6 sonuçtan 1 ile 6 arası

Hansı saatda doğulmusan?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Hansı saatda doğulmusan?

    Bəzən elə olur ki,bürcünün xarakteristikasını oxuyursan və fikirləşirsən:bəziləri uyğun gəlir,bəzisi isə qətiyyən mənə aid deyil.Axı necə ola bilər ki,dünyanın o başındakı bir insanla eyni xasiyyətdə,eyni həyat tərzində olaq?Əslində,hər bir insan təkrarsızdır.Bəzən astroloqları haqsız çıxartmaq üçün soruşurlar:bir ananın dünyaya gətirdiyi əkiz uşaqlar belə xasiyyətcə fərqli olur,bunu necə izah edərsiz?Cavab var:əkizlər arasında dəqiqə,vaxt fərqi olur.Hətta saniyənin belə öz hökmü olduğunu nəzərə alsaq deməli,insanın doğuluş vaxtının onun həyatına və xarakterinə təsiri qaçılmazdır.Bu barədə hətta el arasında belə misal var:səhər doğulan insan həlim,ayağı yüngül,işi rahat,gecə doğulan insan isə ağırtəbiətli,işi daşdan çıxan olur.

    Siz gecə saat 24.00 və 2.00arası doğulmusuz:

    İdarəedici planetiniz Merkuriy.Siz çox məlumat toplamaq və hər şeydən xəbərdar olmaq həvəskarısız.İstənilən informasiyanı asanlıqla “həzm edirsiz”.Elmdə,təhsildə,karyerada bu xüsusiyyət müsbət nəticələr verir,ancaq şəxsi həyatda və insanlarla münasibətdə vəziyyəti bir az korlaya bilər.Ola bilər ki,ətrafda qeybətcil,sözgəzdirən,lazım olmayan yerdə ortaya atılan imici qazana bilərsiz.Ona görə də rəfiqə,dost,iş yoldaşları ilə aranızda soyuqluq yaranır və mütamadi ayrılıqlar baş verir.Bu saatda doğulmuş insanlar həmyaşıdlarından xeyli cavan və enerjili görünürlər.Yaxşı olar ki,özünüzə başqalarının işinə qarışmamaq xasiyyətini aşılayasınız.

    Siz gecə 2.00-4.00 arası doğulmusuz:

    İdarəedici planetiniz Venera.Siz əsl işçi arısız.Əgər zəhmətiniz,qayğınız vaxtında qiymətləndirilsə,dağı dağ üstünə qoyarsız.O qədər məsuliyyətlisiz ki,boynunuza götürdüyünüz işə görə öz həyatınızı və şəxsi məsələnizi ikinci plana keçirə bilərsiz.Pul qazanmaq və xərcləməklə də ciddi probleminiz yoxdur.Sizin deviziniz:şəxsi uğura çatmaq və ideal yaşayış şəraiti yaratmaq.Bir baxışdan vurulmağınız və kiməsə əməlli-başlı göz qoymağınız kifayətdir ki,onu əldə etmək üçün hər cür qurbana hazır olasız.Etiraf edək ki,cəmiyyətdəki sosial mövqeyinizdən asılı olaraq ,özünüzdən razılığınız bəzən həddini aşır.

    Siz səhərə yaxın saat 4.00-6.00 arası doğulmusuz:

    Planetiniz Mars.Odlu-alovlu Mars elə ddoğuluşdan sizə güclü liderlik qabiliyyəti bəxş edir.Ona görə həyatda həm işdə,həm evdə rəhbərlik etməyə meyilli olursuz.Belə adamları vəzifə kürsüsü gözləyir.Əgər bu baş verməsə,deməli,özünüzü polis və ya hərbi sistemdə sınamalısınız.Sizdən hərəkətləriniz və qərarlarınız barədə hesabat verməyinizi tələb etmək yersizdir,onsuz da heç kimin sözünə qulaq asmayacaqsınız.Hərdən ünvanınıza eşitdiyiniz tənqidlərin bir səbəbi var:özünüzdən çox razısınız.Öz uğurlarınızdan danışanda arabir güzgüyə baxın,görün necə də lovğa,hətta gopçu təsiti bağışlayırsınız.

    Siz səhər 6.00-8.00 arası doğulmusunuz:

    İdarəedici planet Neptun.Təbiətcə hissiyatlı,tez inciyən ,hər şeyi ürəyinizə salan birisiz.Ətraf aləmə ,insanlara çox bağlısız.Tənhalığa çəkilmək sizə cənnət həzzi bəxş edir.Reallıq o qədər qaba və zövqsüzdür ki,bunlara bulaşmaq əzabvericidir.Güclü intuisiyanız var,əgər onu inkişaf etdirib işlətsəniz,mistik işlərdə uğurlar qazana bilərsiz.Sizin ağzınızdan hər söz faldır.Şəxsi həyatınızda özünüzə maneələr və sərhədlər qurmusuz.Ona görə də iş və karyera xatirinə ailə və sevgini qurban verməyə qadirsiz.

    Siz saat 8.00-10.00 arası dünyaya gəlmisiz.

    Sizi Saturn laneti idarə edir.Özünəinamınız o qədər genişdir ki....Dəmir qayda-qanun və çox ciddi həyati prinsiplər.Siz heç vaxt gözlənilməz addım atıb peşman olmamısız,ağlınızı hisslərinizə qurban verməmisiz.Bu baxımdan siyasət və diplomatiyaya üz tutsanız,uğur qazanarsız.”Saturn övladları” çox qürurlu və əlçatmaz olduqlarına görə məzəmmət olunsalar da,onlar vəzifədə irəli çəkilmək üçün ən etibarlı adamlardır.Uğura gedən yol onların yoludur.Düzdür,bəzən sentimentallıq özünü göstərir və insani hisslərin qulu olub,sizə qazılan quyuları görmür,bədxahların güdazına gedirsiz.Hiyləgərcəsinə planlar qurmaq sizlik deyil.

    Saat 10.00-12.00 arasə dünyaya gələnlər:

    İdarəedici planet Yupiter.Həyatınızı yeni macəralar və sərgüzəşlərsiz təsəvvür etmirsiz.Yeni tanışlıqlar və səyahət sizə hava kimi lazımdır.Bir peşədə qalmırsız,həm sevgililərinizi,həm də dostlarınızı tez-tez dəyişirsiz.Əcnəbi və ya məşhur bir insanla ailə qurmaq ən ali arzunuzdur.Həyatınızı kökündən dəyişəcək riskli addıma belə hazırsız,baxmayaraq ki,bu təhlükəli ola bilər.Dinamik insan olduğunuzdan həyata oyun kimi baxır,çox şeyi adi qarşılayırsız.Bəzən özünüzü tənzimləməyə və yersiz hərəkətlərdən qaça bilmirsiz.


    Siz saat 12.00-14.00 arası doğulmusunuz:

    Sizi Merkuriy idarə edir.Çətin anlarınızda kimdənsə aman diləməyi ağlınızdan belə keçirtmirsiniz.Siz tükənməyən sevinc və xoşbəxtlik çeşməsi kimi insanları özünüzə cəlb edirsiniz.Amma çox vaxt sizin qarşınıza çıxan insanlar yalançı və hiyləgər olurlar.Lakin siz insanları ovsunlamağı bacarırısınız.

    Saat 14.00-16.00arası doğulmusuz:

    Sizi Pluton idarə edir.”Pluton uşaqları”sakitliyi,xarakter möhkəmliyi,dözümü ilə seçilir.Əgər başqa insanları uğursuzluq və kasadlıq qorxudursa,həyat çətinlikləri mənən sındırırsa,bu hadisələr sizə yalnız toxunub keçir və heç bir psixoloji təzyiq göstərmir.Eniş-yoxuş,uçuş-eniş sizin üçün normaldır.Sizin kimi iddialı,ehtiraslı və dəyanətli insanlar günlərini boş-boşuna keçirməməli,böyük məqsədlər ətrafında düşünməlidir.

    Saat 16.00-18.00 arası dünyaya gələnlər:

    Veneranın hakimiyyəti altındadılar.Məhəbbət planeti Veneradan yalnız incə hisslər,sevgi duyğuları və sevib-sevilmək,ailə qurmaq arzuları qazanmısız.Həyatınız boyu ikinci yarınızı axtarır,bu yolda sınaqlara tuş gəlir və xoşbəxt nigah eşqi ilə alışıb-yanırsız.Ona görə də sizi ya erkən nigah,ya da ömürlük tənhalıq qisməti gözləyə bilər.Çünki ideal sevgili arzusuna qapılıb,real namizədlərin hərəsində bir nöqsan tapıb,yolunuzdan kənarlaşdırırsız.Məhəbbətdə bəxtiniz gətirməyəndə tez ruhdan düşürsüz.Sizin obrazınızı təhlükələri görüb,ondan qaçmaq üçün yollar axtarmağa qadir ağıl və rahat ünsiyyət qurmaq bacarığı tamamlayır.

    Saat 18.00-20.00ərəfəsində dünyaya gəlmisizsə:

    Sizi Merkuriy idarə edir.Çox çeviksiz,həm özünüzü,həm də ətrafdakıları idarə edirsiz.Dəfələrlə çətin vəziiyyətdən ziyansız çıxmısız.Mənən güclüsüz,ruh düşkünlüyünə nadir halda qapılırsız.Düzdür,bəzən tənbəlliyiniz özünü büruzə verir və siz ən son məqamda ayılırsız.Bəzənsə çıxılmaz vəziyyəti özünüz yaradırsız.Yaxşı olar ki,başqalarının istəyini öz ambisiyalarınızdan östön tutmayasız,yoxsa sizdən istifadə edəcəklər.Çalışın,ətrafınıza etibarlı adamlar cəmləyəsiz.

    Saat 20.00-22.00ərəfəsində doğulmusuzsa:

    Sizi nurlu Günəş idarə edir.Romantik naturanız yalnız sevgi hissləri ilə yoğrulub.Çılğın eşq olmadan həyatınızı ,hətta adi gününüzü belə təsəvvür etmirsiz.Məhəbbət macəraları sizin bütün gücünüzü alır.Qayğısız həyata meyilli olmağınız simanızdan bəllidir.Çətin və əzablı peşələri sevmirsiz.Hər yerdə Günəş kimi parlamaq və diqqət mərkəzində olmaq üçün əlinizdən gələni edirsiz.Ona görə sizdən əla səhnə adamı çıxar.Kütlə içində,minlərlə baxışı öz üzərinizdə hiss edəndə sanki suda olan balıq təəssüratı bağışlayırsız.Asanlıqla münasibıt qurur,xüsusən uşaqlar və heyvanlarla tez dil tapırsız.

    Siz saat 22.00-24.00 arası doğulmusuz:

    Sizi Ay idarə edir.Fəlsəfi ruha malik,çox düşüncəli və romantik birisiz.Həyat enerjiniz aşıb-daşır,ancaq bu enrji sizin özünüzdə rahatlıq və xoşbəxtlik gətirmir.Sizə elə gəlir ki,hansısa təhlükə altındasız,kimsə bu dəqiqə qəlbinizi qıracaq.Daxili harmoniya axtarışında olmaq və yalnız ruhi aləmlə maraqlanmaq sizi karyera uğurundan xeyli uzaq salır.Ona görə bu saatda doğulanlar missiyalarını 35 yaşından sonra tam dərk edir və müəyyən uğurlara imza atır.Amma sevgidə bəxtiniz gətirir,çünki qarşı tərəflə sizi möhkəm könül telləri və romantika bağlayır
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Hansı saatda doğulmusan?

    ooooo tesekkurler

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Hansı saatda doğulmusan?

    TŞK ABİ,AMA TAM DA ELE DEĞİLİM

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Hansı saatda doğulmusan?

    Siz saat 8.00-10.00 arası dünyaya gəlmisiz.

    Sizi Saturn laneti idarə edir.Özünəinamınız o qədər genişdir ki....Dəmir qayda-qanun və çox ciddi həyati prinsiplər.Siz heç vaxt gözlənilməz addım atıb peşman olmamısız,ağlınızı hisslərinizə qurban verməmisiz.Bu baxımdan siyasət və diplomatiyaya üz tutsanız,uğur qazanarsız.”Saturn övladları” çox qürurlu və əlçatmaz olduqlarına görə məzəmmət olunsalar da,onlar vəzifədə irəli çəkilmək üçün ən etibarlı adamlardır.Uğura gedən yol onların yoludur.Düzdür,bəzən sentimentallıq özünü göstərir və insani hisslərin qulu olub,sizə qazılan quyuları görmür,bədxahların güdazına gedirsiz.Hiyləgərcəsinə planlar qurmaq sizlik deyil.

    mene hemise anam deyirdi ki saat 8 .30 da doqulmusan

    cox duz buyrulub .

  5. #5
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Hansı saatda doğulmusan?

    Siz səhərə yaxın saat 4.00-6.00 arası doğulmusuz:

    Planetiniz Mars.Odlu-alovlu Mars elə ddoğuluşdan sizə güclü liderlik qabiliyyəti bəxş edir.Ona görə həyatda həm işdə,həm evdə rəhbərlik etməyə meyilli olursuz.Belə adamları vəzifə kürsüsü gözləyir.Əgər bu baş verməsə,deməli,özünüzü polis və ya hərbi sistemdə sınamalısınız.Sizdən hərəkətləriniz və qərarlarınız barədə hesabat verməyinizi tələb etmək yersizdir,onsuz da heç kimin sözünə qulaq asmayacaqsınız.Hərdən ünvanınıza eşitdiyiniz tənqidlərin bir səbəbi var:özünüzdən çox razısınız.Öz uğurlarınızdan danışanda arabir güzgüyə baxın,görün necə də lovğa,hətta gopçu təsiti bağışlayırsınız.

    demek ozumu sistemde sinamaliyam.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  6. #6
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Hansı saatda doğulmusan?

    Saat 20.00-22.00ərəfəsində doğulmusuzsa:

    Sizi nurlu Günəş idarə edir.Romantik naturanız yalnız sevgi hissləri ilə yoğrulub.Çılğın eşq olmadan həyatınızı ,hətta adi gününüzü belə təsəvvür etmirsiz.Məhəbbət macəraları sizin bütün gücünüzü alır.Qayğısız həyata meyilli olmağınız simanızdan bəllidir.Çətin və əzablı peşələri sevmirsiz.Hər yerdə Günəş kimi parlamaq və diqqət mərkəzində olmaq üçün əlinizdən gələni edirsiz.Ona görə sizdən əla səhnə adamı çıxar.Kütlə içində,minlərlə baxışı öz üzərinizdə hiss edəndə sanki suda olan balıq təəssüratı bağışlayırsız.Asanlıqla münasibıt qurur,xüsusən uşaqlar və heyvanlarla tez dil tapırsız.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.