2 sonuçtan 1 ile 2 arası

Bir alov kimisən

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Bir alov kimisən


    Yola çıxırsan…Nə qədər iradəli,güclü olsan da,yoldaşsız tez yorulursan…

    Söhbət edirsən...Nə qədər diqqətcil,az danışan olsan da, yoldaşsız dedi-qoduya uğrayırsan...

    Sevincini paylaşırsan...Nə qədər saf olsan da, xoşbəxtliyin pis fikirləri altında qalır....

    Dərdini söyləyirsən...Nə qədər içdən ağlasan da,dərdini eşitmək istərlər,bölüşmək yox...

    Məktub yazırsan...Nə qədər gözəl sözlər yazsan da,göndərəcəyin bir kəsin yox...

    Həzin bir musiqi səslənir...Nə qədər gözəl oynamağı bacarsan da,oynacağın bir kəsin yox...

    Yatırsan...Nə qədər rahat yatsan da,sarılacağın bir kəsin yox...

    Düşünürsən...Düşündükcə batdığını hiss edirsən,oysa bir yoldaşın olsa sənə kömək olardı...

    Susursan...Çünki susduqca unudulduğunu hiss edirsən,oysa bir yoldaşın olsa səni unutmazdı...

    Nəfsin sənə hakimkən,oysa bir yoldaşın olsa o sənə yol göstərər...

    Xoşbəxtsən...Dünyada hər şeyə sahib olsanda,o sənə sahibkən...

    Bir Alov kimisən.İlk əvvəl işıq verirsən,sonra isidirsən,sonda isə yandırırsan…

    Deyirsen yazmayacam..Yazırsan amma ancaq acıdan..Yalnızlığın verdiyi ruhun "ölümsüzlüyündən"...

    Əlini uzadırsan...Uzanıqlı qalan əlini tutan yoxdur..Çünki "o" da yoxdur...Hər zaman uçurumun kənarından yuvarlanarkən əlindən tutub çəkən yoldaşın yoxdur...

    Gülürsən...Dodaqlarını gülməyə məcbur etsən də gözlərin üsyan edir...Çünki ancaq "Möhkəm bir əli çiyinlərində hiss edəndə" içdən gülə bilərsən...

    Pianonu çalırsan...Hər bir "dil" ürəyinə ox kimi sancılır...Çünki musiqini həsr edəcəyin bir yoldaşın yox..

    Ağlayırsan...Ağlayacağın zaman göz yaşlarının yanaqlarına süzüləcəyini bildiyin üçün..Oysa bir yoldaşın olsaydı onları yanaqlarına düşməmiş silərdi gözlərindən...

    Dənizin səsini dinləyirsən....Sirdaşa ehtiyacın olduğu üçün ...sən danışmadan qəlbini,beynini,ruhunu oxuyan dalğalar sirlərini okeanın dibinə gömür..Sənsə susursan..Amma bir yoldaşın olsaydı sirlərin onun qəlbinə gömülərdi...

    Bədbəxtsən...Onsuz xoşbəxt olmaq həvəsində çırpınarkən qırılan qanadların havaya sovrulduğu üçün...

    "Həyat kitabını" vərəqləmirsən....Uşaqlıqdan "Yol yoldaşının" yalnızlıq olduğunu,"Əlimi" burax dediyində buraxmadığını və onun çiyinlərində ruhunu cismindən azad etdiyini görməmək üçün...

    Bir damla kimisən... Əvvəl gül üstündə şeh olursan,sonra çirkinlikləri yumaq üçün yağış olub yağırsan,sonda isə leysana dönüb tufan qoparırsan...
    [

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Feb 2012
    Mesajlar
    16

    Re: Bir alov kimisən


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.