3 sonuçtan 1 ile 3 arası

Göy qurşağının hekayəsi

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Göy qurşağının hekayəsi


    Göy qurşağının hekayəsi...

    Dünyanın bütün rəngləri bir gün bir araya toplanmışlar və hansı rəngin ən önəmli ən gözəl olduğunu mübahisə etməyə başlamışlar:

    YaŞıL demiş ki:
    - “Əlbəttə ən önəmli rəng mənəm.. Mən həyatam və ümidin rəngiyəm..çəmənlər,ağaclar,yarpaqlar üçün seçilmişəm… Bir yer üzünə baxın, hər tərəf mənim rəngimlə örtülüdür…”

    MAVİ tez atılmış:

    - “Sən sadəcə yer üzünün rəngisən… bəs mən? Mən həm göy üzünün, həm dənizin rəngiyəm. Göy üzünün mavisi insanlara hüzür verir və hüzur olmadan siz heç bir işə yaramazsınız”

    SARI dillənir:

    - “Siz nə danışırsınız? Mən bu dünyaya istilik verən rəngəm..günəşin rəngiyəm.. mən olmasam soyuqdan donarsınız hamınız”

    Narıncı onun sözünü kəsir:

    - “Bəs mən?? Mən sağlıq rəngiyəm…insan yaşamı üçün gərəkli vitaminlər ancaq mənim rəngimdə tapılır..Portagalı, kökü düşünün.. Mən ortalarda görünən bir rəng olmaya bilərəm, amma günəş doğarkən və batarkən göy üzünə o gözəl rəngi verən də mənəm unutmayın”

    QIRMIZI daha dayana bilmir :

    - “Mən hamınızdan üstünəm!!! Mən qan rəngiyəm!! Qan olmadan həyat olarmı!! Mən təhlükə və cəsarətin rəngiyəm!!! Savaşın və atəşin rəngiyəm!! Eşqin və tutkunun rəngiyəm!.. Mənsiz bu dünya bomboş olar!..”

    BƏNÖVSƏYİ ayağa qalxmış və demis bu anda :
    - “Hamınızdan üstün mənəm.. mən gücün rəngiyəm. Bütün krallar, liderler məni seçmişlərdir.. Mən bilgəliyin rəngiyəm, insanlar məni sorgulamaz… Dinləyərlər”

    Və bütün rənglər beləcə bir ağızdan mübahisəyə tutuşmuşlar… hər biri digərinə “ən böyük mənəm” Deyərkən… Birdən şimşək çaxmış və yağmur damlaları göydən düşməyə başlamışdır…
    Bütün rənglər nəyə uğradıqlarını bilməyərək qorxuyla bir-birlərinə sarılmışlar…

    Və YAĞMUR’un səsi duyulmuşdur…

    - “Ay axmaq rənglər..bu mubahisənizin anlamı nədir, bu üstünlük davanız nəyə gərəkdir? Siz bilmirsinizmi ki hər biriniz fərqlı bir sey üçün yaradıldınız, bir-birinizdən fərqlisınız İndi əl ələ tutun və mənə dogru gəlin” Rənglər çox utanmışlar.. əl ələ tutuşub birlikdə göy üzünə havalanmışlar və bir yay səklini almışlar..
    Yağmur onlara “bundan sonara …” hər yagış yağdığında siz birləşib bir rəng halında göy üzündən yer üzünə uzanacaqsınız və insanlar sizi gördükcə huzur duyacaqlar, güc tapacaqlar..insanlara sabahlar üçün ümid olacaqsınız…..göy üzünü bir qurşaq kimi bürüyəcəksiniz və sizə G ÖY QURSAGI deyəcəklər..
    O vaxtdan yagışdan sonra göy üzündə GÖY QURŞAĞI yaranır…
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Göy qurşağının hekayəsi

    Maragli idi. twk

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Göy qurşağının hekayəsi


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.