3 sonuçtan 1 ile 3 arası

Ən gözəl qəlb

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Nov 2009
    Yer
    Naxçıvan
    Mesajlar
    546

    Ən gözəl qəlb


    Bir gənc şəhərin mərkəzində dayanmış, o bölgədəki ən gözəl ürəyin öz ürəyi olduğunu söyləyirdi. Ətrafında böyük bir izdiham yaranmışdı. Hər kəs ən kiçik bir ləkə ya da çatlaq olmayan bu ürəyə qibtə edərək baxır, onun gözəlliyindən danışırdı. Bu zaman bir qoca ortaya çıxdı, ''Bir dəqiqə cavan oğlan,sənin ürəyin mənim ürəyim qədər gözəl deyil".İzdiham və gənc birlikdə diqqətlə yaşlı adamın ürəyinə baxdılar. Çox güclü atırdı, amma izlər və yarıqlarla dolu idi.Bəzi parçaları yox olmuşdu,bəzi parçaların yerinə kiçik-kiçik parçalar qoyulmuşdu; ancaq bunlar da tam yerinə oturmamışdı.Ürəyin bəzi yerlərində böyük oyuqlar vardı. İnsanlar heyrətlə baxır, "Necə bu adam ürəyinin daha gözəl olduğunu söyləyə bilir?!" deyirdilər. Gəncdə yaşlı adama ‘'Deyəsən zarafat edirsən''dedi,''öz ürəyini necə mənimkiylə müqayisə edə bilərsən? Bax mənim ürəyim mükəmməl, səninki isə yarıq və kəsiklərlə doludur. Qoca özündən əmin şəkildə gəncin sualına cavab verdi "Bəli, sənin ürəyin mükəmməl görünür, mən səninkiylə yarışa bilmərəm. Amma bax, mənim ürəyimdə gördüyün hər yarıq sevgimi verdiyim bir adamı təmsil edir. Ürəyimin bir parçasını qoparıb onlara verdim və çoxu vaxt onlar da mənə öz ürəklərindən bir parça verdilər. Amma tam mənim parçanın böyüklüyündə olmadığı üçün arada boşluqlar qaldı. Ancaq mən bu boşluqlara şükr edirəm; çünki onlar, paylaşılan sevgiləri xatırladır mənə. Bəzən insanlara sevgimi comərdcə verməyimə baxmayaraq onlar mənə qarşılığını tam vermədilər. Bu dərin boşluqların səbəbi qarşılığını ala bilmədiyim sevgilərdir. Bunlar ağrı verir; amma olsun, mənim sevgimə cavab verməyən insanları xatırladır mənə. Mən hələ də onların sevgimə qarşılıq verəcəkləri, bu boşluqları dolduracaqları günü gözləyirəm".Gənc yanağından axan göz yaşı ilə səssizcə dayanmışdı.Gözlənilmədən qocaya tərəf getdi, möcüzəli gözəllikdəki ürəyindən bir parça qopardı və qocanın titrəyən əllərinə qoydu. Yaşlı isə onu götürüb ürəyindəki bir boşluğa yerləşdirdi və sonra öz yara dolu ürəyindən bir parça qoparıb gəncin ürəyindəki boşluğa yerləşdirdi. Boşluq doldu amma küncləri bir az boş qaldı. Gənc heyrətlə ürəyinə baxdı. Artıq mükəmməl deyildi; amma əvvəlkindən daha gözəl idi. Çünki qocanın ürəyindəki sevgi onun ürəyinə axmışdı…
    Dısımda kahkaLardan bi Suuret... İcimde Kan agLayan bi VeLet

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Ən gözəl qəlb

    Qocaya baxee cavanliginda kef edibmish,ne qeder sevibmishse ureyi buna subut ,halaldi.

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Ən gözəl qəlb

    HaKKım heLaL,Sewqim haRam oLsun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.