2 sonuçtan 1 ile 2 arası

Netbuk alarkən nələrə diqqət etmək lazımdır?

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Netbuk alarkən nələrə diqqət etmək lazımdır?

    Netbuklar həcmcə noutbuklardan kiçik olan, daha sürətli və texnologiyanın ən sonuncu nailiyyətlərini özündə ehtiva edən yeni nəsil kompyuterlərdir. Bununla yanaşı, netbukların digər kompyuterlərə görə çatışmayan cəhətləri də mövcuddur. Mütəxəssislər netbuk alarkən bəzi nüanslar barədə tövsiyələr verirlər.

    1. Netbuk almazdan əvvəl ondan nə üçün istifadə edəcəyinizi özünüz üçün aydınlaşdırın. İnternetdə vaxt “öldürmək”, yoxsa hansısa mühüm əməliyyatları həyata keçirmək üçün sizə netbuk lazımdır? Bu suala cavab verdikdən sonra məsələnin əsas hissəsini həll olunmuş hesab etmək olar.

    2. Almağı düşündüyünüz netbukda hansı əməliyyat sisteminin mövcud olduğuna da fikir verin. “Andronid” və “Vindovs” (Windows) əməliyyat sistemlərinə malik netbuklar daha çox məsləhətlidir.

    3. Netbuklar video filmləri seyr etmək, oyun oynamaq, elektron poçt adresinə baxmaq, “Tvitter” və ya “Feysbuk”a daxil olmaqda istifadəçilərə daha çox üstünlüklər verir. Eyni zamanda daha çox səyahət edən insanların da netbuk almaları məsləhətdir.

    4. Hazırda yeni kompyuter bazarına təqdim olunan ikinüvəli “Andronid” əməliyyat sisteminə malik “Asus Fee Pad Slaydır” markalı netbuklar istifadəçilər tərəfindən daha çox rəğbətlə qarşılanır. Klaviaturası yığıla bilən bu netbuklar 1080 piksel video dəstəyinə malikdir.

    Netbukların çatışmayan cəhəti isə ondan ibarətdir ki, onlar vasitəsilə yalnız hər hansı informasiyanı oxumaq, videolara baxmaq və ya internetə girmək mümkündür. Bu da netbukları nisbətən passiv bir qurğu halına gətirir.


    16.03.2011


    ARİF KEYSAN

  2. #2
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Re: Netbuk alarkən nələrə diqqət etmək lazımdır?

    Netbuk


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.