8 sonuçtan 1 ile 8 arası

Allergiyadan necə xilas olmalı

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Apr 2009
    Yer
    Azərbaycan,Odlar Yurdu Bakı
    Mesajlar
    668

    Allergiyadan necə xilas olmalı

    Çoxları belə hesab edir ki, kosmetikaya qarşı allergiya ancaq dərisi həssas qadınların problemidir. Əslində isə heç kim bu xoşagəlməz haldan sığortalanmayıb. Bu problem həmişə mövcud olub. Son vaxtlar isə daha geniş yayılıb. Kosmetik məhsulların keyfiyyət dərəcəsinin daim yoxlanılmasına və nəzarətdə saxlanılmasına baxmayaraq, yeni işləmlər, aktiv elementlərin əlavəsi dərinin kosmetikaya qarşı xoşagəlməz reaksiyası riskini bir qədər də artırıb.
    Bu gün kosmetik vasitələr xarici görünüşün yaxşılaşmasına yönəlmiş kompleks qulluğun ayrılmaz hissəsidir və istənilən insan onun hansısa növündən mütləq istifadə edir. Ancaq təəssüf ki, gözəlliyin qayğısına qalmaq niyyətilə görülən tədbirlər bəzən elə nəticələr doğurur ki, onları gözəllik salonunda belə aradan qaldırmaq mümkün olmur. Bu zaman üz tuta biləcəyimiz yeganə ünvan həkim kabinetidir. Dəriyə uyğun olmayan kosmetik vasitələrin istifadəsi nəticəsində əmələ gələn allergiyalardan ən geniş yayılanları sadə kontakt dermatiti, kontakt-allergik dermatit və dərinin fotosesinbilizasiyasıdır. Ümumiyyətlə, bu sadalanan dəri reaksiyaları prinsip etibarilə bir-birilərindən fərqlənmir. Az da olsa qızartı, qabarıq şiş də allergiyanın əlamətləridir. O, adətən, qaşınma, bəzən isə ağrı ilə müşayiət olunur. Sadə kontakt dermatiti zamanı xəstəliyin əlaməti həmin anda, kontakt-allergik dermatit zamanı isə təkrar istifadədən 12-48 saat sonra özünü göstərir. Fotosesinbilizasiyanın əlamətləri günəş şüalarının təsiri zamanı üzə çıxır. Bu zaman səpkilər dərinin açıq olan hissələrində daha çox olur. Bəs bu cür reaksiyaları doğuran nədir? Allergiyaya keyfiyyətsiz kosmetikadan başqa, həm də orqanizmin qida rasionundakı hər hansı bir ərzaq növünə qarşı həssaslığı səbəb ola bilər. Dərini ən çox qıcıqlandıran maddələr sabunun, yaxud digər təmizləyici vasitələrin tərkibindəki qələvilər və pillinq məhsulları, təmizləyici kremlərin tərkibinə daxil olan turşulardır.
    Həssaslığı yüksək olan dərilər üçün allergiya təhlükəsi hər an gözlənilir. Dermatitlər, demək olar ki, bütün kosmetikaların tərkibinə daxil olan maddələrin təsirilə meydana çıxa bilər. Kosmetika istehsalında istifadə edilən kimyəvi xammallar, əsasən, səthi aktiv maddələr kontakt dermatitinə səbəb olur. Bu maddələrin orqanizmdə toplanma xüsusiyyəti onlarla daim təmasda olan peşə sahiblərində - cərrahlarda, bərbərlərdə allergiya ehtimalını artırır. Bəzi insanlarda hətta zülallara, vitaminlərə və konservantlara qarşı da allergiya olur. Bu insanlar üçün dırnaq və saç boyaları, depilyasiya, saçların kimyəvi yolla burulması üçün nəzərdə tutulan maddələr də zərərlidir. Dodaq boyası, tuş, göz kölgəsi, layner, dezodarant, krem kimi kosmetik vasitələrin tərkibində də bu maddələrin olması həssas dərili qadınlar üçün həqiqətən də faciədir.
    Belə hallarda birbaşa kosmetika istehsalçılarını günahlandırmaq lazım deyil. Dermatitin əmələ gəlməsi kosmetikanın keyfiyyətsiz olmasından çox, bədənin immun sisteminin zəif olmasına işarədir. Bu gün tərkibində bioloji aktiv maddə olmasına baxmayaraq, ümumiyyətlə, allergiya yaratmaq ehtimalı olmayan məhsul tapmaq mümkün deyil. Adətən, kosmetikanın istifadəsindən sonra meydana çıxan fotosensibilizasiya, qeyd etdiyimiz kimi, dərinin günəş şüalarına qarşı həssaslığı nəticəsində əmələ gəlir. Məsələ bundadır ki, kosmetika istehsalında ən çox istifadə olunan efir yağlarının (berqamot, limon, portağal yağları) tərkibinə daxil olan kumarin maddəsi də məhz günəş şüalarına qarşı həssasdır. Bu tip allergiya bəzən maskalardan və ağardıcı maddələrdən istifadə zamanı da meydana çıxır. Buna görə də məhsuldan istifadə etməzdən öncə onun tərkibi ilə diqqətlə tanış olmaq və əks təsirləri yadda saxlamaq lazımdır.
    Vaxtı keçmiş məhsullardan istifadə edərkən əmələ gələn allergiyaları xüsusi qeyd etmək lazımdır. Ən bahalı və keyfiyyətli kosmetikalar belə uzun müddət saxlanıldıqda onların tərkibində dermatitə səbəb olacaq maddələr əmələ gəlir. Üstəlik, istifadə zamanı kosmetik maddələrin tərkibinə bakteriyalar da daxil olur ki, onlar da bir müddət sonra məhsulun tərkibini korlayır. Buna görə də çoxdan istifadə etdiyiniz məhsulun qəfildən alergiyaya səbəb olması sizi narahat etməsin. Yaxşısı budur ki, onun istifadə müddətinə bir də nəzər salasınız.

    Bes ne etmeli?

    Doğrudur, allergiya qətiyyən xoşagələn bir şey deyil, amma bundan ehtiyatlanaraq, özünüzü kosmetikadan məhrum etməyiniz qorxaqlıq olardı. Sadəcə, orqanizminizə qarşı diqqətli olmaq və təhlükəsizlik qaydalarına riayət etməyiniz kifayətdir. İstənilən xəstəliyin qarşısını almaq daha asandır, nəinki onu müalicə etmək. Buna görə də allergiya problemi olan insanlar kosmetika seçərkən mütəxəssis məsləhətlərinə əməl etməlidirlər:
    * Kəskin allergiya və ya hansısa bir dəri xəstəliyindən əzab çəkən insanlar kosmetika seçməzdən əvvəl dermotoloqa müraciət etməlidir.
    * Yeni məhsullardan orqanizmin qoruyucu funksiyaları zəifləyərkən xüsusilə ehtiyatla istifadə etmək lazımdır (yorğunluq, stress, infeksiya, xroniki xəstəliklərin güclənməsi zamanı).
    * Yeni məhsuldan istifadə etməzdən əvvəl onu biləyinizə çəkin. Əgər iki saat sonra heç bir səpki, qızartı yaratmazsa, deməli, məhsul sizin dərinizə uyğundur və heç bir allergik təsiri yoxdur.
    * Saxlanılma müddəti uzun olan kosmetik vasitələri gec-gec istifadə edin.
    * Həddindən artıq çox ətirlənmiş kosmetikadan istifadə etməyin.
    * Yüksək səviyyəli kosmetik vasitələrdən istifadə zamanı onların tərkibindəki bioloji aktiv maddələri və buna uyğun olaraq allergiya riskini nəzərə alın.
    * Qutunun üstündə qeyd olunmuş saxlama müddətinə mütləq diqqət yetirin.
    * Hətta hipoalergen kosmetik vasitələrin istifadəsi zamanı belə ehtiyatı əldən verməyin. Çünki onların da tərkibində allergiya doğuracaq maddələr var.
    * Spirtdən və dərini yağdan təmizləyən başqa maddələrdən uzaq olun. Onlar dərini qurudur və qıcıqlandırır.
    * Fotosensibilizasiyayla qarşılaşmamaq üçün günəşin aktiv olduğu mart-sentyabr aylarında küçəyə çıxmazdan əvvəl dəriyə krem, lasyon, yaxud tonik çəkməyin. Bəs əgər allergik reaksiya artıq əmələ gəlibsə, onda nə etmək lazımdır? Əgər allergiyanı konkret hansı maddənin yaratdığını dəqiq bilirsinizsə, onda ləngimədən məhsulun qalıqlarını dəridən təmizləmək və bu hissələri bol su ilə yumaq lazımdır. Lakin allergiya, adətən, gözlənilmədən əmələ gəlir və onun nəyə qarşı oduğunu müəyyənləşdirmək çətinlik törədir. Ona görə də bütün kosmetik vasitələri, hətta ətir və dezodrantı "aradan qaldırmaq", yəni yuyunmaq lazımdır. Bəzi hallarda hətta paltar yumaq üçün təmizləyici tozu da dəyişmək lazım gəlir. Öyrəşdiyiniz həyat tərzini dəyişmək çətin olsa belə, dermatitin simptomları tam aradan qalxana qədər (təxminən bir ay) gözləmək lazımdır. Müalicə üçün dermotoloqa müraciət etmək də pis olmazdı. Özünü müalicə çox vaxt daha pis nəticələrə səbəb olur və sonda yenə də əlac həkimə qalır. Diaqnozun dəqiqliyinə əmin olmaq üçün applikasyon yoxlama testi keçirilir. Bu zaman təkcə ümumi maddələr yox, xəstənin istifadə etdiyi kosmetika, hətta şotkalar da yoxlanılır. Təbii ki, bir vasitəyə qarşı allergiya əmələ gəlibsə, üstündən nə qədər vaxt keçsə də, ondan daha istifadə etmək lazım deyil.
    Xarici görünüşə diqqət yetirmək vacibdir. Təbii ki, bu, kosmetikasız mümkün deyil. Odur ki, hər şeydən əvvəl özünüzü sevin. Kremin effektinin zəif olması o qədər də böyük faciə deyil. Faciə onun dərini korlamasıdır!
    ♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
    ♥----==-♥°° ♥°°♥montin♥°°♥°°♥suzi333♥°° ♥°°-===----♥
    ♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Allergiyadan necə xilas olmalı

    meslehetin için saol,ama menim geder allergiyalı insan her halda dünyaya az geler o geder seye allergiyam varki,say say bitmez,ona görede çox dikkatli davranıram.

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Apr 2009
    Yer
    Azərbaycan,Odlar Yurdu Bakı
    Mesajlar
    668

    Re: Allergiyadan necə xilas olmalı

    duz diyirsen cunki birine men sahid olmusam
    ♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
    ♥----==-♥°° ♥°°♥montin♥°°♥°°♥suzi333♥°° ♥°°-===----♥
    ♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥

  4. #4
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Allergiyadan necə xilas olmalı

    Alıntı montin490 Nickli Üyeden Alıntı
    duz diyirsen cunki birine men sahid olmusam
    gara biber

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Apr 2009
    Yer
    Azərbaycan,Odlar Yurdu Bakı
    Mesajlar
    668

    Re: Allergiyadan necə xilas olmalı

    aha yadimdan cixmaz her defe dusunurem onsuzda , hemde yadimda qalsin birde olmasin diye
    ♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
    ♥----==-♥°° ♥°°♥montin♥°°♥°°♥suzi333♥°° ♥°°-===----♥
    ♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Allergiyadan necə xilas olmalı

    bu gunku halimde menim her seyden raziyam belke basqa vaxt deyerdim

  7. #7
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Allergiyadan necə xilas olmalı

    offffffff alerqiyadan hec danuışmayaq.Cox pis şeydi. Hec müaliceside yoxdu.kecen defe men istanbulda hekime getdim.Derdimi danişdim.Hekim gel test edek dedi.Düz 30 dene prob qoydu. hamisi qıp qıpmızı oldu. 10 günden sora dirde tekrar eledik yene hemen şey.Hekim ne dedi bilirmisiniz? Buların hec birinden istifade etmiyin Güya men bilmirdim da.. boş yere o qeder pul verdim
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  8. #8
    Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    59

    Re: Allergiyadan necə xilas olmalı

    chox shukur shikayetim yoxdu!
    Həyat gözəldi!!!
    Həyatda nə baş verirsə yaxşılığa doğru baş verir.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.