7 sonuçtan 1 ile 7 arası

Qısqanclıq testi

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Qısqanclıq testi

    1. Sevgilinizin çox yaxın olduğu qarşı cinsdən dostu var?
    a. Yox, yoxdu, ola da bilməz
    b. Var, amma çox yaxın deyillər
    c. Hə, var və hamısı yaxşı insanlardı
    d. Yaxın dostu varsa da bilmirəm, onsuz da maraqlı deyil
    2. Sevgilinizin qarşı cinsdən olan dostuna ad günü hədiyyəsi seçməyə getməsinə necə baxardınız?
    a. Dünyasını qaraldardım
    b. Hirslənərəm, amma üzə vurmaram
    c. çox incə bir davranış olduğunu deyərəm
    d. Əhəmiyyət vermərəm
    3. Təklikdə yemək yeməyə getdiyiniz vaxt qarşı cinsdən olan qarsona (ofisanta) gülümsəməsi, xoş davranması, zarafat etməsi sizə necə təsir edər?
    a. Qarsona hirsimi tökərəm
    b. Hirslənərəm, amma üzə vurmaram
    c. Mən də gülümsünərəm, zarafata qoşularam
    d. Vecimə almaram
    4. Birlikdə tətilə getmiş olsanız oteldə keçirilən əyləncələrdə sevgilinizin iştirakına, qalib gəlməsinə münasibətiniz necə olar?
    a. Hərkəsin ona baxmağına görə narahat olardım
    b. 'Bax, bu mənim sevgilimdi' deyib fəxr edərdim
    c. O əyləncələrdən zövq aldığı üçün problem yaratmaram
    d. Əhəmiyyət vermərəm
    5. Sevgilinizin köhnə sevgilisi hər hansı bir məsələdə kömək istəmək üçün sevgilinizə müraciət etsə, nə tədbir görərsiniz?
    a. 'Bu nə məsələdi?' deyib aləmi qarışdıraram.
    b. Kömək etmək üçün mən də əlimdən gələni edərəm
    c. Hirslənərəm, amma hiss etdirmərəm
    d. 'Birinci dəfədən heç nə olmaz' deyib fikir vermərəm
    6. Sevgilinizin qarşı cinsdən olan qohumları ilə yaxın və səmimi münasibətini necə qiymətləndirərsiniz?
    a. çox yaxındılarsa, əsəbləşərəm
    b. 'Qohumu' deyirsiniz, əlbəttə ki, yaxın olacaqlar
    c. O qədər də can-ciyər olmağa ehtiyac yoxdu!
    d. Heç fikir vermərəm
    7. Saatlarla iş yerində qarşı cinsdən bir iş yoldaşı ilə işlədiyini bilsəniz nə reaksiya verərsiniz?
    a. Dünyanı başına yıxaram
    b. çox sert reaksiya vermərəm, amma etirazımı bildirərəm
    c. Hirslənərəm, amma hiss etdirmərəm
    d. İş işdir, əbəttə ki, işləyəcək
    8. Siz olmadan getməli olduğu 1 məclisə dəvət alsa, nə edərsiniz?
    a. Qətiyyən getməyini istəmərəm
    b. Başqa kimin dəvət olunduğunu öyrənib, ona görə davranaram
    c. Narahat olaram, amma gizlədərəm
    d. Heç nə etmərəm, son dərəcə normal bir haldır
    9. Gecə vaxtı telefonuna mesaj gəlsə, sonra sizdən uzaqlaşıb kiməsə zəng etsə, qayıtdıqdan sonra sizə bu barədə heç nə deməsə, nə edərsiniz?
    a. O gecəni fəlakətə çevirərəm
    b. çox sərt reaksiya vermərəm, amma kefim pozular
    c. 'Deməli şəxsi məsələdi' deyib, üstünə çox düşmərəm
    d. Əhəmiyyət vermərəm
    10. Qarşı cinsdən olan bir iş yoldaşı sevgilinizə ad günü hədiyyəsi alsa, nə edərsiniz?
    a. Hədiyyəni əvvəlcə sevgilimin, sonra iş yoldaşının başında parçalayaram
    b. Bunun nə mənaya gəldiyini sevgilimdən soruşaram
    c. Qanım qaralar amma ağ eləmərəm
    d. Nə qədər incə düşüncəli, diqqətli iş yoldaşı olduğunu düşünərəm


    Cavablardan
    A - 3 bal,
    b - 2 bal,
    c - 1 bal
    d - 0 bal hesablayın


    20-30 olsa
    Siz qısqanclığınızla sevgilinizi dəli edərsiniz! Dəhşətsiniz! Bu qədər də qısqanmaq olar??? Bu qədər də olmaz axı... Sizin qısqanclığınız ucbatından birlikdə olduğunuz anlarda sevgiliniz rahat davrana bilmir. Bəlkə onu 1 otaqda ağzı bağlı saxlayasınız, heç kim görməsin, hərdən bir də yeməyini-suyunu verin. çox qısqanc insanlar təhlükəli olurlar. Sevginizi qısqanmaqla, qadağan etməklə, onu həyatından bezdirməklə yox, xoş davranışla, onu başa düşməklə, istəklərini reallaşdırmaqla da göstərmək olar.

    10-19 olsa
    Əslində qısqanc sayılırsınız, amma sevgilinizə qoyduğunuz hörmət sizə özünüzə nəzarət etmənizə kömək edir. Bəzən anidən özünüzdən çıxsanız da, səbrli davranırsınız. Bu da qısqanclıq sayılmır, çünkü normal insanlar da belə reaksiya verir. Amma qarşınızdakı insan bunu qiymətləndirməli, sizi qısqandırmamalıdır.

    0-9 olsa
    Qısqanmaq??? O necə olur? Həddən artıq qısqanmaq psixoloji xəstəlik hesab edilsə də, hərdən ətrafınızda baş verənlərlə maraqlanın. Siz o qədər rahatsınız ki, sevgiliniz hərdən onu sevib-sevmədiyinizə şübhə ilə yanaşır. Onun həyatınızda necə vacib adam olduğunu qısqanclıq olmadan da göstərə bilərsiniz. Doğrudan da çox rahatsınız, sizi təbrik edirik! Dünyada hər kəs sizin kimi olsaydı, hamı problemsiz yaşayardı, dünya vecinə olmazdı.

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Qısqanclıq testi

    20-30 olsa
    Siz qısqanclığınızla sevgilinizi dəli edərsiniz! Dəhşətsiniz! Bu qədər də qısqanmaq olar??? Bu qədər də olmaz axı... Sizin qısqanclığınız ucbatından birlikdə olduğunuz anlarda sevgiliniz rahat davrana bilmir. Bəlkə onu 1 otaqda ağzı bağlı saxlayasınız, heç kim görməsin, hərdən bir də yeməyini-suyunu verin. çox qısqanc insanlar təhlükəli olurlar. Sevginizi qısqanmaqla, qadağan etməklə, onu həyatından bezdirməklə yox, xoş davranışla, onu başa düşməklə, istəklərini reallaşdırmaqla da göstərmək olar.
    olsaydi bele ederdim
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Qısqanclıq testi

    Alıntı Damla1 Nickli Üyeden Alıntı
    20-30 olsa
    Siz qısqanclığınızla sevgilinizi dəli edərsiniz! Dəhşətsiniz! Bu qədər də qısqanmaq olar??? Bu qədər də olmaz axı... Sizin qısqanclığınız ucbatından birlikdə olduğunuz anlarda sevgiliniz rahat davrana bilmir. Bəlkə onu 1 otaqda ağzı bağlı saxlayasınız, heç kim görməsin, hərdən bir də yeməyini-suyunu verin. çox qısqanc insanlar təhlükəli olurlar. Sevginizi qısqanmaqla, qadağan etməklə, onu həyatından bezdirməklə yox, xoş davranışla, onu başa düşməklə, istəklərini reallaşdırmaqla da göstərmək olar.
    olsaydi bele ederdim

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Qısqanclıq testi

    Siz qısqanclığınızla sevgilinizi dəli edərsiniz! Dəhşətsiniz! Bu qədər də qısqanmaq olar??? Bu qədər də olmaz axı... Sizin qısqanclığınız ucbatından birlikdə olduğunuz anlarda sevgiliniz rahat davrana bilmir. Bəlkə onu 1 otaqda ağzı bağlı saxlayasınız, heç kim görməsin, hərdən bir də yeməyini-suyunu verin. çox qısqanc insanlar təhlükəli olurlar. Sevginizi qısqanmaqla, qadağan etməklə, onu həyatından bezdirməklə yox, xoş davranışla, onu başa düşməklə, istəklərini reallaşdırmaqla da göstərmək olar.
    men niye bele qisqanc oldum
    [

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Qısqanclıq testi

    28 bal Allah sebr versin qarsidaki insana
    [

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Jan 2008
    Yer
    türkiye/trabzon
    Mesajlar
    1.318

    Re: Qısqanclıq testi

    kıskançlık iyi bir shey değil....
    EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!


  7. #7
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Baki
    Mesajlar
    188

    Re: Qısqanclıq testi

    10-19 olsa
    Əslində qısqanc sayılırsınız, amma sevgilinizə qoyduğunuz hörmət sizə özünüzə nəzarət etmənizə kömək edir. Bəzən anidən özünüzdən çıxsanız da, səbrli davranırsınız. Bu da qısqanclıq sayılmır, çünkü normal insanlar da belə reaksiya verir. Amma qarşınızdakı insan bunu qiymətləndirməli, sizi qısqandırmamalıdır.
    mende bu geder. gisganclig yaxsidi amma yerinde cerciveden kenara cixanda cox pis olur.
    sen kimsen? Ana qucagında dunyaya goz acan korpe usaqmi, caylar kimi caglayan cosgun bir gencmi, beli bukulmus zavallı qocamı, yoxsa mezara gomulmus meyidmi.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.