4 sonuçtan 1 ile 4 arası

Uzaq,həm də yaxınsan

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Uzaq,həm də yaxınsan

    Ən uzaqdakı ən yaxındır bəzən
    Bəzən əlinin dəyə bilmədiyinə ürəyin dəyər, ürəyin toxunar
    Ürəyinin toxunduğu təsəlli edər səni,
    Yaralarını sarar, düyünlənildiyində boğazın
    Nəfəs aldırar sənə...
    Təkrar toxunmaq istədiyində həyata,
    Möhkəmcə tutar əlindən...

    Həyatın bütün döngələrindən canın ağrımadan çevirər səni,
    Yaraların belə tez yaxşılaşar o vaxt.
    Daşlı sulardan ayaqların qanamadan keçib gedərsən,
    Düşdüyün quyulara belə bilərək düşərsən,
    Ya da kənarından keçib gedərsən.

    Həyat və içindəki hər şey,Bir səfərdə şüşədən seyr etdiyin görünüşlərə dönər.
    Şəkilin xaricindən baxarsan həyata,uzaqdakının gerçək yaxınlığı təsəlli edər səni,
    Səni əsl bilənin və ən çox sevənin təsəllisidir bu əslində,
    O səni belər, nə ilə xoşbəxt olacağını, nəyi sevəcəyini də bilər.
    Hansı məlhəmin yaxşı gələcəyini də yenə ən yaxşı O bilər.

    Yaranı açan da məlhəmi sürən də O dur.
    Əgər eşidə bilsən içindəki Ona aid səsi,
    Səsini eşitdirmiş bir garibin, yorğun amma xoşbəxt baxışıyla,
    Gözlərini qaldırıb səmaya, Ona baxarsan,
    Bilərsən, sən hər danışmaq istədiyində yalnız və yalnız O hazırdır.
    Ən yaxın amma, ən uzaq da ola bildiyin O dur əslində,
    Sən seçərsən Ona uzaq ya da yaxın olmağı,
    Həyatındakı bütün məsafələrdə Onun izi vardır.

    Ona yaxın olduğunda hər şeyə də yaxınsan əslində,
    Soruşduğu hər sualda özünü göstərmək istər sənə,
    Həyatın əli ən şirin toxunuşlarıyla oxşayarkən səni,
    Sən şifrəni həll etməyə çalışarsan.
    Bu sırada həyatındakı yaxınlar və uzaqlar yer dəyişdirər,
    Yaxın bildiklərin uzaq, uzaq bildiklərin də yaxın olar.

    Həll edə bilmədiyində təkrar təkrar soruşar suallarını, heç bezmədən,
    Şifrələri həyatın içində gizləyər, həll etdikcə güclənərsən,
    Hər bir sual arasında sənə təsəlli zamanları buraxar,
    Yorulduğunu Ondan yaxşı bilən vardırmı?
    Sualı həll edə bilmədiyində isə sualı sevməyə çalışarsan,
    Hətta bir addım kənara gedərək sualı soruşanı da sevərsən,
    Həqiqi uzaqlıq nədir əslində ya da həqiqi yaxınlıq...

    Bildiklərindirmi yaxın olan, uzaqlar həmişə bilmədiklərindirmi
    Ey uzaq görünüb də ən yaxın olan;
    Sənə yaxınlığımı artır
    Ey sualları soruşan;
    İstədiyim bütün uzaqları mənim üçün yaxın et,
    Ürəyimi sıxan bütün yaxınları da uzaq et,
    Və bütün bunları könülümə də sevdir olarmı…
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Uzaq,həm də yaxınsan

    woooooooow... ürəklərə bax.Çox gözəl
    Alıntı AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
    Əgər eşidə bilsən içindəki Ona aid səsi,
    Səsini eşitdirmiş bir garibin,
    Romantik dəqiqələrdi deyəsən.

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Uzaq,həm də yaxınsan

    super ellerine saglik

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Uzaq,həm də yaxınsan

    minətdaram hər birnizə
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.