı. Necə yani, onda niyə insanlar ağlayır ki? Donmuş halda bir neçə dəqiqə yerimdən tərpənmədim. Nəsə hadisələri anlaya bilmirdim. Birdən “Fidaaaaaaan” deyərək ağlamağa başladım. Yox, yox ola biməz. Tanrım, məni al, amma ən dəyərlimi alma, yalvarıram...

    Dəli olmuşdum, sanki hər kəs üstümə gəlirdi. Nə qədər çalışsam da ayaqlarım tərpənmirdi yerindən. Birtəhər özümü ələ alıb, Fidanın otağına tərəf irəliləməyə başladım. İnsanlar çox idi, heç nə görə bilmirdim. Onları itəliyib otağa daxil oldum. Aman Allaah,yox bu ola bilməz. Sanki havalanmışdım. Fidanım yerdə qanlar içində uzanmışdı. Əlləri kəsik-kəsik idi. Ona tərəf qaçdım, başını qucaqladım, hönkürtü ilə ağlayırdım. “Həkim çağırın, tez olun, yalvarıram, həkim çağırın” deyə qışqırırdım. Amma hamı təəccüblə üzümə baxırdı,deyəsən mən də qəbul etməliydim onun ölümünü. Sevgim qollarımda idi. Mən isə onu bir daha heç vaxt görə bilməyəcəm deyə buraxmaq istəmiridim. Ayıra bilmirdilər məni. Əlində bir kağız parçası gördüm. Bunlar yazılmışdı:

    “Mən bacımın bədbəxliyi üzərində xoşbəxtliyimi qura bilmərəm. Ayid səni hərşeydən çox sevirəm və səni əbədi dünyada gözləyəcəyəm.”

    Artıq nəfəs ala bilmirdim. “Niyə, Allahım, niyə sevgimi tapan zaman əlimdən aldın. Yox, yox, mən daha yaşaya bilmərəm. Onunla qovşmalıyam.”

    Son dəfə yanağından öpdüm və pəncərəyə tərəf yaxınlaşdım. Yerə baxdım, hər şey o qədər kiçilmişdi ki. Və əlvida dünya....

    2006-ci il. Bakı yaxınlıqda, yaşıllıqlar içində bir məzar vardı, iki gəncin məzarı. Hələ ora neçə illər həqiqi sevənlərin and yeri, sevib qovuşa bilməyənlərin dərd ortağı olacaqdı. Məzarın üstündə bu sözlər yazılmışdı:

    “Sevgi Allahın öz ruhundandır və O görmək istədiyi həqiqi sevgini öz yanında əbədiləşdirər.”

    Muellif : KROSHKA.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Sevgi Allahın öz ruhundandır - Sevgi hekayesi

    Görəsən bu olmuş əhvalatdir? Əyər belədirsə Allah hər ikisinə rəhmət eləsin, doğurdan kədərli son oldu... Amma onu deyirəm ki, günah balaca bacida, yəni Ayanda oldu, bir də Fidani məcburiyyətlə başqasilə nişanlanmağa vadar edən ailəsində... Bir misal var deyirlər "bizi ölüm belə ayiramaz."Deməli bu sözlərdə haqq var. Sonu nə qədər üzüntülü bitsə də axir ki, sevənlər bir-birilərinə qovuşdular. Əzab kimə qaldi?Onlardan xoşbəxtliyi əsirgəyənlərə!!!Amma manəsəf Azərbaycanda belə ailələr var və onlar heç olmasa ən azindan belə mövzulari oxusalar bəlkə ozlərinə düzəliş verələr,əzizlərini itirməmişdən öncə...
    Kədərləndirici mövzudur .
    Mövzuya görə tşk.

  3. #3
    Junior Member
    Üyelik tarihi
    Jun 2010
    Yer
    türkey/malatya/
    Mesajlar
    5

    Re: Sevgi Allahın öz ruhundandır - Sevgi hekayesi

    geçekten harika konyu açmıs olduğun güzel bir birinden harika cümleleri bir araya getirerek yazmıssın çok güzel binlerce begeni toplayacağına inanıyorum .. ellerine emeğine sağlık çok teşekür ederim .saygılar

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Sevgi Allahın öz ruhundandır - Sevgi hekayesi

    movzuye gore tskrlr
    HaKKım heLaL,Sewqim haRam oLsun

  5. #5
    Junior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    4

    Re: Sevgi Allahın öz ruhundandır - Sevgi hekayesi

    fikirleriniz uçun çox sagolun.

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Sevgi Allahın öz ruhundandır - Sevgi hekayesi

    HEKAYE OLARAQ BEYENDIM TESEKKURLER

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.