2 sonuçtan 1 ile 2 arası

Doğuldum... Yaşadım... Öldüm...

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Doğuldum... Yaşadım... Öldüm...

    Qaranlıq üstümə gəlir. İndi başa düşürəm. Kəfən yalnız dirilər üçün ağdı.
    Dar məzarda qiyamətə kimi qalacam deyəsən. Bunu hansısa kitabdan oxumuşdum. İndi heç nə yadıma gəlmir. Bütün həyatımı fikirləşirəm. Görəsən günahlarım çox olub?! Necə də mənasız həyat yaşamışam.

    Doğuldum - Ciyərlərimə havanın dolması üçün ağladım.

    1 yaşımda - mənə süd vermələri üçün ağladım.

    4 yaşımda - ən çox məni sevmələri üçün ağladım.

    6 yaşımda - məni məktəbə qoydular. ətrafımdakıları tanımadığım üçün ağladım.

    10 yaşımda - ilk “2”mi almışdım. Hamının içində ağladım.

    16 yaşımda - ilk sevgimi tapdım. Mənə xəyanət etdiyi üçün ağladım.

    18 yaşımda - universitetə girə bilmədim. Utandığım üçün ağladım.

    21 yaşımda - evləndim. Anamdan ayrılacağım üçün ağladım.

    31 yaşımda - mənə iftira atdılar. Yaxınlarım inandığı üçün ağladım.

    38 yaşımda- valideynlərim avtomobil qəzasında vəfat etdi.” Niyə mən?” deyib günlərcə ağladım.

    45 yaşımda - yeganə övladım evdən qaçdı. Çəkdiyim əziyyətlərə görə ağladım.

    55 yaşımda - həyat yoldaşım xərçəngdən vəfat etdi. İlk dəfə özümü tək hiss etdiyim üçün ağladım.

    63 yaşımda - qocalar evində özümü asdım. Mənə görə ağlayacaq heç kəsin olmadığına görə ağladım..
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Doğuldum... Yaşadım... Öldüm...

    bele baxanda bizler doqrudan da menasiz heyat yasayiriq .hec neye deyer vere bilmirik ,hec neyi qiymetlendire bilmirik ,ancaq neyise itirdikden sonra cox heyfisenirik,halbu ki , her seyi deyismek doqru ,duzgun yol ile getmek bizim ozumuzden asilidir. amma niyese bizler suyun axari ile yox, onun eksi ile gedirik ve sonrada deyirik ki, ne menasiz heyat surmusem ?

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.