4 sonuçtan 1 ile 4 arası

Gümüş və mis əşyaların təmizlənməsi

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Gümüş və mis əşyaların təmizlənməsi

    Gümüş və mis əşyaların təmizlənməsi

    Gümüş və mis əşyaları 2 hissə talk və 3 hissə un kəpəyindən düzəldilmiş qarışıq ilə təmizləyirlər. Bunları yaxşıca qarışdırır və üzüm sirkəsi töküb xamaya oxşar sıyıq halına gətirirlər. Həmin qarışıqla əşyanın çirk və yağdan təmizlənmiş səthini örtürlər. Qarışıq əşyanın üstündə quruyandan sonra quru əski ilə parıldayana qədər sürtürlər.

    Bundan başqa, 25q xörək duzu və 1 stəkan süd zərdabından hazırlanmış məhlulla silmək də yaxşı nəticə verir. Əskini bu məhlula batırıb əşyanı silir,sonra isə su ilə yuyub qurudurlar. Gümüş əşyaları təmizləməmişdən əvvəl ilıq su və sabunla yuyur, sonra naşatır spirti və tabaşirdən düzəldilmiş qarışığı yaxırlar. Qarışıq quruyandan sonra həmin əşyanı su ilə yuyur və quru yun əski ilə silirlər. Bərk oksidləşmiş gümüşü əvvəlcədən su və sabunla yuyur, 1 hissə natrium-sulfat və 3 hissə sudan ibarət qarışıq ilə silirlər. Sonra əski ilə yaxşıca qurulayırlar. Gümüş qaşıqları istifadə edəndən sonra dərhal sodalı qaynar suya saldıqda parıldayır. Gümüş qaşıqları həftədə bir dəfə naşatır spirti qatılmış sabunlu su ilə yuyurlar. Rütubət ləkəsini ilıq sirkə ilə təmizləyirlər. Zəncirbəndlər çirklənmiş və pas bağlamışsa, onu köhnə diş fırçası ilə təmizləyir və azca vazelin çəkirlər. Bəzək əşyalarını (üzük, sırğa, zəncir) aşağıdaki qaydada təmizləyirlər: şüşə bankaya bir parça sink və təmizlənəcək əşyaları qoyur, üstünə qaynar paltar sodası məhlulu (0,5 l. suya 1 xörək qaşığı paltar sodası) tökürlər.
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Gümüş və mis əşyaların təmizlənməsi

    men bilmirdim indi bildim. melumatiniza gore tesekkurler.maragli movzudu

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Gümüş və mis əşyaların təmizlənməsi

    cox sag ol .
    [

  4. #4
    Member
    Üyelik tarihi
    Nov 2009
    Mesajlar
    89

    Re: Gümüş və mis əşyaların təmizlənməsi

    ELA TEMIZLENME NOVUDUR

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.