Filmdə Zibeydə xanım, həyat yoldaşı Əli Rıza əfəndi, oğlu Mustafa Kamal və digər övladlarının həyatından bəhs ediləcək
Türkiyə cumhuruyyətinin qurucusu Mustafa Kamal Atatürkün anası Zibeydə xanımın həyatı barədə bədii film çəkiləcək. “ANS PRESS”in məlumatına görə, ssenarisi başa çatmaq üzrə olan filmdə Zibeydə xanım, həyat yoldaşı Əli Rıza əfəndi, oğlu Mustafa Kamal və digər övladlarının həyatından bəhs ediləcək. Filmin ideya müəllifi Serpil Öztürk, bir türk qadını olan Zibeydə xanımın həyatının film vasitəsilə dünyaya çatdırılmasının özü üçün vəzifə olduğunu deyib və bunun məsuliyyətli iş olduğunu vurğulayıb. Serpil Öztürk filmin başa çatması üçün dövlət sektorundan və özəl sektordan maddi dəstək gözlədiyini də bildirib.