5 sonuçtan 1 ile 5 arası

"Əgər" deyil, "Çünki" deyil, "Baxmayaraq" sevin...

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    "Əgər" deyil, "Çünki" deyil, "Baxmayaraq" sevin...



    Masumi Toyotome deyə bir Yapon yazmış bu yazını. 'Dünyada sevilmək istəməyən
    adam yox kimidir' deyə başlayır. Amma sevgi nədir?, harada tapılar?Bilirikmi?'
    deyə soruşur. Sonra izah etməyə başlayır... Sevgi üç cürdür:


    BİRİNCİNİN ADI 'Əgər' NÖVÜ SEVGİ

    ____________________________
    Müəyyən gözləmələri qarşılasaq bizə veriləcək sevgini belə adlandırmış yazar. Nümunələr verir: əgər yaxşı olsan atan, anan səni sevər. Əgər müvəffəqiyyətli və əhəmiyyətli adam olsan, səni sevərəm.
    Əgər yoldaş olaraq mənim gözləmələrimi qarşılasan səni sevərəm.
    Toyotome ən çox rast gəlinən sevgi növü budur deyir. Qarşılıq gözləyən sevgi.
    Yazara görə evliliklərin bir çoxu 'Əgər' növü sevgi üzərinə qurulduğu üçün
    tez dağılır. Gənclər bir-birlərinin o ankı gerçək hallarına deyil,
    xəyallarındakı şişirdilmiş romantik görünüşünə aşiq olur və gözləmələrə qapılırlar.

    İKİNCİ NÖV ''Çünki'' NÖVÜ SEVGİ...

    ___________________________
    Toyotome bu cür sevgini belə təsvir edir: Bu cür sevgidə adam bir şey olduğu,
    bir şeyə sahib olduğu ya da bir şey etdiyi üçün sevilər. Başqa birinin onu sevməsi,
    sahib olduğu bir xüsusiyyətə ya da şərtə bağlıdır. Nümunəmi?: Səni sevirəm.
    Çünki çox gözəlsən. Səni sevirəm. Çünki o qədər məşhur,
    o qədər zənginsən ki.Səni sevirəm.
    Çünki mənə o qədər güvən verirsən. Səni sevirəm.
    Biri ətrafdakılara göstərdikləri o biri yalnız özlərinin bildiyi. İnsanlar "sandıqları adam
    olmadığımızı anlar və bizi tərk etsələr" qorxusu buradan doğular.

    İkincisi də ya günün birində dəyişsəm və insanlar məni sevməz olsalar narahatlığıdır.
    Yaponiyada bir təmizləyicidə işləyən dünya gözəli qızın üzü partlayan qazanla
    parçalanmış.Üzü çirkinləşincə, nişanlısı nişanı pozub onu tərk etmiş.
    Daha da pisi eyni şəhərdə oturan ana və atası, xəstəxanaya ziyarətə belə gəlməmişlər artıq çirkin olan qızlarını. Sahib olduğu sevgi, sahib olduğu gözəllik təməli üstünə qurulmuş olduğundan bir gündə ölmüş. Gözəllik qalmayınca sevgi də
    qalmamış. Qız bir neçə ay sonra kədərindən ölmüş...
    Yapon yazar cəmiyyətlərdəki sevgilərin çoxu 'Çünki' növündəndir və bu cür sevgi,
    qalıcılığı mövzusunda insanı həmişə şübhəyə salar deyir.
    Yaxşı o zaman, gerçək sevgi, güvəniləcək sevgi nədir axı?
    Və sevgilərin ən gerçəyi:
    ___________________________

    ÜÇÜNCÜ NÖV SEVGİ : 'Baxmayaraq' ...


    Bir şərtə bağlı olmadığı üçün və qarşılığında bir şey gözlənilmədiyii üçün?
    Əgər növü sevgidən fərqlidir bu. Sevilən adamın cazibədar bir xüsusiyyətinə söykənib belə bir şeyin varlığını əsas olaraq götürmədiyi üçün Çünki növü sevgi də deyil.
    Bu üçüncü növ sevgidə, insan Bir şey olduğu üçün deyil, Bir şey olmasına baxmayaraq
    sevilər. Esmeralda, Quasimodonu dünyanın ən çirkin, ən qorxunc donqarı olmasına
    Baxmayaraq sevər. Zadəgan, yaraşıqlı, zəngin cavan da Esmeraldaya qaraçı
    olmasına baxmayaraq tapınar. Adam dünyanın ən çirkin, ən yazıq, ən səfil insanı ola bilər.
    Bunlara baxmayaraq sevilə bilər.
    *** Hər şeyə baxmayaraq sevmək... sevilmək ya da...
    Həqiqətən də gözəl və xüsusi... 'Çünki'yə və 'Əgər' ə ehtiyac qalmadan


    ...

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: "Əgər" deyil, "Çünki" deyil, "Baxmayaraq" sevin...

    Hər şeyə baxmayaraq sevmək... sevilmək ya da...
    Həqiqətən də gözəl və xüsusi... 'Çünki'yə və 'Əgər' ə ehtiyac qalmadan

    tşk doğrudur

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: "Əgər" deyil, "Çünki" deyil, "Baxmayaraq" sevin...

    Alıntı suzi333 Nickli Üyeden Alıntı
    Hər şeyə baxmayaraq sevmək... sevilmək ya da...
    Həqiqətən də gözəl və xüsusi... 'Çünki'yə və 'Əgər' ə ehtiyac qalmadan

    tşk doğrudur
    İndi ise ele sevgi yox derecesindedir
    ...

  4. #4
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: "Əgər" deyil, "Çünki" deyil, "Baxmayaraq" sevin...

    Düzdür

  5. #5
    MLL
    MLL çevrimdışı
    Senior Member
    Üyelik tarihi
    Jan 2010
    Mesajlar
    176

    Re: "Əgər" deyil, "Çünki" deyil, "Baxmayaraq" sevin...

    KOSARSIN IZINDEN GONUL VEREREK
    HAYATIN VARLIGIN YERE SREREK
    YANARSIN UGRUNDA ASKIM DIYEREK
    SONRASI AYRILIK SEVMEK NEDIRKI?
    ML789

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.