[
Bu gün Azərbaycan dili və əlifbası günüdür. Azərbaycanda ilk dəfə latın qrafikalı əlifbadan istifadə 1918-ci ilə - Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Həmin dövrdən əvvəl rəsmi yazışmalar ərəb qrafikalı əski əlifba ilə həyata keçirilirdi. Sovet hakimiyyəti illərində də Azərbaycan əlifbasında dəyişiklər edilir və kiril qrafikasına keçilir.
1991-ci il, dekabrın 25-də Azərbaycan Ali Soveti latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması ilə bağlı qərar qəbul edir. Bunun tam rəsmi tətbiqinə 10 il sonra başlanılır və bütün çap məhsulları latın qrafikalı Azərbaycan əlifbası ilə nəşr olunur.