Sayfa 3/16 İlkİlk 1234513 ... SonSon
158 sonuçtan 21 ile 30 arası

Son xeberler

  1. #21
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Xəzər regionunda “Şərq-Qərb” nəqliyyat dəhlizinin inkişafı çərçivəsində ötən il strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin tikintisi üzrə ciddi praktiki tədbirlər həyata keçirilib.
    Azərbaycanın diaspor təşkilatlarının təşkilatlanması ilə bağlı iş davam etdirilib. Bununla bağlı Bakıda Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərlərinin birinci forumu və türk dövlət və icmalarının 11-ci toplantısı keçirilib.
    Ötən il Azərbaycan Almaniya, Gürcüstan, Misir, İordaniya, Qazaxıstan, Koreya Respublikası, Litva, Rusiya, Rumıniya, Tacikistan, Fransa və İsveçrə ilə ikitərəfli əlaqələrin inkişafına xidmət edən ən yüksək səviyyəli səfərlər olub. Azərbaycanın xarici siyasət idarəsinin rəhbərliyi səviyyəsində dünyanın müxtəlif ölkələrində aparılmış danışıqlar, müxtəlif səviyyələrdə çoxsaylı qarşılıqlı səfərlər, birgə hökumətlərarası komissiyaların və işçi qruplarının iclasları, o cümlədən qonşu dövlətlərlə sərhədlərin delimitasiyası məsələləri, eyni zamanda müqavilə-hüquq bazasının genişləndirilməsi ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini təmin edilib. Ötən il ərzində Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin razılaşdırılması ilə bağlı danışıqlar prosesi davam etdirilib, Tehranda yüksək səviyyədə Xəzəryanı dövlət başçılarının ikinci zirvə sammiti keçirilmiş və yekunda bəyannamə qəbul olunub.
    Yola saldığımız ildə Azərbaycanın Qətər, Qırğızıstan, Litva, Niderland, Tacikistan, Çexiya və İsveçdə səfirlikləri, Kuba və Meksikada isə ofisləri açılıb. Eyni zamanda, Belçika, İordaniya, Qətər, Kuba, Litva və İsveçrə Azərbaycanda diplomatik nümayəndəlikləri fəaliyyətə başlayıb.

  2. #22
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Beynəlxalq Şahmat Federasiyası 2008-ci ilin ilk reytinq cədvəlini açıqlayıb. agentliyinin məlumatına görə, planetin ən güclü 100 kişi qrossmeysterinin siyahısına sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya, 2799 xal) başçılıq edir. Hesabında eyni xal olan hazırkı dünya çempionu Vişvanatan Anand (Hindistan) oktyabrda yüksəldiyi zirvəni ikinci yerlə dəyişib.

    Azərbaycan milli komandasının üzvlərinin mövqeyində də dəyişiklik baş verib. Üç ay əvvəlki siyahıda 7-ci olan Şəhriyar Məmmədyarov 2760 xalla 6-cı sıraya yüksəlib. Teymur Rəcəbov əksinə dörd pillə geriləyib. 20 yaşlı şahmatçımız 2735 xalla 12-ci sırada qərarlaşıb. Hesabında 2665 xal olan və iki pillə geriləyən Vüqar Həşimov 49-cu yeri tutub. Ötən aylarda olduğu kimi, bu dəfə də ən güclü 50 qadın qrossmeysterin siyahısında həmyerlilərimiz yer almayıblar. Ən güclü 20 gənc şahmatçının sıralamasında Rauf Məmmədov 2583 xalla 11-ci, ilk dəfə adı siyahıya salınan Türkan Məmmədyarova 2313 xalla 18-ci pillədədir. Oktyabrda açıqlanan siyahıda 9-cu olan milli komandamız (2609 xal) isə bir pillə geriləyib. Yığmaların reytinq cədvəlinə 2721 xalla yenə Rusiya başçılıq edir.

  3. #23
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Azərbaycanın 2008-ci ilin tədiyyə balansında cari hesab üzrə profisitin bu ilə nisbətən 2 dəfə artaraq 14 mlrd. ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Azərbaycan Mili Bankından (AMB) verilən məlumata görə, növbəti ildə iqtisadi artım tempinin yüksək qalaraq 18% təşkil edəcəyi, qeyri-neft sektorunun isə əvvəlki illərdə formalaşmış dayanıqlı templə (8%) inkişaf edəcəyi gözlənilir.

    Həmçinin, qeyri-neft sektoruna bank sistemi vasitəsi ilə xarici investisiyaların axının güclənməsi ilə əlaqədar olaraq kapital hesabının kəsirinin azalması proqnozlaşdırılır. Nəticədə, strateji valyuta ehtiyatları artaraq 19 mlrd. dollara çatacaq.
    AMB-dən bildirilib ki, növbəti ildə inflyasiyanın ölkənin sosial-iqtisadi və büdcə proqnozunda nəzərdə tutulmuş kritik maksimal səviyyədə, yəni, 12-13% səviyyəsində saxlanılması üçün AMB və hökumət tərəfindən fəal antiinflyasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Mərkəzi bank əvvəlki illərdə olduğu kimi 2008-ci ildə də pul kütləsinin artımını optimal səviyyədə saxlamaq məqsədi ilə özünün qısamüddətli notlarından istifadə etməklə aktiv təkrar sterilizasiya əməliyyatlarını həyata keçirəcək: «Qəbul edilmiş makroiqtisadi çərçivə və ölkənin xarici investisiyalar üçün cəlbediciliyinin artması növbəti ildə də manatın məzənnəsinin möhkəmlənməsi ilə bağlı təzyiqlərin davam edəcəyini gözləməyə əsas verir». Məzənnə siyasətinin tətbiqi mexanizminin təkmilləşdirilməsi çərçivəsində manatın ABŞ dollarına qarşı məzənnəsinin dəyişməsinin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçilməsi nəzərdə tutulub. Məzənnə sabitliyini qorumaq üçün AMB-nin aparacağı aktiv müdaxilə əməliyyatları növbəti ildə valyuta ehtiyatlarının sürətli artımını şərtləndirəcək. Qloballaşan riskləri nəzərə alaraq 2008-ci ildə AMB-nin fəaliyyət strategiyasında maliyyə sabitliyinin qorunması məsələsi əsas hədəflərdən biri olacaq.
    Bəyanatda həmçinin, bildirilib ki, növbəti ildə beynəlxalq maliyyə bazarlarında gedən proseslər nəzərə alınmaqla ipoteka sisteminin təkmilləşdirilməsi istiqamətində də işlər davam etdiriləcək. Yığım ipoteka modelinin tətbiqi əhalinin sərbəst vəsaitlərinin bank sisteminə cəlb olunması vasitəsi ilə ipoteka kreditləri mexanizmlərinin inkişafını təmin edəcək. Maliyyə infrastrukturunun inkişafına dəstək məqsədi ilə AMB hüquqi bazanın təkmilləşdirilməsi, o cümlədən ipoteka krediti sistemində kommersiya təhlükəsizliyi modelinin tətbiqi üçün hüquqi bazanın yaradılması, bank sistemində istehlakçıların hüquqlarının müdafiəsinə yönəlmiş qanunvericiliyin möhkəmləndirilməsi, bank nəzarətinin normativ-metodoloji bazasının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq təşəbbüsləri davam etdirmək niyyətindədir.

  4. #24
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    “2007-ci ildə qələbə sevinci də yaşadım, məğlubiyyət acısı da”. Bu sözləri açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Şahin Diniyev deyib. 41 yaşlı mütəxəssis bu il şəxsi həyatının uğurlu alındığını bildirib: “Ömrümüzdən daha bir il keçdi. 2008-ci ili ailə üzvlərimizlə, yaxınlarımızla birgə qarşılayırıq. Çox şükürlər olsun ki, başa çatmaqda olan ildə yaxınlar, tanışlar arasında itki olmadı”.

    Ş.Diniyev vurğulayıb ki, bu il məşqçi karyerasında uğurlarla yanaşı, müvəffəqiyyətsizliklər də baş verib: “Bu il futbol aləmində qazandıqlarım və itirdiklərim oldu. Təbii ki, mənim üçün 2007-ci ildə ən böyük uğur martda Finlandiya üzərində qazandığımız 1:0 hesablı qələbədir. Doğma divarlar arasında Serbiyaya məğlubiyyəti isə ən böyük uğursuzluq hesab edirəm”.
    Qeyd edək ki, Ş.Diniyev məhz oktyabrın 17-də Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Serbiya yığmasına 1:6 hesablı məğlubiyyətdən sonra milli komandanın baş məşqçi vəzifəsindən istefa verib.

  5. #25
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Nyu Yorkun Əmtəə Birjasının tarixində ilk dəfə bir barrel qara qızılın qiyməti 100 dolları keçib. APA-nın ABŞ bürosunun məlumatına görə, bu gün aparılan alqı-satqı vaxtı xam neftin qiyməti 100 dollarlıq psixoloji həddi keçsə də, günün sonuna qara qızılın qiyməti 99 dollar 62 sent dəyərində dayanıb.


    Mütəxəssislər qiymət artımının davam edəcəyini proqnozlaşdırırlar. Qara qızılın qiymətinin artımını təmin edən faktorlar arasında Nigeriya, İran və Pakistan ətrafında davam edən siyasi gərginlik qabardılır.
    Son hadisə neftə gündəlik ehtiyacı olan nəqliyyat şirkətlərinin səhmləri qiymətinin enməsinə səbəb olub. Belə ki, ABŞ üç əsas aviaşirkəti olan United Airlines, American Airlines və Deltanın səhmləri müvafiq olaraq 10, 5.2 və 7.4 faiz enib.
    Neftin qiymətinin artması ilə yanaşı qızılın qiyməti də son 30 ildə ən yüksək həddə çatıb. Bu gün Nyu York Əmtəə Birjasında qızılın bir unsiyasına (28.34 qramm) 860 dollar verilib.

  6. #26
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Antiinhisar Xidməti son günlər yerli KİV-də «Yeni il» güzəşt kampaniyaları və endirim aksiyaları barədə barədə yayımlanan reklam çarxları üzrə monitorinq keçirib.

    Nazirlikdən verilən məlumata görə, Xidmət əməkdaşlarının Bakıdakı «Parfume de France» firmasının mağaza şəbəkələrində alıcılara verilən 80%-lik endirim kampaniyası ilə bağlı apardığı araşdırmalar nəticəsində reklamın həqiqətə uyğun olmadığı aşkar edilib. Belə ki, həmin reklamın istehlakçıların çaşdırılmasına səbəb olduğu müəyyən olunub. Qeyd olunanlarla əlaqədar «Parfume de France» firması haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və hazırda araşdırma davam etdirilir.
    Antiinhisar Dövlət Xidməti əhalini belə reklam kampaniyalarına qarşı diqqətli olmağa çağırır və qarşılaşdığı qanunsuz hallar barədə Xidmətə müraciət etməyi tövsiyyə edir.

  7. #27
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu 2007-ci ilin yekunları ilə bağlı birgə məlumat yayıb. DİN-nin mətbuat xidmətindən daxil olan məlumata görə, bu il ərzində hüquq-mühafizə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, baş verən ağır və xüsusi ağır cinayətlərin açılması istiqamətində bir sıra uğurlu əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirib.


    Bu il oktyabrın 19-da Abşeron rayonunun Müşfiq qəsəbəsindəki “Abu-Petrol” yanacaqdoldurma məntəqəsinə silahlı basqın edən Qahir Zəkiyev, Hüseyn Ələkbərov, Daşqın Ağabalayev, Emin Ağayev və Əlvan Həsənov həbs edilib. Ədliyyə, daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə tədbirləri nəticəsində 17 il əvvəl törədilən qəsdən adamöldürmə cinayətinin üstü açılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində bu il dekabrın 19-da Bakı şəhəri Nardaran bağ massivindəki bağ evlərinin birində torpağa basdırılan 1924-cü il təvəllüdlü Bəhlul Ağaməmmədovun skeleti tapılıb. Hadisəni törədən Faiq Əhmədov həbs edilib. Polis və prokurorluq əməkdaşları 1997-ci ilin sentyabrında itkin düşmüş Şəki rayonunun Daşüz kənd sakini Zülfiyyə Abbasova və onun 7 yaşlı qızı Ülviyyə İsmayılovanın küt alətlə qətlə yetirən Ayaz Mürsəlovu həbs ediblər. Bu il noyabrın 20-də Səbayel rayonunda Vladimir Dmitriyevi qətlə yetirən İqor Qulamov, noyabrın 8-də Xaçmaz rayonu ərazisində keçən “Xanarxı” su kanalından meyiti tapılan İftixar Hümmətovu qətlə yetirən Fərman Şahmuradov, həyat yoldaşı Həbibə Zeynalova və onun ailə üzvlərini azyaşlı uşaqların gözü qarşısında qətlə yetirən Zaur Həziyev, martın 16-da Mədinə Kəlbiyevanı yaşadığı evdə öldürülən, nəvəsi Sevinc Şükürovaya isə ağır bədən xəsarəti yetirən rayon sakinləri Aybəniz Qasımova, Ramin Məmmədov həbs olunublar. Bundan əlavə, 2007-ci ildə Qazax rayonu Abbasbəyli kəndi yaxınlığında Rusiya vətəndaşları Dito Axveliidiani və Bidzina Mamestsaraşvilini qətlə yetirən Elşən Məmmədovla Emil Mustafayev, bir neçə gün əvvəl Qaradağ rayonunun Buta qəsəbəsində Qətibə Məmmədquliyeva və onun azyaşlı qızı Leyla Əcəmovanı qətlə yetirərək izi itirmək məqsədi ilə evə od vuran Şahin Hüseynov tutulublar. Hüquq-mühafizə orqanlarının son bir ayda həyata keçirdiyi birgə əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Bakı, Gəncə şəhərlərində və Abşeron yarımadasında çoxsaylı quldurluq, soyğunçuluq, mənzil və maşın oğurluqları törətmiş cinayət qrupları zərərsizləşdirib.

  8. #28
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Bu il Azərbaycanın nəqliyyat sektorunda əhəmiyyətli inkişaf baş verib. Həm yük, həm də sərnişin daşımaları artıb, bir sıra ölkə və regional əhəmiyyətli infrastruktur layihələrinin əsası qoyulub, istifadəyə verilib. Bunu 2007-ci ildə nəqliyyat sektorunda görülən işləri şərh edən Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov bildirib.

    S.Məmmədovun sözlərinə görə, bu il bütün növ nəqliyyat vasitələri ilə 161,9 mln. ton, əvvəlki ilə nisbətən 11,2% çox yük daşınıb. Yüklərin 27,6 mln. tonu dəmir yolu, 10,1 mln. tonu su, 78,6 mln. tonu avtomobil nəqliyyatı, 45,6 mln. tonu isə boru kəmərləri ilə daşınıb. Bundan başqa, 1 134 mln. nəfər sərnişin daşınıb ki, bunun 955,6 mln. nəfəri avtomobil, 6,8 mln. nəfəri dəmir yolu, 1,6 mln. nəfəri hava nəqliyyatının payına düşür.
    Bu ilin fevral ayında Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Asiya və Avropanı birləşdirəcək Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinə dair saziş imzalanıb və noyabr ayında yolun təməli qoyulub. Bundan başqa, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Ələt qəsəbəsinə köçürülməsi, Bakı şəhərində «Nəqliyyatın intellektual idarə edilməsi Sistemi»nin yaradılması ilə bağlı işlərə başlanılıb.
    «Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı»na uyğun olaraq, 2007-ci ildə 4 yol ötürücüsü və 4 piyada keçidi tikilərək istifadəyə verilib. Metronun «Məşədi Əzizbəyov» stansiyası dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qədər (14 km) avtomobil yolunda və uzunluğu 21,5 km olan «Bakı Dairəvi Yolu I», 6 zolaqlı Zığ-Binə və Bilgəh-Pirşağı layihələri üzrə tikinti işlərinə başlanılıb. Ümumi uzunluğu 43,9 km olan Xırdalan dairəvi avtomobil yolu təmir olunub. Bu il 651 km şəhər, rayon, kənd və qəsəbələrarası avtomobil yolu əsaslı və orta təmir edilib.
    S.Məmmədovun bildirdiyinə görə, magistral yol layihələrindən əlavə respublikanın 2500 km uzunluğunda rayonlararası yolları üzrə 52 layihənin texniki-iqtisadi əsaslandırılması və 547 km yol üçün 13 işçi layihəsi hazırlanıb.
    «Ümumilikdə 2007-ci il nəqliyyat sektorunda böyük irəlləyişlərlə yadda qalıb. Bu inkişaf növbəti illərdə də davam etdiriləcək. Hesab edirəm ki, növbəti illərdə daha böyük laiyhələrə start veriləcək», - deyə S.Məmmədov vurğulayıb.
    S.Məmmədovun sözlərinə görə, Nəqliyyat Nazirliyi tərəfindən 2008-2010-cu illəri əhatə edən Tədbirlər Planının layihəsi hazırlanaraq hökumətə təqdim edilib. Bu Tədbirlər Planına əsasən, Bakı şəhərində əlavə olaraq 11 yol qovşağı, 10 piyada keçidi və 13 çoxmərtəbəli avtomobil dayanacağının tikintisi nəzərdə tutulur.

  9. #29
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

    Azərbaycandan qonşu ölkəyə əvvəlki kimi axın yoxdur

    Azərbaycandan qonşu ölkəyə əvvəlki kimi axın yoxdur
    Rusiyada əmək miqrantlarına ayrılan kvota 2007-ci illə müqayisədə 3 dəfə azaldılıb

    Rusiyada əmək miqrantlarına ayrılan kvota 2007-ci illə müqayisədə 3 dəfə azaldılaraq 2 milyon nəfərə endirilib. Bu barədə Rusiya Federal Miqrasiya Xidməti məlumat yayıb.

    İri şəhərlərə, o cümlədən Moskva və Peterburqa ayrılan kvota isə 2 dəfə azaldılıb. Rəsmi şəxslər bunu miqrantların əksəriyyətinin qazancı yüksək olan Moskva və Peterburqa gəlməsi bu şəhərlərin isə onları qəbul etmək iqtidarında olmaması ilə əlaqələndirir.

    Rusiya Federal Miqrasiya Xidmətinin direktoru Konstantin Romodanovski Rusiyada əlavə əmək miqrantlarına ehtiyac yaranacağı təqdirdə, kvotaların 30 faiz artıralacağını istisna etməyib.

    Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva təşkilatının rəhbəri İlqar Hacıyevin fikrincə isə, kvotanın azaldılması Rusiyada işləyən azərbaycanlılar üçün problem yaratmayacaq. Çünki hazırda Rusiyada daimi və ya müvəqqəti qeydiyyata düşən soydaşlarımızın sayı xeyli artıb, Azərbaycandan isə qonşu ölkəyə əvvəlki kimi axın yoxdur: «Artıq bizi bu kvota narahat etmir, çünki vətəndə inkişaf gedir, iş yerləri açılır, sayı artır, ona görə qabaqkı kimi ajiotaj yoxdur, həm də Moskvada gəlmələrin axını yoxdur, ona görə demək istəyirəm ki, bizə heç cür təsir göstərmir, problem kimi hiss olunmur».

    İlqar Hacıyev həmçinin bildirib ki, Rusiyada azərbaycanlı miqrantlara böyük ehtiyac var. Bu həm azərbaycanlıların rusların psixologiyasını daha yaxşı bilməsi, həm də soydaşlarımızın savadlı, işini bilən kadrlar olması ilə izah edilir.

    İlqar Hacıyevin sözlərinə görə, artıq azərbaycanlılar Rusiyaya əvvəllər olduğu kimi fəhləlik və ya ticarət etməyə gəlmirlər. Azərbaycanlı əmək miqrantlarının əksəriyyəti qeyri-hökumət qurumlarında və iri kommersiya strukturlarında işləməyə üstünlük verirlər. Fəhlə və ticarətçi kimi Rusiyaya gələnlərin əksəriyyəti isə iri bizneslə məşğul olan azərbaycanlı iş adamlarının yanında işləyirlər.

    Qeyd edək ki, Federal Miqrasiya Xidmətinin məlumatına görə, 2007-ci ildə Rusiyada işləmək üçün müraciət edənlərin sayı 2,3 milyon nəfər olub. Qeyri-leqal miqrantların sayı isə təxminən 10-15 milyon nəfər təşkil edib. 2007-ci ildə qeyri-leqal çalışan miqrantlardan 3 milyad rubl cərimə tutulub. /ANS TV/

  10. #30
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

    Dünya bazarlarında qızılın qiyməti rekord həddə çatıb

    Bundan əvvəlki rekord göstərici isə 1980-ci il yanvarın 21-də qeydə alınıb

    Bu gün dünya bazarında qızılın qiyməti son 28 ildə ən yüksək həddə çatıb. Blumberq agentliyinin məlumatına görə, Nyu-York birjasında qızılın unsiyası və ya 31 qramı 872 dollar olub. Başqa sözlə qızılın unsiyası 28 dolları keçib.

    Xatırladaq ki, tarixdə qızılın rekord qiyməti 1980-ci ilin yanvarın 21-də qeydə alınıb. O vaxt qızılın unsiyası 875 dollara satılmışdı.

Sayfa 3/16 İlkİlk 1234513 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.