4 sonuçtan 1 ile 4 arası

Sevinc,Kədər,Kamillik

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Sevinc,Kədər,Kamillik

    Çoxdan...uzaqda bir ada var imiş.Adada insanların hissləri və mənəvi keyfiyyətləri yaşayırdı: Sevinç,Kədər,Kamillik və s.. Bunlarla birgə Sevgi də yaşayırdı.

    Bir gün hisslər anlayırlar ki,ada okeana batır və öz gəmilərinə minib adanı tərk edirlər. Ancaq Sevgi tələsməyib son dəqiqəyədək gözləyir.Və həmin an anlayır ki adanın xilas olmağa heç şansı yoxdur.Sevgi ətrafında olanlardan kömək diləməyə başlayır.Yanına gözəl " Zənginlik" gəmisi yaxınlaşır.Sevgi yalvarır onu gəmiyə almasını,ancaq Zənginlik ona " gəmimdə zinət əşyaları,qızıl,gümüş çox olduğundan səni gəmiyə ala bilmərəm"-deyə cavab verir.

    Sevgi üzünü Qürura tutur,yalvarır onu gəmiyə almasını.Ancaq cavabında "Sənin varlığın gəmimin hüzurunu,durumunu pozacaq"-deyib yoluna davam edir.
    Sevgi bu dəfə Kədərə üz tutur.Kədər isə cavabında "Mən çox gəmginəm,tənhalığa ehtiyacım var"-deyir. Həmin an Sevinc yandan keçir,ancaq Sevginin yalvarışını sevincindən eşitmir.
    Bu an Sevgi eşidir " Sevgi,gəl mən sənə yardım edərəm.Gəl mənim gəmimə".Sevgi yaşlı birini gəmidə görür və sevincindən onun kim olduğu soruşmağı unudur .Yerə çatdıqda Sevgi qalır, yaşlı isə yoluna davam edir. Yaşlının gəmisi uzaqlaşdıqdan sonra Sevgi ona təşəkkür etmədiyini xatırlayır.Və Kamillikdən soruşur : "Kamillik söylə mənə,məni xilas edən kim idi?. "O Zaman idi!"-deyə Kamillik cavab verir."Zaman??!! Nəyə görə Zaman məni xilas etdi?"-Sevgi təəccüblənir. Kamillik isə cavabında :" Yalnız Zaman anlayır Sevginin həyatda olan dəyərini! "

  2. #2
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Sevinc,Kədər,Kamillik

    Dogurdan?)
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Sevinc,Kədər,Kamillik

    Alıntı Kralica_ Nickli Üyeden Alıntı
    Dogurdan?)
    Aydındı

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Sevinc,Kədər,Kamillik

    Yalnız Zaman anlayır Sevginin həyatda olan dəyərini! "



Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.