4 sonuçtan 1 ile 4 arası

Unutma,"Unudulmazlar" da, Unudulur!!!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Unutma,"Unudulmazlar" da, Unudulur!!!

    Yaddaş qərarsızdır.Çünki nəyi özündə saxlayacağı heç vaxt müəyyən olmur. Bir gün təəccüblə başa düşürük ki,ən sarsıdıcı hadisələrin kölgəsi belə qalmamış.


    Sizə bir sirr verim: "Unudulmaz" əslində "unudulmuş" deməkdir.


    Məsələn "unudulmaz bir aktyor" sözünün mənasını əslində: "Zamanında böyük bir aktyor idi amma indi çox adam xatırlamır. Lütfən onu xatırlaya,unudulmuşlar kitabının bir səhifəsi olmağa icazə verməyək".

    Ya da "unudulmaz bir mahnı" deyərkən niyyətimiz bu: "Unudulmağı layiq olmayan kədərli bir melodiyadan bəhs edirəm sizə"


    "Unudulmaz" deyərkən "unudulmuş" demək istəyirik çünki. Bu iki əlaqədar söz zamanla qəribə bir şəkildə birləşib eyni mənanı vermiş.


    Eyni şəkildə unudulmaz dediyimiz sevdalar bəzən ilk unudulanlar olur.

    Yaşayarkən ürəyimizə qanad vermiş,ruhumuzu yumuş ,zəlzələləri ilə darmadağın olub, günəşləriylə isindiyimiz sevdalar belə zamanın sürəti qarşısında xırda bir xatirəyə çevrilə bilir.

    İyirmi birinci əsrdə heç bir məhəbbət uzun sürmür çünki. Sürə bilmir. Bizsə minilliklərdən bəri sual veririk özümüzə:

    "Xoşbəxt eşq varmı?"
    deyə.

    Əslində xoşbəxt eşq var bəli. Bəzən çıxır da qarşımıza. Bəzən rast gəlirik gül qoxulu sevinclərlə zamana acıq verən eşqlərə. Qadının kişiyə gülümsəməsiylə, kişinin qadına baxışıyla, bir qış səhəri mətbəxdən yayılan qızarmış çörək qoxusuyla unudulmuş bir mahnının nəqarətiylə böyüyən, həyatın gözəlliklərini özündə əks etdirən eşqlərə...

    Xoşbəxt eşqdə ədəbiyyatın bəhrələnəcəyi bir şey yoxdur.Çünki bu dünya durduqca ədəbiyyat ancaq nakam məhəbbətdən yazacaq.

    Xoşbəxt eşq var.Amma nə vaxt bitməyə başlarsa,yuxu kimi bir sevginin içində çatlar yaranmağa başlayır. Bax o zaman romanların,pyeslərin ya da ssenarilərin mövzusu olan bir bağçaya girdiyimizi hiss edirik. Gülləri və tikanları var o bağçanın. Bir də baxırıq ürəkdən qan axır..Hə artıq o "bədbəxt sonlu" eşq hekayələrinə inanırıq...
    Unudulmaz olan unudulmuş mahnılar yoldaşlıq edir ürəyimizdəki yaraya.

    Unudulmaq hesab edilən eşqlərdə unudulur. Tozlu rəflərdə unudulmuş bir "unudulmaz mahnılar" valına bənzəyir; zamanın dodaqlarından axıb gedərkən uzaqlara qəmli gözlərlə bizə baxır.

    Yaddaş qərarsızdır çünki nəyi saxlayacağı bəlli olmaz. Bir gün təəccüblü şəkildə anlayırıq ki ən sarsıdıcı hadisələrin kölgəsi belə qalmamış.

    Hər şey unudulur.Saçınıza toxunaraq yol alır zaman "unudulmaz" mahnılara doğru...
    Tikan ağrıdar insanı, əzab verər amma gül onun verdiyi "ağrıları" öz üzərinə götürər və sarıyaraq o yaraları bihuş edər səni...Tikan batmışsa sənin də həyatına,bil ki bir gün "Gül" o tikanın qəlbində açdığı yaraları sağaldacaq....Unutma,"Unudulmazlar" da, Unudulur...!!!
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Unutma,"Unudulmazlar" da, Unudulur!!!

    [

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Unutma,"Unudulmazlar" da, Unudulur!!!

    eşq olsun qaqama
    [

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Unutma,"Unudulmazlar" da, Unudulur!!!

    Alıntı POWER_RANGERS Nickli Üyeden Alıntı
    eşq olsun qaqama
    çox sağ ol qadası
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.