Sayfa 2/3 İlkİlk 123 SonSon
22 sonuçtan 11 ile 20 arası

MARAQLI FAKTLAR

  1. #11
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: MARAQLI FAKTLAR

    Dünyanın ağırlığını bilənləriniz yəqin ki vardır. Ancaq mən yenə də xatırladım.

    Dünyanın ağırlığı: 6,588,000,000,000,000,000,000,000 tondur!!


    Bir qəhvənin qırx illik xətri var deyirlər adətən. Ancaq, bir qadın həyat yoldaşına qəhvə gətirməzsə bu boşanma səbəbi ola bilərmi?

    Səudiyyə Ərəbistanda ola bilər. Səudiyyə Ərəbistanın mədəni qanunlarına görə bir qadının həyat yoldaşı ondan qəhvə istəsə və qadın da ona qəhvə hazırlamazsa, bu boşanma iddiasının təməlini qoyur. Kişi 100 faizlik haqlı çıxır və boşanma iddiası reallaşır. Eh, nə deyəsən belələrinə, əslində gülməli səbəbdir...


    Qurbağaların zəhərli olanları, olduqca öldürücüdür. Ancaq bir damla qurbağa zəhərinin nə qədər zərərli olduğunu bilirsinizmi?

    Dünyadakı ən zəhərli canlılar arasında olan qurbağalar, bir zəhər damlası ilə təxminən 2200 adamı öldürə bilir. Bu olduqca böyük bir rəqəmdir. Ona görə hər qurbağaya əl vurmayın, ya da sığallamayın


    Futbolçuluq, insanların həmişə qibtə ilə baxdıqları bir peşədir. Yaxşı bu peşənin heç çətinlikləri yoxdurmu? Təbii ki var.

    Yorulmaq, stress, komanda oyunu uyğunlaşmasını bir kənara qoyaq hələ, futbolçuların irəlidə ciddi sağlamlıq problemləri ilə üzləşdiklərini bilirdinizmi? Bir top ən çox 450 qramdır. Futbolçu hər başı ilə top vuranda beynində 1000′dən çox hüceyrə ölür. Buna görə qismi sarsıntı və yaddaş problemləri futbolçularda rast gəlinir. Onsuz da çox ağıllı futbolçular görmürük stadionda. Bir futbolçunun kariyerasından sonra beyin şişi riski hardasa 60%-dir. Qazanılan pullarla da müalicə etdirə bilməzsiniz özünüzü. Hələ ürək problemlərini nəzərə almadım.


    İndoneziyada yaşayan və etnik bir qrup olan Torajanın maraqlı cəhətindən danışım. Bu insanlar, yaxın qohumları və ya ailədən biri öldüyü zaman, cəsədləriylə birlikdə aylarla yaşayırlar.

    Bu inanışlara görə Torajanlılar üçün ölüm çox əhəmiyyətli bir faktdır. Buna görə böyük bir pul və maddi qaynaq lazımdır. Belə ki ölən adam əvvəl ən gözəl paltarları ilə geydirilir və evin altında bir yerdə saxlanır. Daha sonra adamın heykəli hazırlanır. Bu əməliyyatların hamısı tamamlandıqdan sonra xüsusi olaraq təyin olunmuş bir məbədə, xüsusi bir tabutla qoyulur. Adamın heykəli isə məbədin girişinə, çölə baxacaq şəkildə yerləşdirilir. Bu, da o adamın hələ öz aralarında yaşayır mənasını daşıyır.


    Ağcaqanadlar, bizi bezdirən böcəklərdir. Bu böcəklər yazda görünməyə başlayırlar və gecələri sizi əsla unutmazlar. O "Vzzzzzzz" səsi artıq hamımızı hövsələdən çıxarır.

    Ağcaqanadlardan yalnız dişiləri insanları dişləyir və qanını əmir. Erkək olanlar bu işi etməz. Həm də insan ölümlərinin 80%-i ağcaqanadların üzündən olur. Sizi hər ağcaqanad dişlədiyində milyonlarla mikrobu qanınıza qarışdırır. Sizin əhəmiyyət vermədiyiniz bu hadisə, sonradan ölümünüzə səbəb ola bilər.


    Walt Disneyin ən sevilən qəhrəmanlarından olan Mickey Mouse-ni çəkən real həyatda siçanlardan qorxurmuş. Sırf bu qorxusunu məğlub etmək üçün Mickey Mousesi hazırlamışdır. Ancaq heç bir zaman realda bir siçan bəsləyə bilməmişdir…


    İnsan ürəyi, böyük bir sistemlə çalışır.

    İnsan ürəyi, təxmini olaraq gündə ən çox 100000 dəfə döyünür. Bu çox yüksək bir rəqəmdir. 24 saatda 100000 dəfə döyünməsi, bədənin necə böyük bir sistemdə çalışdığını göstərməyə kifayət edir.


    Maraqlanıb da araşdırmayan oxucularımızın üçün yeni bir məlumat daha. Saatlar niyə irəli - geri çəkilir?

    1-ci Dünya Müharibəsindən sonra zərərə uğrayan Avropa, enerjidən qənaət üçün gün vaxtlarına görə saatlarını nizamlamağa qərar vermişdir. Beləcə elektrikdən əldə ediləcək qənaət ilə çox böyük xeyir qazanmaq olacaq. Bununla da saatların irəli - geri çəkilməsi qərarı millətlər tərəfindən qəbul edilmişdir.
    [

  2. #12
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: MARAQLI FAKTLAR

    Sağol Emin
    Zaman daralır......

  3. #13
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: MARAQLI FAKTLAR

    sağ ol
    [

  4. #14
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: MARAQLI FAKTLAR

    sag ol movzu ve bıılgıler ucun
    HaKKım heLaL,Sewqim haRam oLsun

  5. #15
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: MARAQLI FAKTLAR

    Çox sağ ol
    [

  6. #16
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: MARAQLI FAKTLAR

    təşəkkürlər
    [

  7. #17
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: MARAQLI FAKTLAR

    1. Fransada insan siması olmayan gəlinciklərin satışı qadağandır.
    2. Son 5 ildə Kanada 4 dəfə BMT tərəfindən yaşamaq üçün ən ideal ölkə seçilib.
    3. Peyğəmbərimiz (s) buyurub: “Mənim ümmətimdən olan qadınlardan hər biri bu dörd xüsusiyyətə malik olsa, behişt onundur: Namusunu qoruya, ərinə itaət edə, beş vaxt namazını qıla və Ramazan ayının orucunu tuta”.
    4. Qədim Romada xəstə cərrahiyyə əməliyyatı zamanı ölərdisə, cərrahın əllərini kəsirdilər.
    5. Sienada (İtaliya) Mariya adlı qadın fahişə ola bilməz.
    6. Dünyadakı canlıların 70%-i bakteriyalardır.
    7. Fil yeganə heyvandır ki, 4 dizi vardır.
    8. Tokioda zooparklar il ərzində 2 ay bağlanır ki, heyvanlar insanlardan dincəlsinlər.
    9. Arının çalmağından hər il çox adam ölür, nəinki ilanın çalmağından.
    10. Akulalarda xərçəng xəstəliyinə qarşı immunitet vardır.
    11. Qorillalara hamiləliyə qarşı dərman təsir edir.
    12. Ən çox susuz qala bilən heyvan siçovuldur.
    13. Straus yumurtasını bişirmək üçün 4 saat vaxt lazımdır.
    14. 1 kq bal hazırlamaq üçün 1 arı 2 milyon gülə qonmalıdır.
    15. Şimpanze yeganə heyvandır ki, güzgüdə özünü tanıya bilir.
    16. Aranqutanq sözü afrikalıların dilində meşədən gəlmiş adam deməkdir.
    17. Krokodillər daş udurlar ki, daha dərinə bata bilsinlər.
    18. Həzrət Rəsulullah (s) buyurub: “Peyğəmbərdən (s) soruşdular: Hansı dostlar daha üstündür? Buyurdu: Onu yad etdikdə, sənə kömək edən və onu unutduqda səni yad edən”.
    19. Sara Bernar 13 yaşlı Julietta rolunu 70 yaşında canlandırıb.
    20. Bethoven bir dəfə xuliqanlıq üstündə həbs edilib.
    21. D.Vaşinqton öz bağında marixuanna yetişdirirmiş.
    22. Burun insanda bütün ömrü boyu inkişaf edir.
    23. 20 uşaqdan yalnız biri həkimin dediyi tarixdə doğulur.
    24. Dil izləri bütün insanlarda fərdidir.
    25. Bədən temperaturunun 80%-i insanın başından çıxır.
    26. Beynin 80%-i sudan ibarətdir.
    27. Bir insanın bədənində dünyada yaşayan insanların sayından çox canlı orqanizm var.
    28. İnsan başının orta çəkisi 3.6kq-dır.
    29. İnsan ömrü boyu iki böyük basseyni doldura biləcək qədər tüpürcək ifraz edir.
    30. Peyğəmbərimiz (s) buyurub: “Ey camaat, zina etməyin, (əks halda) qadınlarınız da zina edəcəkdir”.
    31. Dünyanın ən böyük gölü 375.000 kvadrat km-ə sahib olan Xəzər gölüdür.
    32. Dünyada ən uzun çay Nil çayıdır.
    [

  8. #18
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: MARAQLI FAKTLAR

    Coox maraqli melumatlardi...Tesekkurler
    ...

  9. #19
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: MARAQLI FAKTLAR

    Siçanlar qusa bilməz.
    Zürafələr üzə bilməz.
    İlanlar eşidə bilməz.
    Qarışqalar yata bilməz.
    Kirpilər suda batmaz.
    Qütb ayıları solaxaydır.
    Ağcaqanadların 5 dənə gözü vardır.
    Zürafənin səs telləri yoxdur.
    Yunuslar bir gözlü açıq yatarlar.
    Dəvələrin 3 dənə qaşı vardır.
    Bir ağcaqanadın sürəti saatda 8 km. dir.
    Zürafənin dili 35 sm. qədərdir.
    Xərçənglərin qanı mavi rəngdədir.
    Kəpənəklər ayaqlarıyla dad alır.
    Fil tullana bilməyən tək məməlidir.
    Malların 4 dənə mədəsi vardır.
    Kenqurular geri-geri yeriyə bilməzlər.
    Pişiklər şəkər dadını ayırt edə bilməzlər.
    Atlar 1 ay qədər ayaqda qala bilərlər.
    Siçan, bir dəvədən belə daha uzun müddət susuz qala bilər.
    Timsahlar dilini çölə çıxara bilməzlər.
    Zebrlər ağ üzərinə qara xəttlidir.
    Bayquş mavi rəngi görə bilən tək quşdur.
    2600 qədər qurbağa cinsi var.
    Yetkin bir ayı at qədər sürətli qaça bilər.
    Yalnız donuzlar günəşdən yana bilər.
    Dəniz kobrası dünyanın ən zəhərli ilanıdır.
    Bir qarışqanın qoxu hiss etmə qabiliyyəti ən az bir itinki qədər inkişaf etmişdir.
    Heyvanların ən böyüyü mavi balinadır. (uzunluğu 33 m., ağırlığı 190 t.)
    Quşlara şimşək çarpmaz. Çünki elektrik onların tükündən keçə bilməz.
    Yalnız dişi ağcaqanadlar dişləyər.
    Bir dəvəquşunun gözü beynindən böyükdür.
    Dəvə dəniz suyu içə biləcəyi kimi bir dəfədə 250 litr su da içə bilər.
    Bir insanın su və yemək olmadan yaşaya bildiyi ən uzun müddət 18 gündür.
    Qarışqa öz ağırlığının 50 bərki daşıya bilər.
    Yer kürəsinin ən isti yeri Afrikada əl-Ezize bölgəsidir. (Kölgədə 58 dərəcə)
    Yer üzünün ən soyuq yeri Antarktikada Vostok (Rusiya) bölgəsidir. (- 88.3 dərəcə)
    İlk dəfə aya 21. 07.1969 tarixində Neil Armstronq ayaq basdı.
    Köhnə Romada şüşədən hazırlanmış qablar qızıl və gümüşdən daha qiymətli sayılardılar.
    Dünyada ən köhnə universiteti 989 ilindəki Misirin əl-Ezher universitetidir.
    Dünyanın ən gənc universitet şagirdi 11,5 yaşındakı Ganesh Sittampalamdır.
    İlk yeraltı tunel 1 km. uzunluğunda olmuş və bundan 4 min il əvvəl Irakda Fırat çayının altından keçmişdir.
    Paraguay dünyanın ən yağışlı bölgəsidir.
    Bölgədə yağış haradadırsa ara verməz.
    Dünyada 2000 ə yaxın xalq və 3000 ə yaxın dil var.
    Tarix boyu edilmiş döyüşlərin ən uzunu İngiltərə ilə Fransa arasında olmuşdur.
    Bu döyüş 115 il(1338-1453) əkmişdir.
    İngiltərəli Thomas Korne 207 il yaşamışdır.
    Dünyanın ən uzun ömürlü insanı Çində 253 il yaşamışdır. (1680-1933)
    Günəş dünyadan 330,330 qat daha böyükdür.
    Bir casus yalnız bir gecədə 90 m.
    tunel qəza bilər.
    Bir tarakan başı qopduqdan sonra aclıqdan ölmədən 9 gün yaşaya bilər.
    Köhnə Misirlilər daşdan düzəldilmiş yastıqlarda yatardılar.
    Bir hipopotam ağızını açsa 120 sm boyunda bir insan onun içinə rahatca dayaza bilər.
    Öküzlər rəng korudur, bundan ötəri matadorun əlindəki parçaya hücum edirər rəngi nə olursa olsun.
    Ortalama bir aysberq 20, 000,000 ton gəlir.
    Zəhərli oxlu qurbağada 2,200 insanı öldürə biləcək qədər zəhər olur.
    İnsan bədənindəki ən güclü əzələ dildir.
    Asqırdığımız zaman ürəyimizdə daxil olmaq üzrə bütün bədən funksiyalarımız bir an üçün dayanar.
    Gözləri açıq tutaraq asqırmaq qeyri-mümkündür.
    Qadınlar kişilərə nisbətlə iki qat daha çox göz qırparlar.
    Pinqvin üzə bilən amma uça bilməyən tək quşdur.
    Yalnız insanlar və yunuslar zövq üçün cinsi əlaqədə olurlar.
    İnsan əlində, ən yavaş uzanan dırnaq baş barmaqda, ən sürətli uzanan dırnaq isə orta barmaqdadır.
    İsti su soyuq sudan daha ağırdır.
    Yetkin bir insan gündə ortalama 23.000 dəfə nəfəs alar.
    Sarışınların əsmərlərə görə daha çox saçı vardır.
    Soğan doğrayarkən saqqız çeynəmək göz yaşayarmasını önləyər.
    [

  10. #20
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: MARAQLI FAKTLAR

    çox sağ ol lazımlı məlumatlardır
    [

Sayfa 2/3 İlkİlk 123 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.