2 sonuçtan 1 ile 2 arası

Kosmosa uçan ilk insan xatırlandı

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Kosmosa uçan ilk insan xatırlandı


    Rusiyada tələbələr kosmosa yollanmış ilk insan Yuri Qaqarinin uçuşunun ildönümünü qeyd ediblər.

    1961-ci ilin aprelin 12-də "Soyuz" raketindəki "Vostok" modulu ilə kosmosa çıxarılmış 27 yaşlı Yuri Qaqarinin uçuşu cəmi 108 dəqiqə davam etsə də, həmin uçuş Sovet İttifaqının Qərbə, xüsusilə də ABŞ-a tərs silləsi oldu.

    Sibir Dövlət Aerokosmik Universitetinin tələbələri də Qaqarinin uçuşunun 50 illiyini əldəqayırma raketləri göyə buraxmaqla qeyd ediblər.
    Həmin raketlər arasında ən müxtəlif "uçuş vasitələri", o cümlədən gitara formasında olan raketlər vardı.

    "Vostok" kosmik gəmi-modulunun inşaatı və kosmosa buraxılmasına kurasiya etmiş Oleq İvanovskinin dediyinə görə, uçuşdan əvvəl çox narahat idilər.
    "Çəkisizlik şəraitində, kosmosda insanın ağlını itirdiyi, adekvat olmaması, rasional qərarlar qəbul etmək imkanını itirməsi ilə bağlı əndişələrimiz vardı. Amma Yuranın uçuşu yaxşı keçdi və bundan sonra insanın kosmosa "yol"u açıldı", - İvanovski deyib.

    Onun sözlərinə görə, layihənin baş konstruktoru Sergey Korolyovdan hamı çəkinir, eyni zamanda sevirdi.

    1960-cı ildə bir sıra uğursuz eksperimentlərdə 12 nəfərin həlak olmasından sonra qərara alınmışdı ki, Yuri Qaqarin kosmosdan qayıdarkən kapsulla yerə enmək əvəzinə, "Vostok" atmosfer qatının keçəndən sonra paraşütü açıb ensin.

    Yuri Qaqarinin kiçik qızı Qalina Qaqarina indi atasına həsr olunmuş muzeyə rəhbərlik etməklə yanaşı, Moskva Dövlət Universitetində iqtisadiyyatdan dərs deyir.
    [

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Kosmosa uçan ilk insan xatırlandı

    dünyanin o qeder sirleri var ki olari öyrenib qurtardiq qaldi kosmossss.. mence ilk evvel yerin sirlerini öyrenek sora marsa gederik
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.