7 sonuçtan 1 ile 7 arası

Necə gəlmisənsə, elə də GET

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Necə gəlmisənsə, elə də GET


    Sən yanımda olanda özümü ən güclü, ən qorxusuz, ən mərd hiss edirdim...
    Səni əl çatmaz bilirdim və sənə sahib olduğum üçün bu necə bir şansdır? Bu necə bəxtəvərlikdir deyirdim...

    Sən demə sənə bir xoş söz bəs imiş, səni əldə etmək üçün bir cəhd bəs imiş, sənə sahib olmaq çox asan imiş, ama mən bunu bilmədiyim üçün, sənə sahib olmağın bu qədər asan olduğunu bilmədiyim üçün kəsə yollarla gəlmədim sənə, sənə gəlmək üçün ayağım yollarda dəfələrlə tikanlara batdı, dəfələrlə yıxıldım, yolumu uzatdıqca uzatdım, uzatdıqca uzatdım...
    Bu yolda gedərkən sağıma, soluma, arxama baxmadım. Sadəcə irəli baxdım, ayağım ilişib yerə yıxılsam da, ətrafımdakılar bu yolda gedərkən mənə əngəl olsa da heç bir tərəfə baxmadan sadəcə səni seçdim, sadəcə sənə gəldim, heç kimə deyil, sadəcə sənə... Ama dəyməzmiş sənə, dəyməzmiş sənə yolumu uzatmağa, dəyməzmiş sənə 1 günə gəlmək əvəzinə aylarla yolumu uzatmağa, dəyməzmiş sənə xərclədiyim bu vaxta...

    Bəlkə bilməsəydim, bilməsəydim ki sənə çatmaq bu qədər asandır, bəlkə sənə xoşbəxtlik arzu edərdim, mən nədənsə inanmıram ayrılanların bir-birilərinə ürəklə, içdən gələrək xoşbəxtlik arzu etdiklərinə, mən buna inanmıram... Ama dildə də olsa, ürəkdən olmasa da, mənsiz xoşbəxt olmağını istəməsəm də sənə xoşbəxtlik arzu edərdim, səndən ayrılanda xoş sözlərlə ayrılardım, xoş xatirələrlə yadımda qalardın...

    Ama bircə bunu da bacarmadım, belə ayrılmağı, xoş xatirələrlə ayrılmağı bacarmadım... Düzdür, səndən nifrət etsəm səni bəlkə də çox tez yaddan çıxardaram, ama mən bunu istəmirdim, sən xoş xatirələrlə yadımda qal, sevgiylə yadımda qal təki, qoy mənim qəlbim ağrısın bir ömür!!! Yetər ki yadıma düşdüyündə qəlbim ağrısın, ruhum əzab çəksin ama sevgimizə inanaraq yadıma düş, xoş xatirələrlə yadıma düş, gülüşünlə yadıma düş, öpüşünlə yadıma düş!!! Mən buna razı idim, əzab çəkməyə razı idim!!! Ama bunu bacarmadım ay sevgili... Mən sənin gücsüz olduğunu bilirdim, qorxduğunu bilirdim, ama bu qədər yox, özünü gözdən salacaq qədər yox...


    Sənə artıq dildə belə olsa xoşbəxtlik arzu edə bilmirəm, etmirəm, etmək istəmirəm... Bu gün məni xoş sözlərlə aldadan sabah onu da aldadacaq, ona da yalanlar deyəcək, mən sənin deyil, o yazığın xoşbəxt olmasını diləyirəm...

    Yadındadır? Sənə bir söz demişdim, bu sözü ömrün boyunca unutmamağını istəmişdim səndən o söz bu idi:
    ''Yanında olmasam da məni hər zaman yanında bil!!!''
    .
    Bu söz dəyərini itirdi artıq sevgili, itirdi... Artıq sonunda ölüm də olsa yanında olmaram, SƏN ÖLSƏN BELƏ QƏBRİNƏ GƏLMƏRƏM ARTIQ, GƏLMƏRƏM...
    HaKKım heLaL,Sewqim haRam oLsun

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Necə gəlmisənsə, elə də GET

    Alıntı Ruzgar_Gulu Nickli Üyeden Alıntı
    Bu söz dəyərini itirdi artıq sevgili, itirdi... Artıq sonunda ölüm də olsa yanında olmaram, SƏN ÖLSƏN BELƏ QƏBRİNƏ GƏLMƏRƏM ARTIQ, GƏLMƏRƏM...
    Canimmmmmm,uzulmeye deymez.Bax meni de sevirler,amma demishem el cekin menden,gunorta fikrimde olurlar,axsham da menimle Ax,bu agcaqanadlar uyumaya bile burakmadilar FUMITOX almisham men de. Deyesen caresini tapmisham,el cekin ulen menden,yuxumu da pozdular ujeeeeeee...Oldurecem axsham onlari xa xa xa... Nece gelmisense ele de get...

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: Necə gəlmisənsə, elə də GET

    Bir malyariya agcaqanadini sevdim sancdi zeherledi meni artiq qanim da cirklendi
    Zaman daralır......

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: Necə gəlmisənsə, elə də GET

    Indi de qizdirmadan yaniram xestelikler ve xeste insanlar yaman artib son zamanlar xusisende xeste qizlar
    Zaman daralır......

  5. #5
    Member
    Üyelik tarihi
    Nov 2009
    Mesajlar
    89

    Re: Necə gəlmisənsə, elə də GET

    ELAA MOVZUDUR SEVIB SEVILENLER HEC AYRILMASIN DAIMA BIRGE OLAUNLAR AMINNNNNNNNNNN

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Necə gəlmisənsə, elə də GET

    Aminn insallah
    HaKKım heLaL,Sewqim haRam oLsun

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Necə gəlmisənsə, elə də GET

    Bu yolda gedərkən sağıma, soluma, arxama baxmadım. Sadəcə irəli baxdım, ayağım ilişib yerə yıxılsam da, ətrafımdakılar bu yolda gedərkən mənə əngəl olsa da heç bir tərəfə baxmadan sadəcə səni seçdim, sadəcə sənə gəldim, heç kimə deyil, sadəcə sənə... Ama dəyməzmiş sənə, dəyməzmiş sənə yolumu uzatmağa, dəyməzmiş sənə , dəyməzmiş sənə xərclədiyim bu vaxta...


    tesekkurler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.