7 sonuçtan 1 ile 7 arası

İsrail KİV-i: "İsrail rüsvayçılıqdan çıxa bilmir"

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    İsrail KİV-i: "İsrail rüsvayçılıqdan çıxa bilmir"

    İsraillə Türkiyə arasındakı münasibətlər bizim ölkənin ikitərəfli əlaqədə olduğu ölkələrlə müqayisədə ən qədimidir”. Bu barədə İsrailin "Haaretz" qəzetinin yazarı Mohammed Salem öz məqaləsində qeyd edib. Müəllif iddia edir ki, yaxın zamanlara qədər strateji nöqteyi-nəzərdən Türkiyə ilə münasibətlər Misirlə münasibətlərdən az vacib deyildi.

    M.Salemə görə, bu problemlərin kökündə türk baş nazirin anti-İsrail bəyanatları durur. Bu bəyanatlar iki ölkə arasında qurulmuş sistemli, stabil münasibətlərin kəskin şəkildə pisləşməsinə səbəb olub. Bu gün İsrail cəmiyyətinin gözündə Türkiyə ən azı pisləniləsi və boykot ediləsi bir düşmən kimi görünür.
    Onu da qeyd etmək lazımdır ki, Misirdən fərqli olaraq, Türkiyə ötən on ildə İsraillə münasibətlərdə bütün səviyyələrdə aydın və dost əlaqələrinə sadiq qalıb. İsraillilər Türkiyəni qardaş ölkə hesab ediblər, iki ölkə arasında ticarət münasibətləri inkişaf edib, hərbi sahədəki münasibətlər xüsusilə çox ağıllı münasibətlər hesab edilirdi, iki ölkə rəsmilərinin bir-birinə səfərləri siyasi gündəmin ayrılmaz hissəsi idi. Türkiyənin Suriya ilə İsrail arasındakı danışıqlardakı rolu Qüds və Dəməşq probleminin yoluna qoyulmasında qarşılıqlı anlaşmaya gəlməyə dərindən kömək edib. Ən vacibi, İsraillə Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı heç zaman fikir ayrılığı olmayıb.
    Münasibətlərdəki dramatik dəyişiklik seçkilərdə Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının qələbəsi nəticəsində baş vermədi. Bu partiya 2002-ci ildən hakimiyyətdədir. Baxmayaraq ki, AKP-nin hakimiyyətə gələcəyi təqdirdə bəzi pessimist proqnozlar verilirdi, ancaq münasibətlər əvvəlki kimi qalırdı. Rəsmi olaraq münasibətlər onda qırıldı ki, İsrailin sabiq baş naziri Ehud Olmert Türkiyənin Qüds və Dəməşq arasındakı danışıqlarda vasitəçi olmasına və “Tökmə qurğuşun” əməliyyatının həyata keçirilməsində iştirakına etiraz etdi. Ərdoğanın İsraili tənqidi Avropa ölkələri və ABŞ-ın tənqidindən fərqlənir. Ərdoğanın tənqidi daha çox emosionallığı və açıqlığı ilə seçilir. Ərdoğan Qəzza zolağına İsrailin qoyduğu blokadanı qəbul etmir və bunun üçün heç bir səbəb də görmür. Eyni zamanda blokadanın mövcud olduğu dörd il ərzində İsrail də heç bir istəyinə nail ola bilməyib. Ərdoğanın birbaşa himayədarlığı ilə təşkil olunan “Azadlıq donanması” da Qəzzanın blokadasına etiraz etmənin davamı idi.
    İsrail bundan sonra da Türkiyənin arqumentlərini rədd edə, baş naziri təhqir edə, flotil iştirakçılarını “terrorçu” adlandıra bilər.
    Ancaq bu, İsraili gəmi olaylarına görə düşdüyü rüsvayçılıqdan çıxarmayacaq. Eyni zamanda İsraili bu duruma vətəndaşları həlak olmuş Türkiyə yox, İsrail özü salıb. Bu əməliyyat İsrailin dünyadakı statusuna böyük zərbə vurdu.
    İsrail bu gün öz yaxşı adı və statusu uğrunda mübarizə aparır. Bunun üçün isə ilk addım Türkiyə ilə, xüsusilə bu ölkənin baş naziri ilə münasibətlərin yoluna qoyulmasıdır, normallaşdırılmasıdır. Bunun üçün Qəzzanı blokadadan azad etmək və Türkiyənin regional problemlərin həllində iştirakına razılıq vermək kimi siyasi cəsarət lazımdır. Bunlar olmadan İsrail izolyasiya durumunda qalmaqda davam edəcək.
    Zaman daralır......

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Nov 2009
    Yer
    Naxçıvan
    Mesajlar
    546

    Re: İsrail KİV-i: "İsrail rüsvayçılıqdan çıxa bilmir"

    Müelumat üçün Tşk
    Dısımda kahkaLardan bi Suuret... İcimde Kan agLayan bi VeLet

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: İsrail KİV-i: "İsrail rüsvayçılıqdan çıxa bilmir"

    Əməyə eşq olsun. tesekkürlər mövzuya görə.

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: İsrail KİV-i: "İsrail rüsvayçılıqdan çıxa bilmir"

    Minnətdaram
    Zaman daralır......

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: İsrail KİV-i: "İsrail rüsvayçılıqdan çıxa bilmir"

    mövzu üçün tşk
    [

  6. #6
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: İsrail KİV-i: "İsrail rüsvayçılıqdan çıxa bilmir"

    xeber menbelerinden oxumushdum.

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: İsrail KİV-i: "İsrail rüsvayçılıqdan çıxa bilmir"

    ayyyy bu israile lanet olsunn sucsuz insanları ölduruyor baskasının topraklarını isqal edıyor oz halqı bilee hukumeti protesto ediyorr isgale son dıye yuruyusler yapıyor amma bu yaptıkları hechde yanlarına qalmayacak dua etsinler ekonomi yonunden bir itibarları var amma artıx o da olmuyacak turkıyede insallah cunku eskıye gore artıx insanlar boykot edıyor ve israil urunlerını fazla kullanmıyor mende elimden geldıgınce hukumet olarak insallah daha boyuk seyler yaparızz umud ediyorum movzu ucun sag ol
    HaKKım heLaL,Sewqim haRam oLsun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.