6 sonuçtan 1 ile 6 arası

BİR SALAMA DƏYMƏDİ

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    BİR SALAMA DƏYMƏDİ

    Bu gün mən səni gördüm,
    Salam vermək istədim,
    Üzünü yana tutdun.
    Söylə, illərdən bəri
    Qəlbimizin bir duyub
    Bir vurduğu illəri,
    Axı, nə tez unutdun?
    Beş ildə gözümüzdən axan o qanlı sellər,
    Bir salama dəymədi?
    Heç üzümə baxmadan yanımdan necə keçdin?
    Sən eşqin salamını qorxuyamı deyişdin?
    Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
    O qədər yaxın ikən, bu qədər uzaq oldun.
    Şirin gülüşlərimiz, acı fəğanlarımız
    Bir salama dəymədi?
    Qayğılı anlarımız, qayğısız anlarımız
    Bir salama dəymədi?
    Sən neylədin, bir düşün!
    Yalnız indi anladım; ah, sən daha mənimçün
    Əlçatmaz bir çiçəksən,
    Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
    Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
    Düz beş il ürəyimdə
    Bəslədiyim məhəbbət, bir salama dəymədi.
    Bir günlük həsrətimə dözə bilməyən gülüm,
    Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
    Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
    Sən necə etinasız ötə bildin yanımdan?
    Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
    Sənin qəlbin əsmədi.
    Arxana da baxmadın!
    Niyə sənin yolunu məhəbbətin kəsmədi?...
    Qazancımız de, bumu?
    Deyilməmiş o salam əlvidamız oldumu?
    Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
    Bir salama dəyməyən eşqə ölüm yaraşır!
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: BİR SALAMA DƏYMƏDİ


    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: BİR SALAMA DƏYMƏDİ

    [

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: BİR SALAMA DƏYMƏDİ

    Niyə sənin yolunu məhəbbətin kəsmədi?...
    Qazancımız de, bumu?
    Deyilməmiş o salam əlvidamız oldumu?
    Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
    Bir salama dəyməyən eşqə ölüm yaraşır!



  5. #5
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: BİR SALAMA DƏYMƏDİ

    Sende bilirsen salami almayacaq niye salam verirdin? Bilirem salam Allahin salamidir amma nahaq yere vermisende
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: BİR SALAMA DƏYMƏDİ

    Alıntı Kralica_ Nickli Üyeden Alıntı
    Sende bilirsen salami almayacaq niye salam verirdin? Bilirem salam Allahin salamidir amma nahaq yere vermisende
    basa dusmedim bunu sen mene aid yazmisan ?? yoxsa sairedir sulain???
    canim men salami her adama vermirem , en azi bu salama layiq olmaq lazimdir ki , men de o sexse salam verim .seire hormet olaraq fikrimi bildirdim.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.